Arxiv
10 Dekabr 2019, 11:12 | MƏDƏNİYYƏT
“Toylarımızın hazırkı durumu sosial bəladır” – Ekspert çıxış yollarını GÖSTƏRDİ

Toy deyəndə ağıla iki şəxsin xoşbəxtliyini ətrafı ilə paylaşacağı an yada düşülür. Hansı ki, həmin toy həmin iki şəxsin və ətrafının əylənməsi, deyib-gülməsindən ibarət olmalıdır. Azərbaycan toyu dedikdə isə ağıla ilk gələn orada veriləcək yeməklərdir. Yəni, açıq demək gərəkərsə, Azərbaycan toyları yemək üzərinə köklənir.

 

Qeyd edək ki, Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan toylarının hazırki durumuna öz etirazını dilə gətirib.

 

O, bildirib ki, toylarda bir növ yemək verilməli və ordan yığılan pullar isə ehtiyaclarını ödəmək üçün evlənən gənclərə verilməlidir.

Sabir Rüstəmxanlının sözlərinə görə toylarımızın bu durumda olmasınan səbəb restoran mafiyalarının işidir:

 

“Qazan, doldur toyxana mafiyasının ciblərini...Bu mafiyanı və yabançı adlar daşıyan Şadlıq saraylarını baykot etməyin ən yaxşı yolu Qobu kəndinin nümunəsidir. Bir vaxtlar da yazmışdım: Köhnə Bakının toy ənənələrini bərpa edək! Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur!”

 

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a bildirib ki, o, bu haqda Sabir Rüstəmxanlıdan da əvvəl xeyli danışıb və etirazını bildirib.

 

Sosioloq qeyd edib ki, toy adətlərini Sabir Rüstəmxanlının dediyi kimi də qurmaq düzgün deyil.

 

“Toyları ancaq Bakı adətlərinə görə qurmaq da düzgün deyil. Toylarımızdakı hazırkı durumu yoluna qoymaq üçün ən yaxşı yol o olar ki, Mədəniyyət Nazirliyi, Folklor İnstitutu və başqa qurumlar birlikdə yeni bir toy modeli ortaya qoysunlar. Bu elə bir model olmalıdır ki, burada insanlar həm daha çox şənlənsin, həm də xərc az olsun. Toylarımızın hazırkı durumu sosial bəladır, burda eybəcərliklər baş verir ki, bu da Azərbaycan xalqı üçün utancverici vəziyyətdir”.

 

Əhməd Qəşəmoğlu bildirib ki, elə bir toy modeli fikirləşmək lazımdır ki, o yalnız Bakı üçün xas olmasın:

 

“Hər şəhərin, rayonun özünəxas ənənələri var. Biz elə modellər fikirləşməliyik ki, həm rayonlara uyğun, həm də onun modifikasiya olunmuş formaları da olsun. Əsas məsələ toydakı yeyib-içmək deyil, orda əylənmək və yığılan pulun toy yiyəsinə çatmasıdır. Bunun üçün bizim qarşımızda duran ən ciddi qüvvə toy mafiyalarıdır. Bir şəbəkə var ki, onlar bu formaların olmasını istəmir. Onlar sadəcə şadlıq evi şəbəkələrini düşünür, çünki orada böyük fayda görür. Toylarla bağlı bu sosial bəlanın yığışdırılmasına tək əlac inzibati yoldur. Maarifləndirmə işi onsuz da uzun illərdir ki, aparılır. Dövlət bu dəqiqə bu işlərə əncam çəkməli və göstəriş verməlidir. Necə ki, Naxçıvanda Vasif Talıbov bu barədə göstəriş verib və israfçılığı aradan qaldırıb, eynilə belə etmək lazımdır”.

 

Sosioloq qeyd edib ki, Mədəniyyət Nazirliyi ancaq konsertlər təşkil etmək üçün fəaliyyət göstərməməlidir:

 

“Mədəniyyət Nazirliyinin hansısa bir qurumu mütləq bu vəziyyətə nəzarət etməlidir. Çünki toy xalqın mədəniyyətinin göstəricisidir. Əgər biz bu işləri toy mafiyasının əlindən ala bilsək, insanlarda yaradıcı münasibət də yaranacaq. Toy edərkən oradakı şənliyi düşünmək lazımdır ki, insanların xərci də az çıxsın”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev Mövlud Çavuşoğlu ilə müzakirə apardı 21 Yanvar 2020, 21:17 Ağalar  Vəliyev seçicilərlə görüşdü - FOTOLAR 21 Yanvar 2020, 21:03 Masazırda "Betonqarışdıran"la "Mercedes" toqquşdu 21 Yanvar 2020, 20:40 Mənzillərin kirayə haqları 300 manat ətrafında olmalıdır - İqtisadçıdan ETİRAZ 21 Yanvar 2020, 20:19 Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var 21 Yanvar 2020, 20:03 Böyük Britaniya İrandakı səfirini dəyişməyəcək 21 Yanvar 2020, 19:55 Əhali arasında ən çox yayılan xəstəliklərin SİYAHISI 21 Yanvar 2020, 19:42 Azərbaycanda nə qədər həkim var? - RƏQƏM 21 Yanvar 2020, 19:28 Musa Qasımlı kənd sakinləri ilə görüşüb 21 Yanvar 2020, 19:20 Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır 21 Yanvar 2020, 19:17 Prezident Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüş 21 Yanvar 2020, 19:09 Lukaşenko: “Belarus Azərbaycan neftini bazar qiymətləri ilə almağa hazırdır” 21 Yanvar 2020, 19:04 Hadi Rəcəbli gənclərlə görüşüb - FOTO 21 Yanvar 2020, 18:59 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2020, 18:52 Fəzail Ağamalı Surra kəndində seçicilərlə - VİDEO 21 Yanvar 2020, 18:45 Koçaryanın vəkilləri məhkəməni boykot etdilər 21 Yanvar 2020, 18:40 "Real" 30 milyon avroluq transfer həyata keçirib 21 Yanvar 2020, 18:33 Azərbaycanda qızıl və gümüş hasilatı artıb 21 Yanvar 2020, 18:26 Mahir Abbaszadə Abşeron rayonunda seçiciləri ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:20 İqbal Məmmədov kənd ağsaqqalları ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:14 Azərbaycan pasportundan imtina edib Ukrayna vətəndaşlığı alanlar... 21 Yanvar 2020, 18:08 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 21 Yanvar 2020, 18:07 Cavanşir Paşazadə kənd insanları ilə bir araya gəlib - FOTOLAR 21 Yanvar 2020, 18:03 Müəllimlərin işə qəbulunda YENİLİK - VİDEO 21 Yanvar 2020, 17:58 Hacıbala Abutalıbovun müraciət etdiyi astroloq Zirəddin Rzayevə: “Gərək Nərmin məsələsini açmayaydı” 21 Yanvar 2020, 17:52 Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu 21 Yanvar 2020, 17:46 Kamran Bayramov Daşkəsənin kəndlərində görüşlər keçirib - FOTOLAR 21 Yanvar 2020, 17:40 Sarkisyanın kürəkənindən SƏRT SÖZLƏR: “Paşinyan və komandası adam deyil” 21 Yanvar 2020, 17:34 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2020, 17:29 Əhəd Abıyev Quşçu kəndində səyyar qəbul keçirib - FOTO 21 Yanvar 2020, 17:23 Dünyanın 54 ölkəsində yaşayan azərbaycanlı gənclər toplaşacaq 21 Yanvar 2020, 17:17 Rafiq Əliyev Lütfi Zadə ilə birgə yazdığı kitabı oxuculara təqdim edəcək 21 Yanvar 2020, 17:10 Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşdü 21 Yanvar 2020, 17:04 “Bəzi namizədlər hansısa məqsədlərə xidmət edirlər” - Məzahir Pənahov 21 Yanvar 2020, 16:58 Ermənistanda “qanuni oğru” adını daşıyanlara avtomatik 10 il iş kəsiləcək 21 Yanvar 2020, 16:52
SORĞU Yeni parlamentdə kimlər olsun?