Modern.az

Bakıya 2 yeni ikimərtəbəli qatarlar gətirilib

Bakıya 2 yeni ikimərtəbəli qatarlar gətirilib

Aktual

10 Dekabr 2019, 12:44

"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin istəklərini nəzərə alaraq İsveçrənin "Stadler Real Group" şirkətindən daha iki ədəd ikimərtəbəli elektrik qatar alıb.

 

Modern.az-ın məlumatına görə, bunu sözügedən qatarların təqdimetmə mərasimində jurnalistlərə açıqlama verən QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.

 

Onun sözlərinə görə, qatarın biri Bakı-Sumqayıt istiqamətində, digəri isə Bakı-Pirşağı istiqamətində hərəkət edəcəyi nəzərdə tutulub.

 

Yeni qatarlar 371 oturacaqla təmin olunub. Onlardan 9-u birinci sinif, 62-si biznes, 300-ü isə standart yerlərdir.

 

Natəvan Bayramova əlavə edib ki, ümumiyyətlə, İsveçrənin "Stadler Real Group" şirkətindən alınan bu tipli qatarların sayı 9-a çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu