Arxiv
11 Dekabr 2019, 08:46 | MEDİA
Jurnalistlərə əlçatan olmayan mətbuat katibləri: məmurlaşanlar, tənqidə dözümsüzlər, qaçıb gizlənənlər…

Telefon zəng çalır, çalır… cavab yoxdur.  Ya da “sualı e-mailə göndərin, sorğunuz möhürlü olsun, rəsmi qaydada”  kimi cavablar. Bu kimi ifadələr yəqin ki, media nümayəndələrinə tanışdır. Bəli, söhbət mətbuatla əlaqəli olmaq üçün nəzərdə tutulan, lakin jurnalistlər üçün heç cür əlçatan olmayan mətbuat xidmətlərindən gedir.

 

Jurnalistlər gün ərzində məlumat əldə etmək, informasiyanı dəqiqləşdirmək üçün müxtəlif ünvanlara müraciət edirlər. Bu ünvanlar arasında dövlət qurumlarının mətbuat xidmətlərinin xüsusi çəkisi var. Mətbuat xidmətlərinin isə hamısından iformasiyanı almaq o qədər də asan məsələ deyil. Bəzi hallarda bir sıra mətbuat katibləri və ya xidmətin əməkdaşları medianı aidiyyatı vəzifəli şəxslə əlaqələndirmək əvəzinə baş çıxarmadıqları məsələlərdən danışıb, əsas sualdan yayınırlar.

 

Maraqlıdır, jurnalistlərin bu məsələyə münasibəti necədir? Mətbuat xidmətlərindən nə dərəcədə razıdırlar, onların fikrincə, bu öhdəliyi daşıyan şəxslər necə olmalıdır?

 

Modern.az məsələ ilə bağlı mətbuat nümayəndələrinin fikir və təkliflərini öyrənib.

 


Etikxəbər.az” saytının baş redaktoru Kamil Həmidov mətbuat xidmətinin üzvünün özünü məmur yox, media ilə dövlət qurumu arasında bir körpü kimi təsdiqləməli olduğunu bildirib:

 

“Məbuat qurumlarının iş fəaliyyətinin tam yararsız halda olduğunu demədiyim kimi, onlardan razı olduğumu da deyə bilmərəm. Hazırda mətbuat xidmətlərinin fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, mətbuat xidmətləri daha əlçatan olmalı, media ilə işləməyi bacarmalıdırlar. Mətbuat xidmətində daha çox peşəkar insanlara, jurnalistikada öz sözünü deyən şəxslərə ehtiyac var. Mətbuat xidmətləri içərisinidə Təhisil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti üzdədir, görünəndir. Lakin bir sıra qurumlar, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, hüquq-mühafizə orqanlarının və Səhiyyə Nazirliyinin mətbuat xidmətləri demək olar ki, mətbuata açıq deyil. Belə bir tendensiya var, bəzən mətbuat xidmətindən bildirilir ki, “biz ancaq filan sayta, filan agentliyə açıqlama veririk, siz də onların yazısından istifadə edin”. Belə bir yanaşmanın olması düzgün deyil. Ciddi, cəmiyyətə təsiri olan bütün media qurumlarına mətbuat xidmətləri eyni yanaşmanı sərgiləməlidir. Mətbuat xidmətinə rəhbər seçilən şəxslər artıq kreativ yanaşma göstərməlidir. Yəni mətbuat xidmətinin üzvü məmur yox, media ilə dövlət qurumu arasında bir körpü kimi özünü təsdiqləməlidir”.

 


Modern.az saytının əməkdaşı Xalid Vahidoğlu
kiçik istisnaları çıxmaq şərti ilə mətbuat xidmətinin rəhbərlərinin media ilə dövlət qurumu arasında nəinki körpü yaratdığını, əksinə, baryerə çevrildiyini bildirib:

 

“Son 4 ildə yaradıcı fəaliyyətim bir qədər azaldığı üçün dövlət qurumlarının mətbuat xidmətləri ilə sıx təmasda olmuram. Amma hərdən müraciət etdiyim zaman vəziyyətin dəyişmədiyinin şahidiyəm. Azərbaycanda kiçik istisnaları çıxmaq şərti ilə mətbuat xidmətinin rəhbərləri media ilə dövlət qurumu arasında nəinki körpü yaradır, əksinə baryerə çevrilir. Mətbuat xidmətinə rəhbər seçəndə də rəhbərlər cəmiyyətlə işləmək bacarığına deyil, qurumla bağlı gedəcək hansısa tənqidi yazının qarşısını ala bilmək, mediada öz istədikləri informasiyanı yaymaq bacarıqlarına sahib olanlara üstünlük verirlər. Acınacaqlı durum odur ki, media cameəsindən çıxıb mətbuat katibi işləyən həmkarlarımız da sonradan tənqid etdiklərindən daha çətin aşılan baryer yaradırlar. Mən isə həmişə araşdırma apardığım mövzularla bağlı əgər təcili informasiya almaq zərurəti yoxdursa, informasiya sorğusu verirdim. Cavab almayanda isə məhkəməyə müraciıət edirdim”.

 

X.Vahidoğlu əlavə edib ki, indiyədək Səhiyyə Nazirliyi, “Bakı Metropoliteni”, Bakı Şəhər Baş Polis İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, “Azərişıq” və hazırda xatırlamadığı bir neçə digər quruma qarşı məhkəmə iddiaları qaldırıb:

 

“İşə məhkəmədə baxılanda əvvəl qaçıb gizlənən mətbuat katibləri özləri xahiş üçün tanış axtarır və sorğuda  istədiyimiz informasiyanı verirdilər ki, iddianı geri götürək. Təklifim isə münasibətləri dəyişməkdir. Nə zamanadək dövət qurumu rəhbəri özünü xalq qarşısında məsul saymayacaq, xalqın məmnuniyyətini qazanmaq üçün səy göstərməyəcək, vəziyyət olduğu kimi qalacaq. Əslində həmin əməkdaşlar ictimai əhəmiyyətli bütün informasiyaları sayta yerləşdirməli və nəinki jurnalist, hər bir vətəndaş üçün əlçatan etməlidir. Bunun üçün isə münasibətlər və dövlət qurumu rəhbərlərinin təfəkkürü dəyişməlidir”.

 


“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı
son illər dövlət qurumlarının mətbuat xidmətlərinin öz işlərində yaxışlığa doğru dəyişikliklər etdiklərini bildirsə də, hələ də qüsurların mövcudluğunu vurğulayıb:

 

“Məsələn, onlar bəzən saytlara öz nazirliklərinin (komitələrinin) hansısa bir idarənin reklam və elanlar lövhəsində vurulan divar qəzetində belə getməyə layiq olmayan xəbərlər göndərirlər. Bu xəbərlərin ölkə ictimaiyyəti və bir sayt oxucusu üçün heç bir marağı yoxdur. Təbii ki, heç kəs də o cür xəbərləri oxumur. Bundan başqa, yaxşı olar ki, mətbuat xidmətləri ilə jurnalistlər arasında əlaqə birtərəfli, şaquli olmasın, onlar da jurnalistləri maraqlandıran suallara operativ cavab versinlər. Yoxsa, "suallarınızı göndərin, bir həftədən sonra cavab verərik" şəklində əməkdaşlıq effektsizdir.”

 


Hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli
qeyd edir ki, mətbuat xidmətinə rəhbər təyin olunan şəxslər mediadan gəlsələr də, vəzifəyə təyin olunandan sona məmur obrazına girirlər:

 

“İndi əsas problemlərdən biri dövlət qurumlarının informasiya təminatı ilə bağlı sektorlarının yaxşı işləməməsidir. Burada iki aspekt var, birbaşa media ilə işləmək, bir də var, informasiya təminatını onlayn formada açıq tutmaq, elektron sorğulara zamanında reaksiya bildirmək. Bir çox hallarda mətbuat xidmətləri sorğuları cavablandırmır, cavablandıranda da bəzən sorğu ünvanlayan şəxsdən qanuni olmayan şəxsi informasiyaları tələb edirlər. Açıq informasiya heç bir sorğu-sual tələb edilmədən təqdim edildiyi halda mətbuat xidmətləri jurnalistdən hansı media qurumunda işlədiyini, məlumatı nə üçün istədiyini və s. soruşurlar. Bu problemin kökündə dövlət qurumlarının mətbuat xidmətlərinin mediadan gəlməyinə baxmayaraq, vəzifəyə təyin olunan kimi məmur obrazlarına girmələridir. Mətbuat katibi də məmurlaşandan sonra medianın funksionallığı azalır. Mətbuat xidmətləri açıq, şəffaf olmalıdır, press-relizləri sistemli şəkildə yaymalı, hətta ona sual ünvanlanmadığı halda daimi olaraq medianı informasiya ilə təmin etməlidir”.

 


“Ayna.az” saytının əməkdaşı Təranə Xudabaxşiyeva
bəzi mətbuat xidməti rəhbərlərinin ümumiyyətlə, səsini belə eşitməyin mümükünsüz olduğunu bildirib:

 

“Dövlət qurumlarının mətbuat katibi məni dövlət qurumlarının mətbuatla işlədiyi qədər qane edir. Yəni, biz həmişə mətbuat xidmətlərini günahlandırırıq ki, yaxşı işləmirlər, operativ deyillər filan... Lakin unuduruq ki, mətbuat xidməti təmsil etdiyi qurumdan, rəhbərlikdən asılıdır. Əgər rəhbərlik mətbuata açıqdırsa və bütün problemlərə normal yanaşaraq tənqidi qəbul edə bilirsə, o zaman mətbuat xidməti də tənqidlərə, problemlərə açıq ola bilir. Lakin dövlət qurumlarının bəziləri üçün hər şey mənasızdır. Yəni bu qurumlar mətbuatı qəbul etmir, yazılanlara önəm vermirlər. Hətta belə qurumların mətbuat xidmətləri telefonu belə qaldırıb demir ki, “Salam, mən sizi eşidirəm”. Dövlət qurumlarının mətbuat xidmətləri iki yerə ayrılır: doğurdan da mətbuata xidmət edənlər, mətbuatı önəmsəməyən mətbuat xidmətləri. Son iki-üç ildə mətbuat xidmətlərinin tamamilə dəyişdiyini də etiraf etmək lazımdır”.

 

T.Xudabaxşiyeva onu da deyib ki, media nümayəndələrinin tənqidləri bəzi qurumların mətbuat xidmətlərini dəyişməyə məcbur edib:

 

“Xüsusilə sosial şəbəkələrdə gündəmin geniş müzakirəsi onların məsələ və problemlərdən qaçmasını çətinləşdirdi. Buna rəğmən təəssüf olsun ki, bəzi dövlət qurumlarının, xüsusilə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin səsini eşitmək olmur. Təklif edirəm ki, dövlət qurumları, nazirliklər və s. ilk olaraq mətbuat xidmətinə media ilə işləyən şəxsləri gətirsinlər. Onlara izah etsinlər ki, mən sizi bu vəzifəyə susmaq üçün yox, mətbuatla əlaqədə olmaq üçün gətirmişəm.Təəssüf olsun ki, mətbuat xidmətlərinin rəhbərləri bu gün özlərini jurnalistlərdən üstün tutaraq, dediklərini diqtə etməyə çalışırlar. Bəzi hallarda jurnalistlər özləri bu vəziyyəti yaradırlar. Lakin anlamaq lazımdır ki, bu, belə olmalı deyil. Bir sözlə mətbuat xidmətləri anlamalıdır ki, onlar işlədikləri qurumdan asılı deyillər. Əksinə, dövlət qurumları mətbuat xidmətindən asılıdır. Gəlin etiraf edək ki, mətbuatda olan bəzi şəxslər öz işlərinə hörmətlə yanaşmır, mətbuat xidmətinin diqtə etdiyini yazır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus insandan heyvana keçdi 4 Aprel 2020, 01:20 KİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcək 4 Aprel 2020, 00:54 158 170 nəfərin evdən çıxma icazəsi TƏSDİQLƏNDİ 4 Aprel 2020, 00:36 Həkimin koronavirusun dərmanı ilə bağlı təklifi dünyanı silkələdi - VİDEO 4 Aprel 2020, 00:19 Koronavirusa virusa yoluxanların sayı daha 76 190 nəfər artıb - ÜST 4 Aprel 2020, 00:01 Fransada bir sutkada 588 nəfər koronavirusdan öldü 3 Aprel 2020, 23:45 Bu şəxslər karantin dövründə də avtomobillə sərbəst hərəkət edə biləcək 3 Aprel 2020, 23:29 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi 3 Aprel 2020, 23:13 Maska qıtlığının səbəbi AÇIQLANDI 3 Aprel 2020, 22:54 "Azəriqaz"ın rəhbəri: "Kommunal məsələlər vaxtında öz həllini tapmalıdır" 3 Aprel 2020, 22:37 Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək 3 Aprel 2020, 22:22 Yaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQ 3 Aprel 2020, 22:06 Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi 3 Aprel 2020, 21:37 “Biliklərin yaradılması və ötürülməsində universitetlərin inhisarçılığının sonu görünür” - Ədalət Muradov 3 Aprel 2020, 21:24 İtaliyada koronavirus qurbanlarının sayı 14 681-ə çatdı 3 Aprel 2020, 21:11 Azərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI 3 Aprel 2020, 20:47 Türkiyədə koronovirusdan bir gündə 69 nəfər öldü 3 Aprel 2020, 20:35 İranda koronavirusa yoluxanların sayı artır 3 Aprel 2020, 20:18 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu onlayn rəsm müsabiqəsi keçirir 3 Aprel 2020, 20:03 ASAN Xidmət jurnalistlərə MÜRACİƏT ETDİ: Sui-istifadə hallarına yol verməyin! 3 Aprel 2020, 19:13 Tanınmış jurnalistə ağır itki üz verib 3 Aprel 2020, 18:36 “Azercell” təhlükəsizlik tədbirlərini gücləndirir 3 Aprel 2020, 18:18 Həkimlərin ailəsi necə qorunur? - Deputat: “Tibb işçilərinə ayrıca yer ayrılsın 3 Aprel 2020, 18:13 Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv etdi 3 Aprel 2020, 18:05 Kamran Əliyev:Jurnalistin öz şəxsi maşını ilə işə getmələrinə məhdudiyyət yoxdur” 3 Aprel 2020, 17:59 Dolların MƏZƏNNƏSİ açıqlandı 3 Aprel 2020, 17:55 Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi 3 Aprel 2020, 17:54 Başıbəlalı “Corona” pivəsinin istehsalı dayandırıldı 3 Aprel 2020, 17:42 “Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib 3 Aprel 2020, 17:36 Spikerin son SƏRƏNCAMI Milli Məclisin nüfuzunu özünə qaytaracaq - “Gül balalar” yola salınır 3 Aprel 2020, 17:30 Sürət qatarı koronaviruslu xəstələr üçün reanimasiya şöbəsinə çevrildi - FOTO 3 Aprel 2020, 17:24 Aprel döyüşlərinin iştirakçısı xanımının üzüyünü güllə gilizindən düzəldibmiş - FOTO 3 Aprel 2020, 17:17 “Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur” - Anar Hüseynov 3 Aprel 2020, 17:16 Sosial izolyasiya ailədaxili zorakılığı kəskin artırıb – PROBLEM 3 Aprel 2020, 17:13 Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub” 3 Aprel 2020, 17:10