Modern.az

Ötən gün yol qəzalarında 4 nəfər öldü

Ötən gün yol qəzalarında 4 nəfər öldü

11 Dekabr 2019, 10:42

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, dekabr ayının 10-da törədilən 27 cinayətin üstü “isti izlər”lə açılıb. 

 

Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub. 

 

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə nəfər ölüb. 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. 

 

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü