Arxiv
11 Dekabr 2019, 14:17 | PARLAMENT
Bələdiyyələrə seçki prosesi niyə sönük keçir? - Deputat incik DANIŞDI: “Yeni parlamentdən soruşarsınız”

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə çox az müddət qalmasına baxmayaraq, ölkə gündəmində bələdiyyələrlə bağlı müzakirələrə, açıqlamalara, namizədlərin təbliğat-təşviqat kampaniyasına çox az rast gəlirik. İnsanlar bələdiyyə seçkiləri ilə bağlı prosesin sönük getdiyini, hətta parlamentin buraxılması hadisəsinin bu seçkiləri kölgədə qoyduğunu düşünürlər.


Modern.az
-a danışan V çağırış Milli Məclisin deputatları isə bu fikirlə razılaşmayıblar. 


Kamran Bayramov
iddia edir ki, indiki dövr bələdiyyə seçkilərinin ən qızğın zamanıdır. O xatırladıb ki, artıq namizədlər təbliğat-təşviqat kampaniyaları həyata keçirirlər:


“Müxtəlif ərazilərdəki reklam lövhələrində, divarlarda bələdiyyə seçkilərinə namizədlərin posterləri asılıb, görüşlər keçirilir, namizədlər sakinlərə vədlərini çatdırır. Sadəcə, bələdiyyə seçkiləri regional olduğuna görə, onların əks-sədası namizəd olduqları ərazilərdə daha çox yayılır. Bələdiyyə seçkiləri ilə bağlı prosesin isə sönük olduğunu deyə bilmərik. Hansısa bələdiyyəyə namizədin təşviqatı ölkə üzrə yayımlanan qəzet və jurnallarda verilməz. Amma istənilən seçki ölkənin ictimai-siyasi həyatında önəmlidir”.

K.Bayramov qeyd edib ki, 2014-cü ildə bələdiyyə üzvü olmaq üçün müraciət edənlərin sayı təxminən 38 min olub:


“Bu il isə namizədlərin sayı  42 mini ötüb. Bələdiyyəni seçmək hüququ olan vətəndaşların aktivliyinə gəlincə, bu rəqəm 2009-cu ildə 31 faiz, 2014-cü ildə isə 38 faiz olub. Güman edirəm ki, indiki seçkilərdə bundan da yüksək aktivlik müşahidə olunacaq”.


Arif Rəhimzadə
isə mövzu ilə əlaqədar geniş danışmaq istəməyib:


“Əslində parlament buraxılıb və bizim elə bir səlahiyyətimiz yoxdur. Mənim hansısa fikir söyləməyimin mənası da yoxdur. Yeni parlament yaradılanda bu sualları onlara verərsiniz”.


O, qısa açıqlamasına bunları əlavə edib:


“Bələdiyyə seçkiləri sönük deyil. Bələdiyyələrin parlament seçkilərinə isə heç bir aidiyyəti yoxdur. Bələdiyyələrə seçkilər dekabr ayının 23-də keçiriləcək. Bu istiqamətdə işlər də davam etdirilir”.


Tahir Rzayev isə bələdiyyə seçkilərinin gündəmdə olmamasının səbəbini namizədlərin qeyri-aktivliyi ilə əlaqələndirib:


“Bələdiyyə seçkilərinə namizədlər artıq qeydiyyatdan keçiblər, təbliğat-təşviqat prosesi davam edir. Yerlərdə müəyyən bələdiyyələrə namizədlər vaxtaşırı tədbirlər keçirirlər. Bələdiyyələrə namizədlər özləri özlərini təbliğ etməlidirlər. Əgər onlar özlərini təbliğ etmirlərsə, yerlərdə insanlarla görüş keçirmirlərsə, bu seçkinin sönüklüyü deyil. Həmin namizədin özünün fəal olmamasının nəticəsidir”.

T.Rzayevin fikrincə, Azərbaycanda seçki sistemi elə foprmalaşıb ki, prosesə hazırlıq zamanı əvvəlki kimi hay-küyə ehtiyac qalmır:


“Əvvəllər seçkilər hay-küylü olurdu. Çünki müəyyən çatışmazlıqlar, nöqsanlar var idi. Amma bütün bunlar aradan qaldırılıb. İstər Mərkəzi Seçki Komissiyası, istərsə də digər aidiyyəti qurumlar lazımi tədbirləri həyata keçiriblər.

Müəyyən müxalif dairələri əvvəllər hakimiyyətə hay-küylə gəliblər. Ona görə, düşünürlər ki, seçki varsa deməli, hay-küy olmalı, namizədlər arasında ciddi qarşıdurmalar yaşanmalıdır. Halbuki, ağıllı adamlar sakit iş görürlər, öz proqramını irəli sürüb, seçkilərdə qalib gəlirlər. Azərbaycan sabit ölkədir və burada seçki də sabit keçməlidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
UNEC beynəlxalq reytinqdə liderdir 27 Yanvar 2020, 12:42 Azərbaycan Çinə uçuşları dayandırır - RƏSMİ 27 Yanvar 2020, 12:37 Koronavirus Çindən gətirilən mallarla Azərbaycana keçə bilərmi? - Baş infeksionistdən AÇIQLAMA 27 Yanvar 2020, 12:33 Naziri zəlzələ zonasından gətirilən tələbələrimizin sonrakı aqibətinə aydınlıq gətirdi 27 Yanvar 2020, 12:30 Jalə Əhmədova Salyan camaatı ilə bir arada - Fotolar 27 Yanvar 2020, 12:24 Litvalı jurnalistdən ədalətli mövqe 27 Yanvar 2020, 12:20 Dəhşətli virusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var - Nazir 27 Yanvar 2020, 12:14 Azərbaycanda bu ərazilərdə yeni məktəblər TİKİLƏCƏK 27 Yanvar 2020, 12:09 Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...” 27 Yanvar 2020, 12:02 Çinin koronavirus yayılmış şəhərindəki azərbaycanlı tələbə: “Burdan çıxmağımıza icazə verdilər...” 27 Yanvar 2020, 11:58 Fransa səfiri Bakı Ali Neft Məktəbində 27 Yanvar 2020, 11:54 DİM yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək 27 Yanvar 2020, 11:48 Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı və yeri AÇIQLANDI 27 Yanvar 2020, 11:45 Metroda növbəti nasazlıq - Bu dəfə günahkar sərnişinlər deyil 27 Yanvar 2020, 11:44 Məktəblilər üçün avtobuslar təşkil ediləcək 27 Yanvar 2020, 11:40 Ceyhun Bayramov şagird sıxlığı olan məktəblərdən DANIŞDI 27 Yanvar 2020, 11:36 Madər Musayevin Seçki Qərərgahı 10 gündə 27 görüş keçirib - FOTO 27 Yanvar 2020, 11:34 18 yaşlı müğənni 4 “Qremmi” qazandı 27 Yanvar 2020, 11:29 2020-ci ildə Azərbaycanla yanaşı bu ölkələrdə də seçkilər olacaq - TƏQVİM 27 Yanvar 2020, 11:22 AŞPA-da Azərbaycanla bağlı məsələlər müzakirəyə çıxarılacaq 27 Yanvar 2020, 11:16 Deputatlığa namizədlərin sayı AÇIQLANDI 27 Yanvar 2020, 11:10 Maaş artımı həkimlərin “pul yanğısı”nı necə söndürəcək?   27 Yanvar 2020, 11:05 Şəkidə narkotacir saxlanıldı - FOTO 27 Yanvar 2020, 10:58 Sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik etdi 27 Yanvar 2020, 10:51 “Torpaqlarımızı qaytarmaq istəyiriksə...” 27 Yanvar 2020, 10:45 Bu namizədlərin adının üstünə xətt çəkiləcək - MSK 27 Yanvar 2020, 10:38 Neft 60 dollardan ucuz satılır – koronavirusa görə 27 Yanvar 2020, 10:31 Los Ancelesdə Ermənistanı  ifşa edən film nümayiş etdirilib 27 Yanvar 2020, 10:27 Seçki bülletenlərinin çapına başlanıldı 27 Yanvar 2020, 10:21 Ziyad Səmədzadə kiçik və orta bizneslə məşğul olan seçicilərlə görüşüb - FOTO - VİDEO 27 Yanvar 2020, 10:15 Lalə Abbasova Xaçmaz camaatı ilə bir arada - Fotolar 27 Yanvar 2020, 10:10 Koronavirusdan ölənlərin sayı 80-ə, yoxulanların sayı 3 minə çatdı 27 Yanvar 2020, 10:05 Novruz Aslanov daha 2 kənddə oldu - FOTOLAR 27 Yanvar 2020, 09:59 Çinə səfəri planlaşdırılan iş adamlarına ÇAĞIRIŞ: “Risk etməyə dəyməz!” 27 Yanvar 2020, 09:52 İcra başçısına yeni 1-ci müavin təyin olundu 27 Yanvar 2020, 09:45
SORĞU Yeni parlamentdə kimlər olsun?