Arxiv
13 Dekabr 2019, 11:24 | AKTUAL
31 mütəxəssis bu Nazirlikdə işə götürüldü

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) vakant yerlər üzrə vəzifəyə uyğun sayılan 31 nəfər müvafiq işlə təmin edilib. AXA sədri Seymur Mövlayev Agentlikdə işə qəbulla bağlı müsabiqə və müsahibədən keçən mütəxəssislərlə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə S. Mövlayev işə qəbul olunan mütəxəssisləri təbrik edərək, Aqrar Xidmətlər Agentliyinin  fəaliyyət istiqamətləri, qarşıda duran yeni hədəflər və yanaşmalar barədə ətraflı məlumat verib. Sədr AXA-nın fəaliyyətində əsas hədəflərin daim fermerlərin yanında olmaq, şəffaflığı və vətəndaş məmnunluğunun təmin etmək olduğunu deyib, bu hədəflərə nail olmaq üçün mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Tədbir iştirakçılarına son illərdə aqrar sahədə həyata keçirilən islahatlar, dövlət tərəfindən göstərilən dəstək, innovativ texnologiyalar barədə məlumat verilib. S. Mövlayev mütəxəssislərə aqrar sahənin dinamik və dayanıqlı inkişafının təmin edilməsi işində müvəffəqiyyətlər arzulayıb.

İşə qəbul prosseduru ilə bağlı məlumat verən AXA-nın kadr sektorunun müdiri Babək Əliyev bildirib ki, oktyabrın 22-də verilmiş vakant yerlər üzrə işə qəbul elanına əsasən daxil olmuş müraciətlərə baxılıb, bilik və bacarıqları nəzərə alınan 31 mütəxəssis tam şəffaflıq prinsipi əsasında işə qəbul edilib. Onun sözlərinə görə, işə qəbul olunanlar arasında regional aqrokimya laboratoriyalarında iş üçün müraciət edənlər üstünlük təşkil edib. Babək Əliyev Nazirliyin İnsan resurslarının idarəedilməsi şöbəsində yeni işə qəbul olunanlarla görüşün keçirildiyini, bir daha fəaliyyəti, ixtisas uyğunluğunun müəyyənləşdirildiyini və işə qəbul olunmalarının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov kadrların seçilməsində tam şəffaflığın təmin olunduğunu və onların AXA-nın fəaliyyət istiqamətlərinə uyğun çalışacaqlarına, göstərilən etimadı doğruldacaqlarına əminliyini bildirib. 

Yeni işə qəbul olunan mütəxəssislər müsahibə və müsabiqənin tam şəffaf keçirildiyini bildirib, üzərlərinə düşən vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylə çalışacaqlarını vurğulayıblar.

Qeyd edək ki, verilmiş elanlar əsasında bu günə kimi 103 nəfər mütəxəssis AXA-nın yerli qurumlarında işlə təmin olunub. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənilər bu dəfə Şuşa qalasının görkəmini dəyişmək istəyir 23 Yanvar 2020, 12:13 İçərişəhərdə virtual muzey istifadəyə verilir 23 Yanvar 2020, 12:11 “Korona” virusunun Azərbaycanda yayılma təhlükəsi var - Baş infeksionistdən XƏBƏRDARLIQ 23 Yanvar 2020, 12:05 Beş «Qremmi» laureatı Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək 23 Yanvar 2020, 12:01 Hesablama Palatası ARDNF-ə əlavə qızıl almağı tövsiyə etdi 23 Yanvar 2020, 11:59 Vətəndaşları Qarabağa gələn ölkələrə rəsmi Bakıdan XƏBƏRDARLIQ 23 Yanvar 2020, 11:57 400-dən çox turizm mütəxəssisi Azərbaycana gəlir 23 Yanvar 2020, 11:51 Xınalıqa yeni avtomobil yolu çəkilir - FOTO 23 Yanvar 2020, 11:45 İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb - FOTO 23 Yanvar 2020, 11:39 Birinci vitse-prezident Qusmanı təbrik etdi 23 Yanvar 2020, 11:38 Baş Prokurorluq şadlıq sarayındakı ölümlə bağlı açıqlama YAYDI 23 Yanvar 2020, 11:34 İnkişafın davamlılığını təmin etmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olaq! 23 Yanvar 2020, 11:33 Parlament seçkilərini izləmək üçün 210-dan çox beynəlxalq müşahidəçi gələcək 23 Yanvar 2020, 11:31 Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb - VİDEO 23 Yanvar 2020, 11:28 Azərbaycanda 83 əcnəbiyə qaçqın statusu verilib 23 Yanvar 2020, 11:26 Dövlət Miqrasiya Xidməti migrationto.az saytını təqdim etdi 23 Yanvar 2020, 11:20 Bakıda kişi qadına 16 bıçaq zərbəsi vurub qaçdı 23 Yanvar 2020, 11:17 Elmira Fərzəliyeva namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü 23 Yanvar 2020, 11:13 Zahid Oruc İlqar Məmmədova cavab olaraq BMT-ni çağırdı 23 Yanvar 2020, 11:06 “İnsanları aldadıb, seçkini hörmətdən salıb...” - "Belə də partiya sədri olar?" 23 Yanvar 2020, 11:00 Ölkədə yaşayan əcnəbilərin sayında artım var - Vüsal Hüseynov 23 Yanvar 2020, 10:54 Bu təşkilatlar seçkilərdə exit-poll aparmaq üçün müracit edib - MSK 23 Yanvar 2020, 10:48 Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərin NƏZƏRİNƏ 23 Yanvar 2020, 10:42 Dünyanın iki üzünü bir ayara gətirən FOTOLAR 23 Yanvar 2020, 10:40 Qarabağa səfər edən əcnəbilərin STATİSTİKASI:  Minsk qrupu “üçlüyü”nün vətəndaşları liderdir 23 Yanvar 2020, 10:35 Azərbaycanda ölüm olan şadlıq sarayının sahibkarı HƏBS EDİLDİ 23 Yanvar 2020, 10:30 Eldar Əzizovdan tələb: Xərclənən vəsait barədə ictimaiyyətə məlumat verilsin 23 Yanvar 2020, 10:24 Rüşvətə görə işdən qovulan polis öldü - FOTO 23 Yanvar 2020, 10:17 ADU-da Çin Yeni ili qeyd olunub 23 Yanvar 2020, 10:14 Kamran Bayramov Şəmkirin iki kəndinin sakinləri ilə bir araya gəlib - FOTOLAR 23 Yanvar 2020, 10:08 Novruz Aslanov dörd kəndin təhsil işçiləri ilə görüşüb - FOTOLAR 23 Yanvar 2020, 10:02 Seçki tarixində ilk: Deputat videohesabatında aparıcı oldu 23 Yanvar 2020, 10:01 Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı - FOTO 23 Yanvar 2020, 09:57 Vulkan püskürməsi zamanı ölü sayı 20-yə çatdı 23 Yanvar 2020, 09:50 Qatarlara bilet satışında dəyişiklik EDİLDİ 23 Yanvar 2020, 09:46
SORĞU Yeni parlamentdə kimlər olsun?