Modern.az

Rusiya əhalisi sürətlə AZALIR: 10 ayda 259 min nəfər

Rusiya əhalisi sürətlə AZALIR: 10 ayda 259 min nəfər

Dünya

13 Dekabr 2019, 11:38

Rusiya əhalisi 2019-cu ildə sürətlə azalır.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rəsmi statistika bu il əhalinin sayında azalmanın son 11 ilin rekordunu təzələdiyini göstərir.

Belə ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Rusiya əhalisi 259,6 min nəfər azalıb. Hətta, ölkəyə miqrant axını belə əhalinin sayındakı azalmanı tam qarşılaya bilməyəcək. Belə ki, ölkəyə 10 ayda 193,2 min miqrant gəlsə də, yenə də mənfi saldo 43,7 min nəfər təşkil edəcək.

 

Ekspertlər Rusiyanın demiqrafik böhrandan çıxa bilməyəcəyini və ilin sonuna kimi mənfi saldonun 300 minə çatacağını ehtimal edir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü