Modern.az

“Bizim supermarket”də “kərə yağı” - Hamını aldadırmışlar

“Bizim supermarket”də “kərə yağı” - Hamını aldadırmışlar

13 Dekabr 2019, 18:00

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 154 A ünvanında fəaliyyət göstərən “Bizim supermarket”də yoxlama keçiriblər.
Modern.az-ın məluimatına görə, yoxlama zamanı soyuducu vitrində olan “Uzun Ömür” əmtəə nişanlı “İvanovka” yağ məhsulunun etiket məlumatında bitki spred yağı yazılmasına baxmayaraq satış vitrinində “kərə yağı” adı altında satışının həyata keçirildiyi və kassa çekində də faktın öz təsdiqini tapdığı müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub, qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülüb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI