Modern.az

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

16 Mart 2012, 13:01

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının tarixlərini elan edib.

Beləliklə, bu il ali məktəblərə qəbul imtahanları aşağıdakı tarixlərdə keçiriləcək:

III ixtisas qrupu üzrə  - 1 iyul
I ixtisas qrupu üzrə  - 8 iyul
IV ixtisas qrupu üzrə - 14 iyul
II ixtisas qrupu üzrə - 20 iyul.

Bu il ali məktəblərə sənəd qəbulu 10 aprel – 16 may aralığında aparılacaq. Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?