Modern.az

Paytaxtda avtobus QƏZASI: yaralananlar var

Paytaxtda avtobus QƏZASI: yaralananlar var

14 Dekabr 2019, 10:58

Bakıda marşrut avtobusu qəzaya uğrayıb. 

 

Modern.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında qeydə alınıb. 

 

Bildirilib ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub. 

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəzadan 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazım olan yardım göstərilib, müalicələri davam edir.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü