Arxiv
16 Dekabr 2019, 10:30 | AKTUAL
Elmar Qasımov şagirdləri ilə görüşüb - FOTO  

Bakı Ali Neft Məktəbi və Akademik Zərifə Əliyeva adına lisey arasında əməkdaşlıq davam edir. Əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti liseylə tanış olub. 

Şagirdlərlə keçirilən görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin yüksək tədris və təlim-tərbiyə sahəsində unikal təhsil ocağı olduğunu bildirib. Rektor liseyin Azərbaycanın görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva kimi elm xadiminin adını daşımasının böyük məsuliyyət olduğunu və hazırda təhsil ocağının bu şərəfli adı doğrultduğunu vurğulayıb.

O, BANM-də müxtəlif ixtisaslar üzrə təhsil alan lisey məzunlarının intellektual səviyyəsinin, sosial aktivliyinin yüksək olduğunu bildirərək, Ali Məktəb tələbələrinin uğurunun orta məktəbdə əldə edilən bilik və bacarıqlardan qaynaqlandığını qeyd edib. 

E.Qasımov bildirib ki, Zərifə Əliyeva adına Liseyinin 18 nəfər yetirməsi Bakı Ali Neft Məktəbinin məzunu olub, onlar hazırda müxtəlif yerli və transmilli şirkətlərdə çalışırlar. 

“2019/2020-ci tədris ilində bu orta ümumtəhsil müəssisəsinin 6 məzunu BANM-i seçib. Onlardan biri Prezident təqaüdçüsüdür”- deyə rektor qeyd edib. 

Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva ikitərəfli əməkdaşlığın genişlənməsindən, bununla da liseyin şagirdləri və gələcək məzunları üçün daha geniş imkan yaradılmasından məmnunluğunu ifadə edib. 

Bakı Ali Neft Məktəbinin hazırki tələbələri, Akademik Zərifə Əliyeva adına liseyin məzunları olan Kənan Sadıqov, Qəhrəman Kazımlı, Xalid İsmayıllı şagirdlərlə öz uğur hekayələrini bölüşüb və tövsiyyələrini veriblər.  

Sonda rektor Elmar Qasımov şagirdlərin suallarını cavablandırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Argentinanın Azərbaycandakı səfiri futbolumuz barədə: “İstəsəniz Argentina razılıq verəcək” – MÜSAHİBƏ 23 Yanvar 2020, 09:25 Prezident Mixail Qusmanla bağlı sərəncam imzaladı 23 Yanvar 2020, 09:20 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - Beşinci söz 23 Yanvar 2020, 09:14 “Bizimkilər” Elnarə Kərimova:Uşaqlarımdan utanıram, onlara “mən işləyirəm, sən böyüməyə tələs” demək olmaz”.   23 Yanvar 2020, 09:08 Cəbhədə iriçaplı pulemyotlar və snayper tüfəngləri işə düşdü 23 Yanvar 2020, 09:02 Yeni virusa görə karantin elan olundu 23 Yanvar 2020, 08:27 Dondar Quşçuda bədbəxt hadisə 23 Yanvar 2020, 00:46 Sabirabadda məskunlaşan köçkünlərdən Vüqar Bayramova dəstək - FOTOLAR 23 Yanvar 2020, 00:33 Gəncədə poliklinikada yanğın 23 Yanvar 2020, 00:14 Türkiyədə güclü zəlzələ: insanlar küçələrdə 22 Yanvar 2020, 23:56 İlham Əliyev İsveçrə Prezidenti ilə müzakirə apardı - FOTO 22 Yanvar 2020, 23:22 Gəncədə kriminal avtoritet saxlanıldı - VİDEO 22 Yanvar 2020, 23:09 Qənirə Paşayeva Qovlarda seçicilərlə görüşdü - FOTOLAR 22 Yanvar 2020, 22:49 Bu ölkədə bir ildə 34 min insan öldürüldü 22 Yanvar 2020, 22:33 Jalə Əliyeva Zərdab seçiciləri ilə görüşdü - FOTOLAR 22 Yanvar 2020, 22:16 “Hazırda ən vacib olan məsələ regional sabitlikdir” - İlham Əliyev 22 Yanvar 2020, 21:59 Bakıya ilk qar yağacaq 22 Yanvar 2020, 21:46 Şəkidə iki gənc qız dəm qazından zəhərləndi 22 Yanvar 2020, 21:32  “Bizə ən azından ildə 100 min iş yeri lazımdır” - İlham Əliyev 22 Yanvar 2020, 21:19 "Qarabağ"dan  növbəti qələbə 22 Yanvar 2020, 21:01 İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşdü 22 Yanvar 2020, 20:51 8 saylı Binəqədi I seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR 22 Yanvar 2020, 20:36 Kürdəmirlilər Əhliman Əmiraslanovu dəstəklədi - FOTO 22 Yanvar 2020, 20:18 Azərbaycan sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur 22 Yanvar 2020, 20:06 Goranboyda 2 avtomobil toqquşdu - FOTO 22 Yanvar 2020, 19:53 İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşdü 22 Yanvar 2020, 19:35 İqbal Məmmədov şəhid anasını ziyarət edib - FOTO 22 Yanvar 2020, 19:30 Naftalanın icra başçısı səyyar qəbul keçirib 22 Yanvar 2020, 19:21 Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb 22 Yanvar 2020, 19:15 DİN işçi axtarır - boyu 180 santimetrdən hündür, idman cüssəli... 22 Yanvar 2020, 19:09 Bakıda 8 prokurorluq əməkdaşı CƏZALANDIRILDI 22 Yanvar 2020, 18:49 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 22 Yanvar 2020, 18:40 Sumqayıt İcra Hakimiyyətindən “Bu şəhərdə”yə: “Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb?” 22 Yanvar 2020, 18:33 Musa Qasımlı şəhid ailələrinin evində olub - FOTO 22 Yanvar 2020, 18:25 İqbal Məmmədovun görüşündə gənclər fəallıqla iştirak ediblər - FOTO 22 Yanvar 2020, 18:18
SORĞU Yeni parlamentdə kimlər olsun?