Arxiv
19 Dekabr 2019, 09:11 | ƏDƏBİYYAT
“İnsan mənzərəsi”

Zakir HÜSEYN

Belə baxanda böyük dahilər, yazıçılar elə bizim həyatımızı yazıblar. Biz insanların həyatı görün nə qədər ölçüyəgəlməzdir. Ya yaradıcı təxəyyülün gücü bizi göylərə qaldırmışdır, ya da bəşər oğlu onların  yaşıllaşan, qol-budaq atan qələməsinə su tökmüşdür.  Hansı olur olsun, fərqi nədi, uşaq vaxtlarımızda, “əkəndə yox, ...yeyəndə ortaq qardaş” olmayaq deyə anam söyləyərdi  - “adam öz evinin həm ağasıdır, həm də qulu”. Bu dünya bizim evimiz, elə o ağa və qulun çəkdiyi əməyin də insanı yaradan “Əmək” olduğunu nəzərə alsaq, onda qövsümüzü öz dairəmizdə cızdiğımız anlaşılır. Amma insanı əmək yaradıb deyimi ilə yanaşı, əmək insanı tərbiyə edir deyimi də məşhurdur. Biz isə insan varlığının və insan şəxsiyyətinin əmək və iş münasibətlərində şəkilə düşməsindən və ya şəkilə salınmasından danışmaq istəyirik. Böyük ailələri təqdir edən və  kollektiv subyekti kimi baxan Hitler (Hitler olsa da) əmək və iş münasibətlərinin elə ailədən başladığını vurğulayırdı.. Əmək qaydalarının və iş bölgüsünün cizgilərinin orada cızıldığını deyirdi. Ailəmdən qaynaqlanan zəhmətə münasibətdəndir ki,  qazanc qazanmağa və bir kəsin qazanc qazanmaq istəyinə o ki var alqış edirəm, insanda bunu ən yüksək keyfiyyət kimi qiymətləndirmək, hörmətlə yanaşmaq lazım gəldiyini hesab edirəm. Kar edən utanmaz deyirlər, amma bu söz bizim demək istədiyimizlə  o halda üst-üstə düşür ki,  bu varını verən utanmaz, bir az da qəti desək yəni məsuliyyətin dərk edilməsi və şəxsiyyətin zədələnməməsi anlayışına tən gəlsin. Yəni insanın konistitusiya hüquqlarının azaldıldığı hərbdə belə itaətin və idaretmə imkanlarının hüdudları var. Məhz buna görə də, hərbdə demokratiyanın ən müasir formasını şıfrələyən (almanların müharibədə başına gələnlərdən sonra) bir alman generalı belə deyirdi: “Sizin hərbi qulluqçu itaətinizin hüdudu - sizin biliyinizin, sizin vicdanınızın, sizin məsuliyyətinizin əmri yerinə yetirilməsini qadağan etdiyi ana qədərdir.” Buradan belə nəticə çıxır ki, işçi və işverən, tabelikdə olan və idarə edən, Nazim Hikmət sözüylə desək, “insan mənzərəsi”nin yaradılmasında  birgə iştirak edir. Biz istəyirik bu mənzərədə hər hansı görünən  “parıltı”, təbii almaz parıltısı olsun, qara dudadan hazırlanmış almazın parıltısı olmasın. Kafkanın sözləri ilə desək, qazanmaq - “qəddar idarə üsulunun insan həyatı, qazananın özünün varlığı ilə oynaması” anlamına gəlməsin. Axşam ailə süfrəsinin başında yeyilən qazanc -mənəvi və ya fiziki iztirabların nəticəsində qəlbindən qara qanlar axan, lakin çöhrəsi sevinən çörək sahibini ortaya çıxarmasın. Yəni biz zəhmətin alçaldılması ilə əldə olunan parıltını istəmirik, parıltıdır deyibən daş kömür parıltısına qucaq açmırıq. Kafka deyərkən, böyük Sabir yada düşür. Onun yaratdığı fəhlə, əkinçi, sahibkar, ağa obrazları əsil bizim mövzumuza uyğundur, axı Sabir onların hamısına acıyır. Biz də acıyırıq. Acımaqla yanaşı müəyyən qədər bu günlə də səsləşdiyini deyirik. Bəs, “Ədalət nəzəriyyəsi” dərdimizə əlac edərmi? Yoxsa siyasi fəlsəfəçi Con Roulsun “Ədalət nəzəriyyəsi” kitabında ideya kimi qoyulan, yəni dünyaya heç kim gəlməmişdən əvvəl cəmiyyəti idarə edəcək qaydaları hazırlayıb, gələcək həyatı bilmədən,   “bixəbərlik pərdəsi arxasında” “start vəziyyətində”  ədalətli qaydalar toplusu yaradıb ədalətli bölgünün mexanizmini yaratmaq -- xəyali eksperimentini hazırkı real həyata tətbiq etməkmi bizi xilas edərdi?  Bəlkə keçid dövrü bizim elə “start vəziyyəti”miz imiş. Bu gün bizdə “iş insanı mənzərəsinin” klişesinə  mənəvi, sosial, iqtisadi, elmi cəhətdən nəzər yetirsək yeni mütərəqqi ənənələrin yarandığını demək olar ki, görmürük. İdarəedənin və sahibkarın işciyə tətbiq etdiyi təsir metodlarının hüdudları, işçinin idarəedənə və sahibkara qarşıqoyma bacarığının sərhədləri hələ dəqiq deyil. İşverənin təsir gücü işçinin ona qılıqlı davranmasını təmin edənədəkmi sərhədlənir, işçinin məsuliyyəti onun düşüncəsiz qorxaqlığındanmı, mənasız itaətkarlığındanmı ibarətdir? Yox, əgər onlar -hər iki tərəf bunu bacarığın təsdiqi kimi ortaya qoyursa, onda qoy desinlər, bu ölçünü haradan götürüblər? Axı indi, deyəsən, biz belə danışmaqla ekonomiksə istiqamət almışıq. Ekonomiksin on prinsipindən biri də müəyyən şeyin dəyərinin onu əldə etmək üçün imtina olunanlarla ölçülməsidir. Hazırkı cəmiyyət göz qabağındadır. Mənəvi dəyərləri, iş dəyərlərini itirmək,  yeni əmək bazarı ənənələrini yaratmamaq və ya zəif yaratmaq, qazanmaq norma və etiketləri barəsində korkoranə düşünmək bizi uçuruma sürükləyir. Mərkəzdə dayanan işçi - insan sabah bəlaya çevrilir.   

Bu gün dünyada işçiyə “sözlə təcavüz” anlamı olduğu, bunun cinayət hesab edildiyi halda, bizdə iş yerlərini “yuvaya” çevirmək prosesi vüsət alır. Sosial-psixoloq Bayram Hüseynov deyir ki, bu gün iş sahəsində davranış modelləri yoxdur. Sosial-psixoloq onu da deyir ki, tutaq ki, işçi valideyndirsə, vəziyyət elədir ki, o valideyn rolunu yaxşı oynamaq üçün işçi rolunu necə gəldi oynayır. Çünki söhbətimizin mövzusu olan nəsnələr barəsində şablonlar yaradılmamışdır və əmək adamı bu şablon olmadığından müqayisəni apara bilmir. Mütəxəssis çıxış yolunu isə zəkanın ümumi inkişafında görür. Bir türk yazarının dediyi kimi: “Hər cür doqmalar və doqmatık inanclar və xurafatlar bilgisayar virusu kimi işləyir. Düşünmə sistemini blok edib düşünməyi əngəlləyirlər, bu səbəbdən “şüur əməliyyat mərkəzi” olan beyin qabığının əsas düşmənidirlər. Beyin qabığı, yəni şüur mərkəzi  az inkişaf etmiş insanlar birbirilərindən xoşnud olmazlar”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada virusdan rekord sayda ÖLÜM 3 Aprel 2020, 02:19 Koronavirusla bağlı nikbin proqnoz 3 Aprel 2020, 00:52 Qeyri-iş günlərinin sayı artırıldı 3 Aprel 2020, 00:29 Gürcüstanda koronavirusa 134 nəfər yoluxub 3 Aprel 2020, 00:11 Dünyanı yenidən bölmək istəyirlər - Prezidentdən İDDİA 3 Aprel 2020, 00:04 Almaniya da Çini geridə qoydu 2 Aprel 2020, 23:50 OPEC+ iclasının gündəmə gəlməsi nefti bahalaşdırdı 2 Aprel 2020, 23:48 ABŞ-da koronavirusdan ölənlərin sayı 5316 nəfərə çatdı 2 Aprel 2020, 23:36 Xalq artisti Rəşad Məcidin şeirlərini ifa edib - VİDEO 2 Aprel 2020, 23:26 Vətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcək 2 Aprel 2020, 23:14 Fransada daha 471 nəfər koronavirusdan öldü 2 Aprel 2020, 23:02 “Karantin qaydalarını pozanlar barədə ən ciddi tədbirlər görüləcək” - DİN rəsmisi 2 Aprel 2020, 22:51 Daha bir ölkədə virus aşkarlandı 2 Aprel 2020, 22:44 "Avropa İttifaqı Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır" - Andris Ameriks 2 Aprel 2020, 22:34 Nazir müavini: “Əhali #evdəqalandan internetdən çox istifadə edir” 2 Aprel 2020, 22:17 Koronavirusa yoluxanların sayı 1 milyonu ÖTDÜ 2 Aprel 2020, 22:07 Agentlik sədrindən XƏBƏRDARLIQ: “Yanlış məlumatlar ötürənlər barədə ölçü götürüləcək” 2 Aprel 2020, 22:04 "Ailədə 1 mobil telefon varsa, digər üzvlər üçün də icazə alına bilər" - Ülvi Mehdiyev  2 Aprel 2020, 21:47 Azərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdır 2 Aprel 2020, 21:24 “Öz ayağı ilə gələn xəstə az sonra süni nəfəs aparatına qoşulur” -  Almaniyadakı Azərbaycanlı həkimdən HƏYƏCAN TƏBİLİ 2 Aprel 2020, 21:13 Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı 2 Aprel 2020, 21:03 Süleyman dayının USTAD DƏRSİ 2 Aprel 2020, 21:01 Müsavat Partiyasında ağır itki 2 Aprel 2020, 20:51 Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib 2 Aprel 2020, 20:51 Bu sahələr fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİ 2 Aprel 2020, 20:37 Azərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDI 2 Aprel 2020, 20:35 Beynəlxalq Türk Akademiyası qədim türk abidələrinin axtarışında 2 Aprel 2020, 20:27 Xüsusi karantin dövründə işə cəlb edilən qurumların SİYAHISI AÇIQLANDI 2 Aprel 2020, 20:11 Baş Nazirdən qərar - Dövlət qurumları məhdud sayda işçi cəlb edəcək, onlara əlavə istirahət veriləcək 2 Aprel 2020, 19:58 İran parlamentinin sәdri koronavirusa yoluxub 2 Aprel 2020, 19:54 18 yaşlı tələbənin ölüm səbəbi AÇIQLANDI 2 Aprel 2020, 19:47 Norveç neftin ucuzlaşmasına görə rekord məbləğ İTİRDİ 2 Aprel 2020, 19:41 Ermənistanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı 2 Aprel 2020, 19:25 Şagirdlər üçün “Azərbaycan dili” imtahanı onlayn keçirilə bilər 2 Aprel 2020, 19:11 Azərbaycan yeniyetmə ürəyindən bıçaqlandı 2 Aprel 2020, 19:06