Arxiv
24 Dekabr 2019, 23:18 | ƏDƏBİYYAT
İlham Əliyevin böyük mütəfəkkir Hüseyn Cavid irsinə və yaradıcılığına verdiyi dəyər

Azərbaycan ədəbiyyatının inkişafında, ədəbi-bədii fikir tarixinin zənginləşməsində müstəsna xidmətləri olan Hüseyn Cavid bənzərsiz əsərlərində dərin, ümumbəşəri problemlərə, mövzulara toxunularaq, özünəməxsus bədii-fəlsəfi lirikası ilə milli söz sənətinə, dramaturgiyamıza yeni nəfəs gətirib. Totalitarizmin qurbanına çevrilmiş və yalnız ölümündən çox sonra 1956-cı ildə bəraət almış, buna baxmayaraq, yenə də illər uzunu qəsdən unutdurulmuş Hüseyn Cavidi yenidən Azərbaycan xalqına, Azərbaycan ədəbiyyatına qaytarmaq Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə nəsib olub. Ümummilli Lider müxtəlif strukturlarda, vəzifələrdə çalışdığı zaman, xüsusən də 1982-ci ildə Cavidin nəşinin qalıqlarını Sibirdən Bakıya qaytardıqdan sonra bu böyük ədibə mənəvi hamiliyini bir an olsa belə əsirgəməmiş, şairə ikinci bəraətini qazandırmışdır. Daha sonra Naxçıvanda və Bakıda Ev Muzeylərinin yaradılması, Məqbərənin ucaldılması, külliyyatının çap edilməsi, 100, 120 illik yubiley tədbirlərinin keçirilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev kimi onun uzaqgörən, müdrik ardıcılı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hakimiyyətinin davam etdiyi 15 ildə Hüseyn Cavid adının uca tutulması, ədibin xa-tirəsinin daim hörmət və ehtiramla yad edilməsi, Cavid yaradıcılığının təbliğinin ən yüksək səviyyədə aparılması naminə bir çox işlər görərək, rəsmi sənədlər imzalanılıb. AMEA H.Cavidin Ev Muzeyi də son 15 ildə öz fəaliyyətini məhz cənab Prezidentin bu cür diqqət və qayğısından, imzaladığı rəsmi sənədlərdən çıxış edərək qurmuş və aşağıdakı nəticələri əldə etmişdir:

 

2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən Hüseyn Cavidin əsərləri 5 cilddə latın qrafikası ilə nəşr olunub;

Həmçinin, Prezident İlham Əliyev Cavidlər ailəsinin sonuncu nümayəndəsi Turan Cavidin vəfatı ilə əlaqədar komissiyanın yaradılması, dəfn mərasiminin dövlət səviyyəsində keçirilməsi və mərhumun Naxçıvanda – Cavid məqbərəsində torpağa tapşırılması haqqında göstəriş vermişdir. AMEA Hüseyn Cavidin Ev Muzeyi sözügedən tədbirlərə qoşulmuş, muzeydə Turan Cavidə həsr olunmuş anım mərasimi, ədəbiyyat sərgiləri təşkil olunaraq, Turan Cavidin iştirakı ilə araya-ərsəyə gətirilmiş audiovizual materialların – radio və televiziya verilişlərinin lent yazılarının, kinofilmlərin ictimai nümayişi həyata keçirilib.”Hüseyn Cavid. Əsərləri” adlı 5 cildlik nəşr işıq üzü görmüb. Bu nəşrdə ilk dəfə Hüseyn Cavidin öz əsərlərinin sonunda etdiyi “İmlasına toxunmamalı!” qeydinə əməl olunaraq, mətnlərin dil və üslubu qorunub saxlanılıb.

 


Prezident İlham Əliyev 17 aprel 2007-ci il tarixində “Hüseyn Cavidin 125 illik yubileyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn tədbirlər planına uyğun olaraq, yubiley münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən:
“Hüseyn Cavid irsi və müasir dövr” adlı beynəlxalq elmi konfrans təşkil olunmuş, Azərbaycan, Türkiyə, İran cavidşünaslarının, ədəbiyyatşünas alimlərinin məruzələri dinlənilmiş, konfrans materialları nəşr olunaraq dünya kitabxanalarına göndərilib;


Respublikanın 30-dan artıq elm və təhsil müəssisəsində ədibin xatirə gecələri təşkil olunub;
Hüseyn Cavidin əsərləri imlasına toxunulmadan, qələmə alındığı ilkin dəstxətlə, bəzi redaktə və düzəlişlər edilməklə yenidən 5 cilddə nəşr olunaraq oxucuların ixtiyarına verilmişdir;


Hüseyn Cavidin şeirlərindən seçmələr ilk dəfə fransız dilində “La Plus Grande Religion Est L'amour” (“Məhəbbətdir ən böyük din”) adlı kitab şəklində işıq üzü görmüş, dünyanın müxtəlif ölkələrində – Fransada Paris Milli Kitabxanasında, İtaliya “La Skala” muzeyində, Türkiyə və Almaniyanın beynəlxalq mədəniyyət sərgilərində nəşrin təqdimatı keçirilmişdir;


Hüseyn Cavidin Ev Muzeyinin yaxından iştirakı ilə “Cavid ömrü” adlı tammetrajlı bədii film çəkilərək tamaşaçılara təqdim olunmuşdur; Bu mənada cənab prezidentimiz İlham Əliyev cənablarının rolu danılmazdır.


Hüseyn Cavidin davam edən 125 illik yubiley tədbirləri çərçivəsində mütəfəkkir şairin insanlıq, haqq-ədalət, vətən, qadın, məhəbbət və ən müxtəlif insan münasibətləri haqqında müdrik sözlərini və kəlamlarını əhatə edən “Cavid hikməti (seçmə aforizmlər)” adlı kitab və Hüseyn Cavidin “Azər” poemasının bədii qaynaqları araşdıran “Poetik sözün arsenalı” adlı monoqrafiya işıq üzü görüb.


Prezidenti İlham Əliyev 2008-ci il sentyabrın 17-də paytaxtdakı Hüseyn Cavid parkında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olaraq, burada gəzişən sakinlərlə söhbət etmiş, görkəmli ədib haqqında fikirlərini bölüşmüşdür. Ədibin adını daşıyan park abadlaşdırıldıqdan sonra hər il oktyabr ayında H.Cavidin xatirəsini yad etmək məqsədilə AMEA Hüseyn Cavidin Ev Muzeyi əlaqədar dövlət strukturları ilə birgə burada mədəni-kütləvi tədbirlər təşkil etmişdir.


Hüseyn Cavidi anım mərasimləri münasibətilə muzey tərəfindən “Topal Teymur”, “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid”, “Hüseyn Cavid və Abdulla Şaiqin “Ədəbiyyat dərsləri” adlı kitablar nəşr olunmuşdur.


Ərtoğrol Cavidin musiqi əsərləri bir yerə toplanaraq ilk dəfə multimedia diskləri formatında dərc olunmuşdur.


Prezidenti İlham Əliyev 16 fevral 2012-ci il tarixində “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn tədbirlər planına uyğun olaraq, yubiley münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən:
“Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq elmi konfrans təşkil olunmuş, yerli və xarici alimlərin Hüseyn Cavid yaradıcılığı ilə bağlı məruzələri dinlənilmiş, Azərbaycan və ingilis dillərində konfrans materialları nəşr olunaraq elmi ictimaiyyətə təqdim olunmuşdur;


Respublikanın 40-a yaxın elm, təhsil, mədəniyyət müəssisəsində ədibi anım mərasimləri, yaradıcılıq gecələri və s. təşkil olunmuşdur;


“Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlı 13 cildlik kitab nəfis tərtibatda nəşr olunmuş və “Humay” milli mükafatına layiq görülmüşdür;


“Cavidşünaslıq” elmi araşdırmalar toplusunun ilk 10 cildi işıq üzü görmüşdür;


Hüseyn Cavidin “Şeyda” əsəri 10 dildə çap olunmuşdur;


Monteneqro Respublikasının paytaxtı Podqoritsa şəhərinin tarixi Kral parkında Hüseyn Cavidin büstünün açılışı olmuş, Azərbaycan ziyalılarından ibarət nümayəndə heyəti, o cümlədən Ev Muzeyinin əməkdaşları bu tədbirdə iştirak ediblər;


Yubiley tədbirləri çərçivəsində Ev Muzeyi tərəfindən “Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomunun I buraxılışı, “Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy və, Hüseyn Cavid”, “Hüseyn Cavid: ideal həqiqət axtarışı”, “Heydər Əliyev və Hüseyn Cavid”, “Turan Cavid. Ömür salnaməsi”, “Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları”, “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” adlı kitablar nəşr olunub.


Yubiley tədbirləri çərçivəsində AMEA Hüseyn Cavidin Ev Muzeyi əsaslı şəkildə təmir və bərpa olunmuş, bütün otaqların interyeri müasirləşdirilmiş, ekspozisiyalar yeni sərgi texnologiyaların köməyi ilə nümayiş olunmağa başlamış; eksponatların qorunmasında və bərpasında daha təkmil, beynəlxalq muzey standartlardan istifadəyə keçilmişdir;


Ədibin 130 illik yubileyi münasibətilə muzeyin portalı yenilənmiş, yeni proqram təminatı və bədii-tərtibatda fəaliyyətə başlaraq, yüksək texnologiyalar üzrə milli “Netty” mükafatına layiq görülüb;


Prezidenti İlham Əliyev 24 oktyabr 2017-ci il tarixində “Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn tədbirlər planına uyğun olaraq, yubiley münasibətilə:
AMEA Hüseyn Cavidin Ev Muzeyi və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Hüseyn Cavid və müasir gənclik” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Türkiyə, Misir, İran, Özbəkistan və digər ölkələrin alimləri və tədqiqatçıları ilə birgə Cavid yaradıcılığına elmi-nəzəri ekskurs edilmiş, cavidşünaslığın müasir vəziyyəti ilə bağlı elmi fikir mübadiləsi aparılıb;


Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycanın Bolqarıstandakı səfirliyi, AMEA Hüseyn Cavidin Ev Muzeyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin birgə təşkilatçılığı ilə Hüseyn Cavid yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib;


AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsi, İctimai Elmlər Bölməsi və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə “Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə AMEA-nın eks-prezidenti akademik A.Əlizadə, vitse-prezident akademik İ.Həbibbəyli, akademiklər T.Kərimli, R.Hüseynov, M.Nağısoylu, Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru G.Babaxanlı və başqaları geniş məruzələrlə çıxış ediblər;


“Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomunun II buraxılışı, “Cavidlər” adlı təqvimli foto-albom nəfis tərtibatda çap olunub;


Hüseyn Cavidin “Maral” və “Şeyda” əsərləri bolqar dilinə tərcümə olunaraq nəşr edilmişdir;
Hüseyn Cavidin Ev Muzeyinin eksponatlarından bəhrələnməklə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Hüseyn Cavid-135” adlı ədəbiyyat sərgisi təşkil olunmuş, xatirə gecəsi keçirilmiş və Cavidin əsərləri əsasında hazırlanmış tamaşa nümayiş olunmuşdur və s.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 16 ildə bütün sahələrə olduğu kimi, elm və mədəniyyət sahəsinə də diqqət və qayğısı nəticəsində xalqımızın bir çox görkəmli nümayəndələrinin, o cümlədən Hüseyn Cavidin xatirəsi ən yüksək səviyyədə anılmış, ədibin yubiley tədbirləri həyata keçirilmiş, əsərlərinin yenidən nəşri, yaradıcılığının mütəmadi təbliği istiqamətində göstərişlər verilmiş və bu mənada AMEA Hüseyn Cavidin Ev Muzeyinin üzərinə şərəfli vəzifələr qoyulmuşdur. Cənab İlham Əliyevin Hüseyn Cavidin şəxsiyyətinə və yaradıcılığına verdiyi qiymətin məntiqi nəticəsi kimi meydana gəlmiş bu vəzifələri yerinə yetirən AMEA Hüseyn Cavidin Ev Muzeyi son 16 ildə ümumilikdə 50 adda 70 cilddən artıq kitab nəşr etmiş, ölkə daxilində və xaricdə 20 beynəlxalq elmi konfrans və simpozium keçirərək, 60-dan artıq respublika səviyyəli konfrans, seminar, mədəni-kütləvi tədbirin təşkilatçısı olub.


Gülbəniz BABAXANLI
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru,
Filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ölkədə aparılan islahatlar yüksək qiymətləndirilir 4 İyun 2020, 22:08 Ermənilər Qazax istiqamətində yüksəklik ələ keçirib? – Cəbhədən XƏBƏR VAR 4 İyun 2020, 21:54 “Ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur” - Prezident 4 İyun 2020, 21:45 Azərbaycanda rekord sayda COVID-19 testi aparıldı - FOTO 4 İyun 2020, 21:34 “Bugünkü könüllülər sabahın rəhbərləridir” - İlham Əliyev 4 İyun 2020, 21:24 “4 iyun Surət Hüseynov qiyamı”, yoxsa... - VİDEO 4 İyun 2020, 21:12 Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişdi 4 İyun 2020, 20:59 “Elektron məhkəmə sisteminin tətbiqi vətəndaşlar üçün əlavə imkanlar yaradacaq” - Deputat 4 İyun 2020, 20:50 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 4 İyun 2020, 20:35 “Hər bir vətəndaş həftə sonları üçün verilən qərara məsuliyyətlə yanaşmalıdır” - Deputat 4 İyun 2020, 20:27 Sumqayıtda 29 yaşlı qadın itkin düşüb - FOTO 4 İyun 2020, 20:17 Vahid Əhmədovdan əhaliyə ÇAĞIRIŞ 4 İyun 2020, 20:01 Həftə sonu dəfndə iştirak etmək üçün qaydalar açıqlandı - RƏSMİ 4 İyun 2020, 19:59 Kann festivalının seçimi üçün saxılanılan filmlərin siyahısı açıqlanıb 4 İyun 2020, 19:47 Prezident Türkiyə vətəndaşını “Dostluq” ordeni ilə təltif etdi 4 İyun 2020, 19:36 DSX Keşikçidağdakı təxribatla bağlı məlumat YAYDI 4 İyun 2020, 19:23 Ağalar Vəliyev Goranboyda seçicilərinə çağırış etdi - FOTO 4 İyun 2020, 19:16 Sərnişinlərin nəzərinə - Metro 2 gün işləməyəcək 4 İyun 2020, 19:09 Dövlət Miqrasiya Agentliyinin səlahiyyətləri məhdudlaşdırıldı 4 İyun 2020, 19:02 Bakı Nəqliyyat Agentliyindən sərt karantin rejimi ilə bağlı AÇIQLAMA 4 İyun 2020, 18:58 Azercell “Telegram Bot” xidmətini təqdim edib 4 İyun 2020, 18:47 Bakıya “baqaj”da keçmək istəyən sərnişin və sürücü həbs edildi - FOTO 4 İyun 2020, 18:36 TƏBİB-dən tibb müəssisələrinə: Xəstələr bir gün əvvəldən qəbul edilsin 4 İyun 2020, 18:28 Karantin qaydalarını pozanlar cəzalandırılacaq - Operativ Qərargah 4 İyun 2020, 18:17 Operativ Qərargahdan səfirliklərə TÖVSİYƏ 4 İyun 2020, 18:13 Azərbaycanda daha 4 karantin xəstəxanası istifadəyə veriləcək 4 İyun 2020, 18:11 Dünyanın ən məşhur kinofestivalından Azərbaycana qarşı TƏXRİBAT 4 İyun 2020, 18:05 Beynəlxalq uçuşlar nə vaxt bərpa olunacaq? - Operativ Qərargahdan AÇIQLAMA 4 İyun 2020, 18:00 “Piyada gələ bilən işçilərə üstünlük verilməlidir” - Ramin Bayramlı   4 İyun 2020, 17:52 Tarixi Azərbaycan torpaqları və toponimləri 4 İyun 2020, 17:46 TƏBİB buraxılış imtahanlarına hazırlaşanlara MÜRACİƏT ETDİ 4 İyun 2020, 17:41 Peyvənd hazırlanana qədər virus bizimlə olacaq - Hande Harmancı 4 İyun 2020, 17:37 Daha uzunmüddətli qapanmalara gedə bilərik - Operativ Qərargahdan XƏBƏRDARLIQ 4 İyun 2020, 17:33 Başqa xəstəliklərdən ölənlər koronovirus adı ilə rəsmiləşdirilir? - AÇIQLAMA 4 İyun 2020, 17:31 Operativ Qərargah özəl müəssisələrə müraciət etdi - iş vaxtını saat 14:00-da yekunlaşdırın 4 İyun 2020, 17:30