Modern.az

Qulu Məhərrəmlinin “Gələcəyə ön söz”ü

Qulu Məhərrəmlinin “Gələcəyə ön söz”ü

25 Dekabr 2019, 09:01

 Tanınmış jurnalistin publisistik məqalələr kitabı işıq üzü gördü

 

 “Altun kitab” nəşriyyatı  professor Qulu Məhərrəmlinin  publisistik məqalələrdən ibarət olan  “Gələcəyə ön söz” adlı kitabını çapdan buraxıb.

Modern.az-ın məlumatına görə, kitabda müəllifin 2013–2019-cu illərdə “Ayna” qəzetində və ayna.az saytında dərc edilmiş publisistik məqalələri toplanmışdır. Ayrı-ayrı mövzuları əhatə edən bu yazılarda yaşadığımız dövrün, cəmiyyətin və ölkənin müxtəlif problemləri qələmə alınmışdır.


Fərqli insan talelərindən, çağdaş dünyamızda mövcudluq uğrunda çarpışan insanların üzləşdiyi müxtəlif sosial-psixoloji və mənəvi problemlərdən, müasirlərimizin duyğu və düşüncələrindən bəhs edən bu yazılar bütövlükdə yaşadığımız zamanın dolğun mənzərəsini yaradır.

 
“Ayna kitabxanası” seriyasından kütləvi tirajla çap edilmiş kitabın redaktoru Elçin Şıxlı, texniki redaktoru Rəşad Nəbiyev, bədii tərtibçisi Fəridə Ziyadova, dizayneri Səbinə Vəzirovadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır