Modern.az

Azərbaycanlı alimlər Mil düzündə səhra TAPDI

Azərbaycanlı alimlər Mil düzündə səhra TAPDI

Aktual

27 Dekabr 2019, 11:42

Azərbaycanda 45 hektar ərazidə səhralaşma ocağı aşkar olunub.

 

Modern.az xəbər verir ki, Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun əməkdaşları Mirnuh İsmayılov və Emil Cəbrayılov Azərbaycan Dövlət Televiziyası çəkiliş qrupunun müşayiəti ilə Mil düzünün Şirinqum təpələri ərazisində çöl-tədqiqat işləri aparıb.

 

Araşdırmalar nəticəsində müəyyən olunmuş yeni səhralaşma ocaqlarında müşahidə və ölçmə işləri aparılmışdır. Təyin edilmişdir ki, Mil düzündə səhra landşaftının 45 hektara qədər ərazini əhatə etməsi müəyyən edilib. Təpələrin mütləq və nisbi hündürlükləri ölçülmüş, coğrafi koordinatlar dəqiqləşdirilib.

Ərazidə 20-yə qədər barxan tipli eol relyef formaları müşahidə olunmuşdur. Tədqiqatlar davam etdirilir.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi