Arxiv
7 Yanvar 2020, 09:34 | HADİSƏ
Yandırılan 10 yaşlı qızın atası DANIŞDI: “Ekspert qrupunu gözləyirik, hamı buradadır, meyiti yerindən tərpətməmişik...”

Xəbər verdiyimiz kimi, ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.

Çətin də olsa hadiəsinin təfərrüatları barədə Nərminin atası Şərif Quliyevlə həmsöhbət olduq.

 

Modern.az-a açıqlamasında hazırda hadisə yerində olduğunu deyən Şərif Quliyev baş verənlərə hələ də inanmadığını bildirib:

 

“Hazırda hadisə yerindəyik. Bakıdan ekspert qrupunun gəlişini gözləyirik. Bütün polis əməkdaşları, rəis, İcra Hakimiyyətinin nümayəndələri, kənd camaatı hadisə yerindədir. Heç meyiti yerindən tərpətməmişik. Baxdıq üstündəki paltarları yanıb. Daha detallı araşdırmadan sonra öyrənəcəyik nə baş verib”.

 

Ş.Quliyev qeyd edib ki, qohum-qonşuda şübhələndiyi kimsə yoxdur:

 

“Biz kiminləsə ədavəti olan adam deyilik. Öz halımızda, güzəranımızda yaşayan adamlarıq.

Hadisə qardaşımın uşağının toyundan bir gün sonra-21 noyabrda olub. Gödəkçəm qardaşımgildə qalmışdı. Özüm qızımı göndərdim ki, getsin mənim gödəkçəmi gətirsin. Gödəkçəni evdən götürüb küçəyə çıxandan sonra da yoxa çıxıb. Mən bu işin axırına kimi gedəcəm. Necə olur olsun, qızıma qarşı törədilmiş cinayətin aşkara çıxması üçün əlimdən gələni edəcəm. Mətbuat nümayəndələrindən bu işə diqqət yetirmələrini xahiş edirəm”.

 

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.



Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şikayətçi qərardan narazıdırsa, məhkəməyə müraciət edə bilər - MSK sədri 21 Fevral 2020, 17:43 Neftçalanın icra başçısı, müavinləri və şöbə müdirləri saxlanıldı - RƏSMİ 21 Fevral 2020, 17:35 MSK-nın sədr müavini namizədlərə irad tutdu 21 Fevral 2020, 17:24 Afət Həsənovanın seçki dairəsindən şikayətlərə BAXILDI 21 Fevral 2020, 17:18 İcra başçısı məktəbin tikintisi ilə bağlı şirkət rəhbəri ilə görüşüb 21 Fevral 2020, 17:12 Azercell transformasiya ilininin nəticələrini AÇIQLANDI 21 Fevral 2020, 17:06 MSK-da baxılmayan şikayət qala bilməz - Məzahir Pənahov 21 Fevral 2020, 17:00 Rüstəm Xəlilov Talış kəndinin sakinlərilə görüşüb - FOTO 21 Fevral 2020, 16:53 İstirahət günlərinin hava proqnozu açıqlandı 21 Fevral 2020, 16:47 MSK-dan Ramil Həsənin lider olduğu dairə barədə QƏRAR 21 Fevral 2020, 16:41 İlqar Rəhimov I vitse-prezidenti işdən azad etdi 21 Fevral 2020, 16:36 Bakıda uşaq poliklinikasında yanğın olub 21 Fevral 2020, 16:30 Bakı metrosu koronavirusa qarşı dezinfeksiyada “ProGreen ProFix” dərmanından İSTİFADƏ EDİR 21 Fevral 2020, 16:24 Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də varMSK üzvü ölüf-ölüf videosundan danışdı 21 Fevral 2020, 16:18 MSK-nın iclası başladı 21 Fevral 2020, 16:12 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - İyirminci və iyirmi birinci söz 21 Fevral 2020, 16:06 Nazirlik sahibkarlara müraciət etdi 21 Fevral 2020, 16:00 Yaşıllıq sahələrinə elektron formada nəzarət ediləcək 21 Fevral 2020, 15:55 I sinfə qəbul qaydaları AÇIQLANDI 21 Fevral 2020, 15:49 Gürcüstanda adam öldürüb Bakıda gizlənən şəxs tutuldu - FOTO 21 Fevral 2020, 15:45 İmtahanların nəticələri AÇIQLANDI 21 Fevral 2020, 15:39 “Ana harayı” abidəsinin yeri və forması dəyişdiriləcək? – Əməkdar memar DANIŞDI       21 Fevral 2020, 15:34 Elçibəyin oğlu maddi vəziyyətindən danışdı: “İdarə edirik” 21 Fevral 2020, 15:30 Hindistanlı çəkiliş qrupunun Xızı dağlarında SƏRGÜZƏŞTLƏRİ 21 Fevral 2020, 15:23 İctimai nəqliyyatda gediş haqqı telefonla ödəniləcək 21 Fevral 2020, 15:17 “Anladım ki, ana dilim, ürəyimdən çıxmaz mənim!” 21 Fevral 2020, 15:10 Hadisə yerindən qaçan sürücü tutuldu - RƏSMİ 21 Fevral 2020, 15:04 BMU-nun tələbələrinə smart tələbə kartları verildi - FOTO 21 Fevral 2020, 14:58 İranda koronavirusdan ölənlərin sayı 4 nəfərə çatdı 21 Fevral 2020, 14:52 Nazir müavinləri rayonlarda qəbul keçirdilər 21 Fevral 2020, 14:46 “Valiko Həsrət” ləqəbli narkobaron həbs edilib - FOTO 21 Fevral 2020, 14:40 Apelleyasiya Məhkəməsi də Bəxtiyar Hacıyevin şikayətini təmin etmədi 21 Fevral 2020, 14:35 General Həftər Liviyada sülh şərtlərindən danışdı 21 Fevral 2020, 14:30 Səfər Mehdiyev Litva səfiri ilə görüşdü 21 Fevral 2020, 14:24 “Azadlıq” stansiyasında “HADİSƏ”-VİDEO 21 Fevral 2020, 14:18