Modern.az

Milli Məclisin buraxılmasına bitərəf qalan deputat seçkilərə GEDİR

Milli Məclisin buraxılmasına bitərəf qalan deputat seçkilərə GEDİR

Parlament

8 Yanvar 2020, 12:03

Beşinci çağırış Milli Məclisin deputatı Rasim Musabəyov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Bu barədə Modern.az-a məlumat verən Rasim Musabəyov namizədliyinin qeydə alındığını da söyləyib:

 

“Namizədliyim 2 gün əvvəl Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb. Yenə də 18 saylı Nərimanov - Nizami seçki dairəsindən namizədliyimi irəli sürmüşəm”.

 

Qeyd edək ki, Rasim Musabəyov heç bir partiyanın üzvü deyil.

 

Xatırladaq ki, Rasim Musabəyov Milli Məclisin buraxılması ilə bağlı parlamentin Prezident İlham Əliyevə ünvanladığı müraciətə bitərəf qalmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!