Modern.az

Onlar da deputat olmaq istəyirlər - fəhlə, xadimə, montyor, gözətçi, çilingər...

Onlar da deputat olmaq istəyirlər - fəhlə, xadimə, montyor, gözətçi, çilingər...

13 Yanvar 2020, 12:27

9 fevralda ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürənlər arasında müxtəlif peşə sahibləri var.

 

Belə ki, hazırkı seçki marafonunda təkcə təhsil işçiləri, hüquqşünaslar, həkimlər, jurnalistlər deyil, eyni zamanda, fəhlə, xadimə, montyor, baytar, gözətçi, çilingər və s. kimi peşə sahibləri də iştirak edirlər.

 

Modern.az sosial şəbəkələrdə maraqla qarşılanan həmin deputatlığa iddialı şəxslərin bəzilərini oxuculara təqdim edir:

103 saylı Gədəbəy seçki dairəsi

Hüseynov Fəqani Faiq oğlu - Azərbaycan Respublikası ƏƏSM Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agenliyinin DOST iş mərkəzində fəhlə

 

103 saylı Gədəbəy seçki dairəsi

 Nağıyev Rafiq Yusif oğlu-Gədəbəy rayon Baytarlıq İdarəsi aparıcı baytar həkimi

 

96 saylı Goranboy-Naftalan seçki dairəsi

İbrahimov İlkin Akif oğlu - Goranboy rayon Subartezian Quyuları İstismarı İdarəsində fəhlə

 

84 saylı Fizuli seçki dairəsi

 Hacıyev Bayram Nazim oğlu - Bakı şəhəri Azərbaycan Dillər Universitetinin 1 nömrəli yataqxanasında komendant

 

83 saylı Ağcabədi-Fizuli seçki dairəsi

Hüseynov Nizami Voroşil oğlu - Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsində elektrik montyoru

 

83 saylı Ağcabədi-Fizuli seçki dairəsi

Namazov İsmayıl Sabir oğlu - Fizuli rayonu 24 nömrəli tam orta məktəbdə gözətçi (namizədliyi qeydə alınıb)

 

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi

Orucova Səfa İslam qızı - Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə xadimə

 

24 saylı Nizami birinci seçki dairəsi

İsmayılov Tural Muradağa oğlu -  Socar Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsində avtomobillərin təmiri üzrə çilingər.

 

Əfsanə ŞƏRİF

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...