Arxiv
15 Yanvar 2020, 15:54 | PARLAMENT
MDB PA-nın müşahidəçiləri monitorinqlərə başlayıblar

Yanvarın 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) direktor vəzifəsini icra edən Yekaterina Qoloulinanın rəhbərliyi ilə həmin qurumun əməkdaşlarından ibarət beynəlxalq müşahidəçilər qrupunun üzvləri Bakı şəhərində Milli Məclisə növbədənkənar seçkilər üzrə seçki kampaniyasının gedişinin müşahidəsinə başlayıblar.

 

Milli Məclisdən Modern.az-a bildirilib ki, uzunmüddətli monitorinq mərhələsində həyata keçirilən tədbirlərdə yerli müşahidəçi statusuna malik olan MDB PA DİMBİ Bakı filialının əməkdaşları da iştirak edirlər. Uzunmüddətli monitorinq proqramına əsasən, yanvarın 14-də MDB PA-dan olan müşahidəçilər Mərkəzi Seçki Komissiyasının Sədri Məzahir Pənahovla, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə görüşüblər.

 

Məzahir Pənahov MDB PA  nümayəndələrini Milli Məclis deputatlığına namizədlərin qeydiyyatı, seçici siyahılarının formalaşması mərhələsində Komissiyanın fəaliyyəti, məntəqə və dairə seçki komissiyaları üzvlərinin təlimi, seçki prosesinin bütün iştirakçılarının hüquq mədəniyyətinin artırılması üçün həyata keçirilən tədbirlər barədə məlumatlandırıb. Qonaqlar deputatlığa namizədlər və onların vəkil edilmiş şəxsləri, məntəqə seçki komissiyalarının üzvləri, eləcə də KİV nümayəndələri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan metodiki materiallar, məlumat-yaddaş kitabçaları ilə tanış olublar. 

 

MDB PA nümayəndələri öz növbələrində 2016-cı ildən sonra Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilən dəyişikliklər, 17 yanvar 2020-ci il tarixdə start veriləcək seçkiqabağı təşviqatın aparılmasına dair bir sıra suallar səsləndiriblər. Görüş iştirakçıları seçkiqabağı təşviqatın aparılması üçün siyasi partiyalar, müstəqil namizədlər tərəfindən internetdən istifadə edilməsində artan fəallıq barədə fikir mübadiləsi aparıblar.

 

Səfa Mirzəyevlə görüşdə növbədənkənar seçkilərlə bağlı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, qısamüddətli monitorinq mərhələsində Azərbaycan Respublikasının indiki Parlamentində yüksək təmsilçilik səviyyəsinə malik olan partiyaların seçkiqabağı qərargahlarının rəhbərliyi ilə görüşlər barədə razılıq əldə edilib.

 

Görüşlərin nəticələrinə görə MDB PA DİMBİ Bakı filialında işçi müşavirə keçirilib, müşavirə gedişində uzunmüddətli monitorinq mərhələsində DİMBİ Bakı filialının ekspertləri və əməkdaşlarının regionlarda, o cümlədən Gəncə, Mingəçevir, Samux, Şəmkir, Lənkəran, Astara, Lerik, Masallı şəhərləri və ətraf rayonlarda bir sıra yaşayış məntəqələrini əhatə edən fəaliyyət planı təsdiq edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün magistraturaya qəbul imtahanı keçirilir 23 Fevral 2020, 12:00 “Yarımçıq qalmış oyun” – VIII səhnəli PYES 23 Fevral 2020, 11:47 İrandakı zəlzələ Naxçıvanda da hiss edilib 23 Fevral 2020, 11:28 Ümumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik” 23 Fevral 2020, 11:05 İranda güclü zəlzələ olub 23 Fevral 2020, 10:44 Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozuldu 23 Fevral 2020, 10:29 İlham Əliyevin İtaliyaya səfəri başa çatdı - FOTO 23 Fevral 2020, 00:46 Sumqayıtda uşaq dəm qazından boğularaq ölüb 23 Fevral 2020, 00:36 İlham Əliyev  Mehriban Əliyeva ilə birlikdə Müqəddəs Pyotr Kilsəsi ilə tanış oldular - FOTOLAR 23 Fevral 2020, 00:17 Azərbaycana 60 min kiloqram qurban əti göndərildi   23 Fevral 2020, 00:06 Bakıda "Niva"dan düşüb bir nəfəri güllələdilər 22 Fevral 2020, 23:47 Daha  bir ölkədə koronavirus həyəcanı 22 Fevral 2020, 23:39 “Ermənistan regionda destruktiv siyasət yürüdür” - İlham Əliyev 22 Fevral 2020, 23:21 Koronavirusun dünyaya yayılma sürəti artıb 22 Fevral 2020, 23:16 Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49 Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi 22 Fevral 2020, 18:38