Arxiv
16 Yanvar 2020, 11:31 | TƏHSİL
“Bütün uğurları liseylərin adına yazmaq doğru deyil” - Ekspert

Hər  il ali məktəblərə qəbul olunan abituriyentlər arasında yüksək nəticə göstərənlər olanda hansı məktəbi, yaxud a liseyi bitirməsi diqqət çəkir. Açıq etiraf edək ki, liseylərdə təhsil alan abituriyentlər arasında yüksək nəticə göstərənlər daha çox olur. Belə olan halda valideynlər övladlarının liseydə oxumasına can atır.

 

Maraqlıdır, liseylər orta məktəblərdə oxuyan bütün şagirdləri qəbul etməyə hazırdımı?!

Əsas məsələ də budur.

Azərbaycanda Bakı Atatürk Liseyi, Bakı Avropa Liseyi, İdrak Liseyi və digər özəl liseylər mövcuddur. Adıçəkilən özəl liseylər orta məktəblərin güclü şagirdlərinə sahiblənib yüksək bal toplayan, güclü intellektə malik abituryentlər yetişdirməklə özlərini reklam edirlər. Reallıqlar isə tamam fərqlidir.

Bu liseylər zəif şagirdləri qəbul edib yüksək bal toplamalarına yüz faiz zəmanət verə bilərlərmi?! Əlbəttə, yox!

Çünki özəl liseylərin siyasəti fərqlidir. Yüksək təhsil haqqı ilə yüksək savadlı şagirdləri qəbul etmək. Bu da fərqli mənzərə ortaya qoyur.

 

“Burada haqsız rəqabət də var”

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, təhsil eksperti İlqar Orucov Modern.az-a mövzu barədə danışıb. Onun sözlərinə görə, özəl liseylər istedadlı şagirdləri cəlb etməyə üstünlük verir:

 

“Söhbət özəl liseylərdən gedir. Bunlar çox yüksək keçid balı ilə istedadlı şagirdlərimizi cəlb edirlər. Həmin liseylərdə ödəniş haqqı da xeyli yüksəkdir. Yekun nəticə olaraq yüksək bal toplayan abituriyentlər də həmin liseylərin məzunları olur. Əslində burada haqsız rəqabət də var. O baxımdan ki, liseylər bu işləri çox yüksək təhsil haqqı müqabilində həyata keçirirlər.  Halbuki həmin şagirdlər dövlət liseylərində oxusalar belə yenə də yüksək nəticə göstərəcəklər”.

 

Məsələnin kökü başqadır”

 

İlqar Orucov bildirib ki, özəl liseylər daha çox testin nəticələrinə işləyirlər:

 

“Onların da göstəriciləri məhz bu səbəbdən yüksək olur. Digər tərəfdən isə onlar çox savadlı şagirdləri liseylərə götürürlər. Bu iki nüansa görə, bizim özəl liseylərdə reytinqlər yüksəkdir. Məsələnin kökündə isə seçim edərkən həddindən artıq istedadlı şagirdlərin hesabına bunlara nail olmaqdır”.

 

“Orta məktəblərə inam azalır”

 

Təhsil eksperti onu da qeyd edib ki, belə hallarda orta məktəblərin reytinqi aşağı salınır:

 

“Bu zaman belə söhbətlər yayılır ki, orta məktəblərdə təhsilin səviyyəsi çox aşağıdır. Nəzərə alsaq ki, liseylər orta məktəblərin ən güclü şagirdlərini hazırlayır, deməli, heç də bütün uğurları  liseylərin adına yazmaq doğru deyil. Çünki liseylər yüksək nəticəni həmin orta məktəblərdən gəlib təhsilini liseydə davam etdirən şagirdlərin hesabına qazanır. Bu elə məsələdir ki, buna qarşı mübarizə aparmaq üsulu yoxdur. Bu məsələdə cəmiyyət özü yanaşma ortaya qoymalıdır. Düzdü, bu sahədə ciddi qüsurlar var. Çünki liseylərin bu cür siyasət yeritməsi orta məktəblərə inamın azalmasına, kölgədə qalmasına  gətirib çıxarır. Əslində, məsələ tamam fərqlidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ucarda avtobus piyadanı vurub öldürdü 22 Fevral 2020, 00:53 Tovuzda məktəbli dərs vaxtı bıçaqlanıb 22 Fevral 2020, 00:37 Ən təhlükəli narkobaronun oğlu ABŞ-a təhvil verildi 22 Fevral 2020, 00:21 Sumqayıtda restoran yaxınlığında əl qumbarası tapıldı 22 Fevral 2020, 00:02 Azərbaycanın da qoşulduğu neft alyansı dağıla bilər 21 Fevral 2020, 23:49 Bakıda gənc oğlanı  dostu bıçaqladı 21 Fevral 2020, 23:43 Sel 6 məktəblinin həyatına son qoydu 21 Fevral 2020, 23:27 İlham Əliyev  və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldu  - FOTO 21 Fevral 2020, 23:09 Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək 21 Fevral 2020, 22:50 Bakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi - FOTO 21 Fevral 2020, 22:33 Bu ölkə də vətəndaşlarını Çindən təxliyə edir 21 Fevral 2020, 22:14 Leyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTO 21 Fevral 2020, 22:01 "Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham Əliyev 21 Fevral 2020, 21:45 Ərdoğanla Putin arasında qızğın müzakirə 21 Fevral 2020, 21:28 ATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEO 21 Fevral 2020, 21:12 Azərbaycan nefti ucuzlaşdı 21 Fevral 2020, 20:54 Koronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHI 21 Fevral 2020, 20:41 MSK-nın 4 saat çəkən iclası başa çatdı 21 Fevral 2020, 20:32 Sədaqət Vəliyevanın dairəsində məntəqənin nəticələri ləğv edildi 21 Fevral 2020, 20:26 Üç ölkənin lideri İdlibdəki vəziyyəti müzakirə etdi 21 Fevral 2020, 20:16 MSK Könül Nurullayevanın seçki dairəsindən şikayətlərə baxdı 21 Fevral 2020, 20:09 “Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır” - Gündüz İsmayılov 21 Fevral 2020, 20:03 "Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı 21 Fevral 2020, 20:00 Prezident İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb - FOTO 21 Fevral 2020, 19:54 Asim Mollazadənin dairəsində məntəqənin nəticəsi ləğv OLUNDU 21 Fevral 2020, 19:47 Naftalanda “kompüter istifadəçisi” peşə hazırlığı kursu təşkil olundu - FOTO 21 Fevral 2020, 19:40 "Azəriqaz"da ixtisarlar olacaq? - Sədrdən AÇIQLAMA 21 Fevral 2020, 19:31 MSK sədrindən dairə və məntəqə sədrlərinə XƏBƏRDARLIQ 21 Fevral 2020, 19:18 Məzahir Pənahov deputatlığa namizədi zaldan ÇIXARTDI 21 Fevral 2020, 19:10 Qırğızıstan Prezidenti İlham Əliyevi təbrik etdi 21 Fevral 2020, 19:02 Müğənni Manaf Ağayev polisə çağrıldı - RƏSMİ 21 Fevral 2020, 18:55 DSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDI 21 Fevral 2020, 18:50 DTX-nın həbs etdiyi qadın YAP-ın deputatlığa namizədi idi- FOTO 21 Fevral 2020, 18:45 İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi oldu 21 Fevral 2020, 18:40 MSK-dan Kəmaləddin Qafarovun lider olduğu dairə ilə bağlı QƏRAR 21 Fevral 2020, 18:35