Modern.az

Prezident Əli Nağıyevi Dövlət Komissiyasının sədri TƏYİN ETDİ

Prezident Əli Nağıyevi Dövlət Komissiyasının sədri TƏYİN ETDİ

16 Yanvar 2020, 16:48

Prezident İlham Əliyev “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. 

 

Modern.az xəbər verir ki, komissiyanın yeni tərkibi aşağıdakı redaksiyada verilib. 

 

“Komissiyanın sədri

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini

 

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

 

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

 

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

 

Azərbaycan Respublikası Baş prokurorunun müavini ─ Azərbaycan Respublikasının Hərbi prokuroru

 

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri

 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri

 

Komissiyanın katibi

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri”.

 

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır