Modern.az

Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO  

Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO  

18 Yanvar 2020, 13:34

Yanvarın 17-də Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov növbəti səyyar qəbul-görüşünü rayonunun Meyniman kənd sakinləri ilə keçirib. 

 

Modern.az xəbər verir ki, Meyniman kənd sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin, iştirak etdiyi qəbulda İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov respublikada aparılan uğurlu sosial-iqtisadi islahatlardan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışdı. Hacıqabul rayonunun daha da inkişafı üçün görüləcək işlərdən söz açıb.

 

Sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran Rüstəm Xəlilov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

 

Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

 

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır