72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı görüşlərini bu gün də davam etdirib.
Modern.az xəbər verir ki, Musa Qasımlı Yardımlı rayonunun ən ucqar kəndləri olan Alar və Şıxhüseynlidən olan seçicilərin bir qrupu ilə görüşüb. Sakinlər onu hərarətlə qarşılayıblar. Vaxtilə payız - qış aylarında atla gedilən, işıq problemi olan bu kəndlərdə indi yol və elektrik enerjisi problemi yoxdur. Müvafiq dövlət qurumumuza ancaq minnətdarlıq etmək qalır.
Deputatlığa namizədlə səmimi söhbət olub. Bəzi istəklərini dilə gətiriblər. Seçicilər Musa Qasımlıya səs verəcəklərini bildiriblər.
Görüşdən sonra Musa Qasımlı veteranlar - Yadigar Tarıverdiyevə, Şura Şabiyevavə Kamilə Kazımovaya baş çəkib. Alar və Şıxhüseynli seçicilərinə təşəkkür edib.