Modern.az

Seçicilər Vüqar Bayramovu böyük coşqu ilə qarşılayıb - FOTOLAR

Seçicilər Vüqar Bayramovu böyük coşqu ilə qarşılayıb - FOTOLAR

18 Yanvar 2020, 20:57

84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov bugün Qaradağ rayonunda seçicilərlə görüşüb. Görüşdə deputatlığa namizədi Füzuli rayonunun tanınmış ziyalıları – Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Hətəm Quliyev, Akademiyaının müxbir üzvü, professor Akif Musayev və Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Fazil Hacıyev müşayiət ediblər.

Modern.az  xəbər verir ki, vəkillər Vüqar Bayramovun təkcə Azərbaycanda deyil, dünyada tanınmış bir iqtisadçı alim olduğunu vurğulayaraq, onun iqtisadi, elmi, ictimai fəaliyyətindən və əldə etdiyi nailiyyətlərdən danışıblar.

Vəkillərin yekdil rəyi belə olub ki, Vüqar Bayramov deputat seçiləcəyi təqdirdə həm doğulub boya-başa çatdığı rayonu, həm də ölkəmizi yüksək səviyyədə təmsil edərək hər zaman xalqının və seçicilərinin yanında olacaq.

Sonra Vüqar Bayramov tərcümeyi-halı və bugünə qədərki  fəaliyyəti haqqında ətraflı məlumat verib, platformasını seçicilərlə bölüşüb: “Əslində mən bu sənədi platforma yox, fəaliyyət planı adlandırıram, çünki seçilsəm də, seçilməsəm də, orda əks etdirilənlərin həllinə çalışacağam. Platformam məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi inkişaf və sosial müdafiə proqramlarının təkmilləşdirilməsi istiqamətləri üzrədir. Seçki şüarımda da dediyim kimi 2 faktor - elim-obam, yəni Siz seçicilərim və elmim, iqtisadi biliklərim, bu sahədə qazandığım təcrübə mənə imkan verəcək ki, parlamentdə daha məhsuldar və faydalı çalışa bilim.

Deputatlığa namizədliyimi verənədək də mütəmadi olaraq müxtəlif rayonlardan xeyli vətəndaşımız yaradıcısı olduğum beyin mərkəzinə öz problemləri ilə bağlı müraciət edib və onların problemlərinin həllinə yardımçı olmuşuq. Mən günümüzün cağırışı olan nümunəvi deputat – seçici modelinin yaradılmasında maraqlıyam. Deputat Bakıda oturmamalıdır, insanların yanında olmalı, onların üzləşdiyi çətinlikləri bilməlidir. İnsanların problemlərinin həlli üçün isə savadın, biliyin olmasına böyük ehtiyac var.

Bir daha deyirəm: Elimə, siz seçicilərimə və elmimə güvənirəm. Hər birinizi də 9 fevralda seçkilərə gəlməyə və layiqli hesab etdiyiniz namizədə səs verməyə çağırıram.”

Görüşün ikinci hissəsində Qaradağ rayonunda məskunlaşmış məcburi köçkünlər qarşılaşdıqları sosial problemlərin həlli ilə bağlı Vüqar Bayramova fərdi müraciətlər ediblər. Seçiciləri diqqətlə və səbrlə dinləyən deputatlığa namizəd qeydlər götürərək onları narahat edən problemlərin həllinə yönəlik addımlar atacağını bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır