Arxiv
20 Yanvar 2020, 08:40 | AKTUAL
ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv Şabot (Steve Chabot) bəyanatla çıxış edərək, “Qara Yanvar” kimi tanınan Sovet İttifaqı tərəfindən törədilmiş qətliam zamanı həlak olmuş günahsız insanların xatirəsini yad edib və 30 illiyinin qeyd olunduğu 20 yanvarın Azərbaycanın müstəqilliyinin yenidən formalaşması tarixi kimi əhəmiyyətini vurğulayıb.

 

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Modern.az-a verilən məlumata görə, konqresmen Stiv Şabot bəyanatında 1990-cı ilin 20 yanvar gecəsində 26 minlik sovet qoşunlarının Bakı və ətraf ərazilərə hücum etdiyini, “Qara Yanvar” kimi insanların və tarixin yaddaşına həkk olunan Sovet qəddarlığı nəticəsində 145-dən çox mülki əhalinin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını və yüzlərlə insanın həbs olunduğunu diqqətə çatdırıb.

 

Sovetlərin bu sərt tədbirinin məqsədinin Azərbaycanda formalaşmaqda olan müstəqillik hərəkatını boğmağa cəhd olmasına baxmayaraq, bunun Kommunist partiyasının idarəçiliyini və ümumilikdə Sovet İttifaqını qorumağa naçar cəhd kimi sübut edildiyi diqqətə çatdırılıb və bildirilib ki, əslində bu Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verib.

 

Məlumatda qeyd olunur ki, “Qara Yanvar” hadisələrindən sonra, Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan Parlamenti 1991-ci ilin 30 avqust tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannaməni, 18 oktyabr 1991-ci il tarixində isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq edib.

 

Bəyanatda həmçinin məlumat verilir ki, 1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanmış, gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanla diplomatik münasibətlər qurub.

 

ABŞ və Azərbaycanın region üzrə ortaq maraq və məramlara malik olduğunu, ölkələrin xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlığını vurğulayan Stiv Şabot, digər Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırmışdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Milli Məclisin təkrar buraxılacağı barədə fikirlər təxribatdır" - Deputat 2 Avqust 2021, 12:38 Şuşada kulinariya festivalının keçirilməsi gələn ilə qaldı 2 Avqust 2021, 12:37 Paşinyan yenidən baş nazir SEÇİLDİ 2 Avqust 2021, 12:34 V qrant müsabiqəsinin nəticələri AÇIQLANDI 2 Avqust 2021, 12:28 Tağı Əhmədov xəstəxanaya YERLƏŞDİRİLDİ 2 Avqust 2021, 12:22 Eldəniz Səlimov İntizam komissiyasının iclasında - YENİLƏNİB 2 Avqust 2021, 12:22 Ermənistan parlamentinin ilk iclasını Həsənov aparır 2 Avqust 2021, 12:21 Qubada ağır qəza - 2 ölü, 4 yaralı 2 Avqust 2021, 12:15 Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi 2 Avqust 2021, 12:09 Ermənistanda baş nazir postuna namizəd İRƏLİ SÜRÜLDÜ 2 Avqust 2021, 12:04 Əsirlərimizə işgəncə verən ermənilər üzr istədilər 2 Avqust 2021, 11:59 Erməni biznesmen satdığı vaksinin qiymətini QALDIRDI 2 Avqust 2021, 11:49 Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək? 2 Avqust 2021, 11:48 Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi bu tarixdə keçiriləcək 2 Avqust 2021, 11:44 Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL 2 Avqust 2021, 11:40 Razi Nurullayev: “Məncə, referendum olmalıdır” 2 Avqust 2021, 11:34 Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı 2 Avqust 2021, 11:28 “Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr 2 Avqust 2021, 11:24 Ermənistan müxalifəti parlamentin ilk iclasında şou yaratdı – FOTO 2 Avqust 2021, 11:23 Müdafiə naziri generalları topladı 2 Avqust 2021, 11:22 Rektor müşavirini və komendantı bıçaqlayan şəxs HƏBS EDİLDİ 2 Avqust 2021, 11:16 Əsirlərimizə işgəncə vermiş ermənilərin məhkəməsi başladı 2 Avqust 2021, 11:11 “Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR 2 Avqust 2021, 11:06 Kamal Abdullanın yeni romanı çap olundu 2 Avqust 2021, 11:00 Bakıda narkotik alverçilərinə qarşı əməliyyat 2 Avqust 2021, 10:55 Mirvari Fətəliyeva: “İtirilmiş uşaqlığımı kimsə qaytara bilməz” - MÜSAHİBƏ 2 Avqust 2021, 10:51 General yanğına görə Türkiyəyə getdi 2 Avqust 2021, 10:50 İmişlidə narkotik əkən şəxs silahdan atəş açdı 2 Avqust 2021, 10:46 Prokurorluq uşaq və yeniyetmələrə müraciət etdi 2 Avqust 2021, 10:42 Tarix müəllimi olmaq istəyənlər üçün SON ŞANS 2 Avqust 2021, 10:36 Narkotik satan daha bir dəstə saxlanıldı 2 Avqust 2021, 10:30 Toylarla bağlı sorğunun nəticələri AÇIQLANDI 2 Avqust 2021, 10:24 Əziz Ələkbərli: "Milli Məclis günün tələblərinə tam cavab verir" 2 Avqust 2021, 10:22 Ana südünün FAYDALARI 2 Avqust 2021, 10:18 Gələn həftədən vaksin vurdura bilməyənlərə sertifikat veriləcək 2 Avqust 2021, 10:12