Modern.az

Quba sakininin evindən qanunsuz ov tüfəngi götürülüb

Quba sakininin evindən qanunsuz ov tüfəngi götürülüb

20 Yanvar 2020, 09:02

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təngəaltı kənd sakini, 39 yaşlı Rahib Fətullayevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürüblər.

 

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir