Modern.az

Nazirlik rəsmisi Prokurorluğa göndərilən materialların çoxluğuna aydınlıq gətirdi

Nazirlik rəsmisi Prokurorluğa göndərilən materialların çoxluğuna aydınlıq gətirdi

Aktual

23 Yanvar 2020, 09:43

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ötən illə bağlı açıqladığı hesabata əsasən, Baş İdarəyə 2019-cu ildə ən çox material (il ərzində 32 material) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olub.

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

 

Onun sözlərinə görə, bu göstərici Nazirliyin öz fəaliyyət və əhaliyə xidmət sahələrində korrupsiya elementlərinin aşkar edilərək tam aradan qaldırılmasına, şəffaflığın təminatına doğru çevik və məqsədəuyğun tədbirlərinin, apardığı köklü islahatların bir göstəricisidir.

 

“Bu kimi tədbirlər qanun pozuntularının aradan qaldırılmasına, qanunazidd əməllərə yol vermiş şəxslərin cinayət və inzibati məsuliyyətə cəlb edilmələri ilə bərabər, gələcəkdə qanun pozuntularına yol verilməsinin qarşısının alınmasında da xüsusi önəm kəsb edir. 2019-cu ildə olduğu kimi, 2020-ci ildə də bu tədbirlər davam etdiriləcək”, - deyə nazirlik rəsmisi bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...