Modern.az

Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb - VİDEO

Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb - VİDEO

23 Yanvar 2020, 11:28

37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Pərvin Kərimzadə parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.

 

Modern.az xəbər verir ki, növbəti görüş ağsaqqalların, ziyalıların, Qarabağ və Əfqanıstan müharibəsi veteranlarının, seçki dairəsini əhatə edən ərazidə məskunlaşan məcburu köçkünlərin, gənclərin, ictimaiyyət nümayəndələrinin və sakinlərinin iştirakı ilə keçirilib.

 

Tədbiri açan Təbliğat Qrupunun üzvü, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev partiyamızın parlament seçkilərinə böyük inamla getdiyini, bu seçkilərdə qələbə qazanacağına əmin olduğunu bildirib. Pərvin Kərimzadənin tərcümeyi-halı, elmi-siyasi fəaliyyəti, ötən 5 ilə yaxın müddət ərzində millət vəkili kimi gördüyü işlər haqqında ətraflı məlumat verib. 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədin növbəti dəfə Pərvin Kərimzadənin olması Yeni Azərbaycan Partiyasının ona olan etimadının nümunəsidir.

 

Görüşdə çıxış edən məcburu köçkünlər, Qarabağ müharibəsi veteranları, Əfqanıstan müharibəsi veteranları, sakinlər namizədə uğurlar diləyib, parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

 

Aprel şəhidi Kapitan İnqilab Quliyevin atası Çingiz Quliyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının namizədlərinin arxasında nəhəng siyasi gücün, 750 minə yaxın insanın siyasi iradəsi dayandığını qeyd edib, qarşıdan gələn növbədənkənar parlament seçkilərində seçicilərin birmənalı olaraq səslərini hakim partiyanı təmsil edən namizədlərə verəcəklərini bildiriblər.

 

Pərvin Kərimzadə görüşdə gəldikləri üçün seçicilərə təşəkkür edib, seçkilərdə Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın namizədi kimi iştirak etdiyi üçün fəxr hissi keçirdiyini vurğulayıb. O, V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışıb, seçicilərini inkişafa, yeniliyə, ictimai-siyasi sabitliyə - Daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasına və onun namizədlərinə səs verməyə çağırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...