Modern.az

Bakıda polis əməliyyat keçirdi - Saxlanılanlar var

Bakıda polis əməliyyat keçirdi - Saxlanılanlar var

Aktual

24 Yanvar 2020, 10:38

Bakı şəhər sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb.

 

Modern.az-ın xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1993-cü il təvəllüdlü Nurlan Qurbanov saxlanılıb.

 

Onun üzərinə baxış keçirilən zaman 1,145 qram heroin aşkar olunaraq götürülüb.

 

Bundan başqa, Xətai RPİ-nin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Ağababayevdən 4,375 qram tiryək, Nəsimi RPİ-nin 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramal Məmmədovdan 1,652 marixuana, 376 qram heroin və 908 qram metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi