Arxiv
24 Yanvar 2020, 14:15 | PARLAMENT
Parlamentdə uşaqlar - Milli Məclis necə olmalı

Bir neçə gün bundan öncə Ukrayna Ali Radasında keçirilən bir rəsmi toplantıda iştirak edirdim. Toplantı bitəndən sonra millət vəkillərilə plenar iclaslarin keçirildiyi zala girdikdə oranın yuxarı hissəsində oturub qanun layihələrinin müzakirələrinə baxmaq üçün gətirilən yuxarı sinif məktəblilərilə rastlaşdıq. Aydın oldu ki, onlar indidən dövlətin necə idarə olunduğunu izləmək və öyrənmək üçün xüsusi məqsədlə orada iştirak edir, gedən iclasa diqqətlə qulaq asırlar. Ali Radanın xoluna çıxdıqda azyaşlı məktəblilərin parlamenti əks etdirən rəsm əsərlərinin sərgisinə, daha sonra isə kiçik zalların birində aşağı sinif uşaqlarına rastladım. Bu mənzərə  diqqətimi çox çəkdiyindən millət vəkillərindən biri məni bu zala dəvət etdi. İçəri girərkən gördüm ki, beşinci sinif uşaqlarının suallarına cavab verən digər millət vəkili, Ali Radada komitə sədri olan 24 yaşlı Stanislav Yuraş uşaqlarla onların təkliflərinə əsasən qanun layihələrinin müzakirəsini və qəbulunu emitasiya edir. Otaqdakı uşaqlar çıxış edir, müzakirələr aparır, səs verirdilər. İndi mənə deyin, bu azyaşlılar böyüyəndə öz parlamentlərini necə sevməsinlər?!! Onlar uşaqlıqdan qanunun qəbulu prosesini oyrənir, parlamentin və ora keçirilən seçkilərin vacibliyini dərk etməyə başlayırlar. Vətəndaşın parlament təsəvvürləri və ona münasibəti hələ kiçik yaşlarından qurulmalıdır. İnsanların sabaha inam yeri olmalı olan, cəmiyyətdəki bütün münasibətləri tənzimləyən qanunların hamımızın adından qəbul olunduğu Milli Məclis qapalı formatda deyil, xalqın üzünə açık olmalı, onun mühafizəsi belə incəliklə həyata keçirilməlidir. 

 

 

Bizim PARLAMENT

 

Parlament dövlətin ən vacib institutudur. Güclü parlament həm də ölkə başçısına böyük dəstək verməli olan ən vacib dövlət orqandır. İnsanlarda parlamentə rəğbət və hörmət hissləri yaranmalıdır. Bu proses isə ancaq təbii yolla həyata keçirilə bilər. Milli Məclisdə gedən proseslər və qəbul olunan qanunlar insanların gündəlik həyatını yaxşılaşdırmağa elə təsir etməlidir ki, insanlar hər bir qanun layihəsinin müzakirəsini diqqətlə izləsinlər,  onların qəbulunu səbrsizliklə gözləsinlər, hətta, bu qanunların layihələrilə öncədən tanış olsunlar. Cəmiyyətimiz isə  bu prosesi deputatlarımızın qanunları özləri üçün qəbul edib vətəndaşlara sırıması kimi qəbul edir. Son zamanlar Milli Məclisin cəmiyyətimizdə lağlağı predmetinə çevrilməsinin əsas səbəblərindən biri də bu günədək onun lazımi səviyyədə işləməməsindən irəli gəlir və buna görə də vətəndaşlar bu prosesin ciddiliyində maraqlı deyillər.

 

Namizəd

 

Milli Məclisə seçkilərdə iştirak edən namizədlər dəqiq bilməlidirlər ki, parlamentin üzvləri ilk növbədə dövlətçi, millətçi, qətiyyətli, öz şəxsiyyətinə hörmət edən, dürüst, möhkəm karakterli, savadlı, təmiz keçmişli, qanunun nə olduğunu və tətbiqini bilən, dövlətinə və xalqına istənilən an hesabat verə biləcək, nümunəvi şəxslər olmalıdır. Deputatlar şəxsi nüfuzundan və imkanlarından istifadə edərək insanların bəzi xırda məişət problemlərini həll etməklə deyil, bu məsələlərin düzgün qanunlarla sivil və sistemli şəkildə dövlət tərəfindən həll olunmasını təmin edən prosesin təşkili ilə məşğul olmalıdırlar. 

 

Ölkədə hamının yaşayış tərzi, imkanları yüksək səviyyədə olsa, deputatların və dövlət məmurlarının gəlirləri qanunla tənzimlənən formadan qırağa çıxmasa, onlar tutduaları vəzifələri  durmadan icra etməli olsalar, bizneslə məşğul olma qadağası onlara mütləq şəkildə tətbiq olunsa vətəndaşlar bu vəzifə və kürsülərə indiki kimi can atmaz. 

 

Deputat

 

Azərbaycanda peşəkar siyasətçi deyəndə millətin ağlına yüksək səviyyəli hiyləgərlik qabiliyyəti olan şəxs gəlir və bu obraz artıq hər kəs tərəfindən qəbul olunduğundan bir standarta çevrilmişdir. Bu standart isə dövlətimizə və xalqımıza qarşı özümüzün bilərək qəbul etdiyimiz bir qlobal bəladır. Siyasəti quranların və bu siyasətlə insanların həyatına təsir edən şəxslərin standartları bizim şüurumuzda dəyişməyənədək gedən bütün siyasi proseslərə şübhə ilə yanaşmağa davam edəcəyik.

 

Milli Məclisə qədəm qoyduğu ilk gündən deputatın amalı dünən təbliğat kompaniyası çərçivəsində namizəd olaraq şəkil çəkdirdiiyi, o əlini öpdüyü yaşlının təqaüdünün, görüşlərdə üzünə güldüyü insanların, onun verdiyi vədlərə inanan şəxslərin, toplantılarda gözünün içinə baxaraq işıqlı gələcəyə ümid verdiyi müəllimin, həkimin də ən azı millət vəkili qədər maddi duruma malik olması üçün çalışmaq olmalıdır.  Savadlı, bacarıqlı olsa belə vətənpərvər, millətçi olmayan şəxslərdən əsla millət vəkili olmaz. Ancaq vətənpərvər millət vəkili dövlətinə və xalqına xidmət edər.  Güclü olmaq niyyəti olan dövlətin zəif yeri olan bacarıqsız, qətiyyətsiz millət vəkili kor snayper kimi hiç bir faydası olmayan öz mövqeyini boşa tutanlardır.

 

Seçki

 

Vətəndaşların böyük əksəriyyəti seçkiyə namizədlərin israrlı xahişi və yalvarışlarıyla dəvət olunursa, deməli, bu ölkədə seçkiyə maraq yoxdur. Bunun yeganə səbəbi isə qanunverici orqanın  zəif işləməsidir. İnsanların parlament institutuna inamı artmalıdır ki, onlar həvəslə seçkiyə getsinlər. Dövlət və onu quran xalqın maraqları parlament tərəfindən qorunan sivil, güclü ölkələrdə insanların seçkilərə könüllü və sevincək getmələri, bu günü bayram etmələri bunun sübutu deyimi? Təkrar edirəm: vətəndaşlarımız Milli Məclisə inanmayırlar.

 

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri,

hüquq elmləri doktoru Hikmət Cavadov

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ucarda avtobus piyadanı vurub öldürdü 22 Fevral 2020, 00:53 Tovuzda məktəbli dərs vaxtı bıçaqlanıb 22 Fevral 2020, 00:37 Ən təhlükəli narkobaronun oğlu ABŞ-a təhvil verildi 22 Fevral 2020, 00:21 Sumqayıtda restoran yaxınlığında əl qumbarası tapıldı 22 Fevral 2020, 00:02 Azərbaycanın da qoşulduğu neft alyansı dağıla bilər 21 Fevral 2020, 23:49 Bakıda gənc oğlanı  dostu bıçaqladı 21 Fevral 2020, 23:43 Sel 6 məktəblinin həyatına son qoydu 21 Fevral 2020, 23:27 İlham Əliyev  və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldu  - FOTO 21 Fevral 2020, 23:09 Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək 21 Fevral 2020, 22:50 Bakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi - FOTO 21 Fevral 2020, 22:33 Bu ölkə də vətəndaşlarını Çindən təxliyə edir 21 Fevral 2020, 22:14 Leyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTO 21 Fevral 2020, 22:01 "Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham Əliyev 21 Fevral 2020, 21:45 Ərdoğanla Putin arasında qızğın müzakirə 21 Fevral 2020, 21:28 ATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEO 21 Fevral 2020, 21:12 Azərbaycan nefti ucuzlaşdı 21 Fevral 2020, 20:54 Koronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHI 21 Fevral 2020, 20:41 MSK-nın 4 saat çəkən iclası başa çatdı 21 Fevral 2020, 20:32 Sədaqət Vəliyevanın dairəsində məntəqənin nəticələri ləğv edildi 21 Fevral 2020, 20:26 Üç ölkənin lideri İdlibdəki vəziyyəti müzakirə etdi 21 Fevral 2020, 20:16 MSK Könül Nurullayevanın seçki dairəsindən şikayətlərə baxdı 21 Fevral 2020, 20:09 “Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır” - Gündüz İsmayılov 21 Fevral 2020, 20:03 "Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı 21 Fevral 2020, 20:00 Prezident İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb - FOTO 21 Fevral 2020, 19:54 Asim Mollazadənin dairəsində məntəqənin nəticəsi ləğv OLUNDU 21 Fevral 2020, 19:47 Naftalanda “kompüter istifadəçisi” peşə hazırlığı kursu təşkil olundu - FOTO 21 Fevral 2020, 19:40 "Azəriqaz"da ixtisarlar olacaq? - Sədrdən AÇIQLAMA 21 Fevral 2020, 19:31 MSK sədrindən dairə və məntəqə sədrlərinə XƏBƏRDARLIQ 21 Fevral 2020, 19:18 Məzahir Pənahov deputatlığa namizədi zaldan ÇIXARTDI 21 Fevral 2020, 19:10 Qırğızıstan Prezidenti İlham Əliyevi təbrik etdi 21 Fevral 2020, 19:02 Müğənni Manaf Ağayev polisə çağrıldı - RƏSMİ 21 Fevral 2020, 18:55 DSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDI 21 Fevral 2020, 18:50 DTX-nın həbs etdiyi qadın YAP-ın deputatlığa namizədi idi- FOTO 21 Fevral 2020, 18:45 İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi oldu 21 Fevral 2020, 18:40 MSK-dan Kəmaləddin Qafarovun lider olduğu dairə ilə bağlı QƏRAR 21 Fevral 2020, 18:35