Modern.az

Çindəki azərbaycanlı doktorant: “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram”

Çindəki azərbaycanlı doktorant: “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram”

25 Yanvar 2020, 17:29

Çində yayılan koronovirus təhlükəsi ölkənin Hubey vilayətinin on üç şəhərində karantin elan edilməsi ilə nəticələnib.

 

Karantin elan edilən ərazilərdə azərbaycanlı tələbələr də var və onlar ölkəyə qayıda bilmir.

 

Mövcud durumla bağlı Modern.az-a danışan Çinin karantin elan edilmiş Vuhan şəhərində yaşayan doktorantura tələbəsi Leyla Quliyeva övladının xəstəliyə yoluxacağından çox narahat olduğunu deyir:

 

“Mən avqust ayından Huazhong University of Science and Technology  universitetində doktorantura təhsili almaq üçün Vuhan şəhərindəyəm.

 

Ailəm də noyabr ayından etibarən mənimlə birgə burada yaşayır. İki gün bundan əvvəl gecə saat 2-də xəbərdarlıq olundu ki, şəhəri kim tərk etmək istəyirsə etsin, növbəti günlərdə bu, mümkün olmayacaq.

 

Lakin xəbərdalıq gecə edildiyindən bizim bu barədə məlumatımız olmayıb. Bəzi azərbaycanlı tələbələr xəbərdarlığı eşidib şəhəri tərk edə bildi. Artıq xəbərdarlıq ediləndən 7-8 saat sonra səhər saat 10:00-da şəhərə giriş-çıxış bağlandı.

 

İctimai nəqliyyat işləmir, evdən çölə çıxa bilmirik. Azərbaycanın Çindəki səfirliyi, konsulluq özü mütəmadi şəkildə bizimlə əlaqə saxlayır, həm maddi, həm də mənəvi yardım edəcəklərini bildirilər”.

 

Leyla Quliyeva yaxın zamanlarda təxliyyənin baş tutma ehtimalının olduğunu deyir:

 

“Bizim burdan təxliyə olunmağımızla bağlı səfirlik Vohan höküməti ilə danışıqlar aparır. Lakin Çin tərəfi nəinki Azərbaycan səfirliyinə, bütün digər səfirliklərə təxliyyə məsələsi ilə bağlı neqativ cavab verir. Bir neçə saat bundan öncə bizə dedilər ki, ola bilsin ki, yaxın zamanda burdan təxliyyə olunaq.

 

Övladıma görə çox narahatam, 7 yaşı var, immuniteti zəifdir, xəstəliyə yoluxa bilər. Düzdür, tez-tez evi dezinfeksiya edirik, əllərimizi spirtləyirik, amma yenə də narahatam. Azərbaycan səfirliyi də uşağa görə çox narahatdır, buna görə də əllərindən gələni edirlər”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır