Modern.az

Kərimbəylililər də Vüqar Bayramov deyir - FOTO

Kərimbəylililər də Vüqar Bayramov deyir - FOTO

25 Yanvar 2020, 22:29

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov intensiv seçkiqabağı təbliğat kampaniyasını davam etdirir.

 

Modern.az  xəbər verir ki, yanvarın 25-də Füzuli rayonunda 4 görüş keçirən deputatlığa namizəd Kərimbəyli kəndində də seçicilərlə görüşüb.

 

Görüşdən öncə Vüqar Bayramov seçki qərargahının nümayəndələri və vəkillərlə birlikdə kənddəki Şəhidlər abidəsinin ziyarət edib. Kənd sakinləri deputatlığa namizədi böyük sevgi ilə qarşılayıb.


Vüqar Bayramov bildirib ki, namizədlikdən öncəki dövrlərdə də hər zaman aktual olan məsələlərin qısa zamanda həllinə çalışmışıb: “Bölgədə ilk beyin mərkəzinin yaradıcısı olaraq düşündüm ki, fərqli müstəvidə insanların problemlərinin həllinə daha çox yardımçı ola bilərəm. Sizə, həmyerlilərimə, eləcə də çətinliklə əldə etdiyim yüksək iqtisadi biliklərimə güvənərək namizədliyimi 84 saylı dairədən verdim. Mən də sizlərdən biriyəm. Düşünürəm ki, eyni statusa sahib insanlar bir-birlərini daha yaxşı anlayar. Seçiləcəyim təqdirdə hər zaman sizin etimadınızı dogruldacağıma şübhəniz olmasın. Millət vəkili seçicilərinin qarşısında məsuliyyətli olmalıdır. Mən də bu məsuliyyətin öhdəsindən layiqincə gələcəyimə inanıram”.


Görüşdə çıxış edən Vüqar Bayramovun vəkilləri - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev və professor Qalib Qarayev seçiciləri seçkidə aktiv iştirak etməyə, onları layiqli şəkildə təmsil etməyə potensialı çatan şəxsə səs verməyə çağırıblar.


Sonda seçicilərin əhatəsində onlardan xeyir-dua alan Vüqar Bayramov həmyerlilərinə göstərdikləri etimaddan dolayı təşəkkürünü bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir