Arxiv
27 Yanvar 2020, 10:21 | PARLAMENT
Seçki bülletenlərinin çapına başlanıldı

Mərkəzi Seçki Komissiyası (MSK) 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlayıb.

 

Modern.az xəbər verir ki, bu məqsədlə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiya üzvləri yanvarın 27-də Milli Məclisin mətbəəsinə baxış keçirərək, çap prosesinin gedişi və mətbəədə yaradılan şəraitlə tanış olublar.

 

Tədbirdə MSK sədri Məzahir Pənahov seçicilərimizin öz konstitusion hüquqlarından azad və sərbəst şəkildə istifadə etmələri üçün mühüm əhəmiyyət kəsb edən bülletenlərin Seçki Məcəlləsində nəzərdə tutulan vaxtda və qaydada hazırlanıb çap edilməsi, eləcə də aşağı seçki komissiyalarına verilməsi üçün qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının zəruriliyini diqqətə çatdırıb və tövsiyələrini verib.

 

Milli Məclisə seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və kütləvi informasiya vasitələri üçün istisnasız açıq və şəffaf olan tədbir çərçivəsində Mərkəzi Seçki Komissiyasının sədri media mənsubları üçün brifinq keçirərək seçkilərin azad və ədalətli baş tutması istiqamətində gerçəkləşdirilən layihələr, həmçinin son hazırlıq işləri barədə ətraflı məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.

 

Sədr bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Komissiyanın qərarına əsasən müəyyən olunub və 5 387 600 (beş milyon üç yüz səksən yeddi min altı yüz) seçki bülleteni çap olunması nəzərdə tutulub. Bülletenlər çap olunduqca, Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, oradan isə məntəqə seçki komissiyalarına veriləcək.

 

Qeyd edək ki, seçki bülletenlərinin çap prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Günəşlidə 32 yaşlı qadın bıçaqlandı 16 Fevral 2020, 22:14 Azərbaycanda yenə zəlzələ oldu 16 Fevral 2020, 22:00 Heydər Əliyev prospektində qəza: tıxac yaranıb 16 Fevral 2020, 21:33 "Neftçi" paytaxt derbisində "Keşlə"yə qalib gəldi 16 Fevral 2020, 21:19 Moldovada yaşayan gənc azərbaycanlıların I Forumu keçirilib - FOTO 16 Fevral 2020, 20:57 Rafael Ağayev növbəti qızıl medalını qazandı 16 Fevral 2020, 20:39 Elmar Məmmədyarov Belçikaya getdi 16 Fevral 2020, 20:18 Mətbuat Şurası icazəsiz aksiyada monitorinq aparıb 16 Fevral 2020, 20:04 Şamaxıda zəlzələ oldu 16 Fevral 2020, 17:54 Səbaildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı 16 Fevral 2020, 17:51 İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü ölüb 16 Fevral 2020, 17:45 Dövlət başçılarının MÜNHEN DEBATI: Erməni mətbuatı Paşinyanı göyərçinə bənzətdi 16 Fevral 2020, 17:38 Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb 16 Fevral 2020, 17:37 Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib 16 Fevral 2020, 17:30 Tayvanda koronavirusdan ilk ölüm hadisəsi baş verib 16 Fevral 2020, 17:26 Məhərrəm Zülfüqarlı: Seçki şikayətlərinə baxılması üçün 3 gün azdır! 16 Fevral 2020, 17:21 Sınaq və buraxılış imtahanları keçirilib 16 Fevral 2020, 17:03 Bərdədə gənc oğlan dəm qazından zəhərlənərək öldü 16 Fevral 2020, 16:50 Saxlanılan və xəsarət alan olmayıb - BŞBPİ-dən bugünkü aksiya ilə bağlı AÇIQLAMA 16 Fevral 2020, 16:42 YAP-dan MSK-nın qarşısında keçirilən aksiyaya MÜNASİBƏT 16 Fevral 2020, 16:14 Məşhur “Survivor” bu gün başlayır - Yarışmaya ilk dəfə azərbaycanlı da qatılıb 16 Fevral 2020, 16:00 “İsgəndər Həmidov koma vəziyyətindədir” - AÇIQLAMA 16 Fevral 2020, 15:22 Mübariz Qurbanlı: “Məni dolaşdıra bilmədilər” - SÖHBƏT 16 Fevral 2020, 15:11 Azərbaycanlı və ruslar bazarda yer üstündə mübahisə etdi: 3 ölü, 1 yaralı 16 Fevral 2020, 14:52 Bakıda dünya kubokunun qalibi bəlli oldu - Fotolar 16 Fevral 2020, 14:48 İlqar Məmmədov, Ruslan İzzətli saxlanılmayıb - DİN-dən AÇIQLAMA 16 Fevral 2020, 14:10 Azərbaycan Litvanı Twitterdə təbrik etdi 16 Fevral 2020, 14:02 Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 azərbaycanlıda koronavirus yoxdur - AÇIQLAMA 16 Fevral 2020, 13:58 Fazil Mustafa: “Mehman Hüseynovun iddiaları əsassızdır” 16 Fevral 2020, 13:43 8 PKK terrorçusu zərərsizləşdirilib 16 Fevral 2020, 13:26 Bakıya qayıdan iki nəfərdə yüksək temperatur: Klinikaya göndərdilər 16 Fevral 2020, 13:11 Sabaha gözlənilən hava proqnozu açıqlandı 16 Fevral 2020, 12:52 Lənkəranda iş qəzası: 62 yaşlı usta yıxılaraq dünyasını dəyişib 16 Fevral 2020, 12:35 Gürcüstanda azərbaycanlı keçmiş həyat yoldaşını qətlə yetirib 16 Fevral 2020, 12:27 Gəncədə ölümlə nəticələnən ağır yol qəzası 16 Fevral 2020, 12:13