Modern.az

Exit-poll keçirmək istəyən təşkilatların adları AÇIQLANDI

Exit-poll keçirmək istəyən təşkilatların adları AÇIQLANDI

27 Yanvar 2020, 16:12

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatların adları məlum olub.

 

Modern.az-ın məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) exit-poll keçirmək istəyən təşkilatların müraciətinə baxılıb.

 

Əvvəlcə Əmək Hüquqlarının Müdafiə Liqasının ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) müraciətinə baxılıb. MSK sədrinin müavini Rövət Qasımov bildirib ki, bu təşkilatlar Azərbaycanda əvvəki seçkilərdə də exit-poll keçirib və etibarlı nəticələr əldə edib. O qeyd edib ki, təşkilat 1053 seçki məntəqəsində seçicilərin rəyini öyrənəcəklər.

 

R.Qasımov vurğulayıb ki, 2106 müsahibəçinin, 47 supervayzerin bu prosesə cəlb olunması nəzərdə tutulur. Müraciət səsə qoyularaq qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər