Modern.az

Ombudsmanın əməkdaşları AXCP fəalı ilə görüşüb

Ombudsmanın əməkdaşları AXCP fəalı ilə görüşüb

27 Yanvar 2020, 16:18

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından Modern.az-a bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmənin məqsədi müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, inzibati həbs olunanların hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ üzvləri tərəfindən müəssisədə saxlanma şəraiti, tibbi yardımın təşkili, qidalanma, habelə görüş, telefon danışığı, sovqat qəbulu, gəzinti ilə bağlı hüquqların təmini vəziyyəti və sənədləşmə araşdırılıb, bir sıra müraciətlər yerində təmin olunub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı burada saxlanılan bir sıra şəxslər, o cümlədən Zamin Salayev qəbul edilərək konfidensial qaydada dinlənilib, şikayəti qəbul olunub. Z. Salayev DİN-nin Hospitalında tibbi müayinələrdən keçirilib, ailə üzvü ilə görüşü təmin edilib. Müəssisədə onun hüquqlarının həyata keçirilməsi ilə bağlı çətinlik yoxdur.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, müvafiq tövsiyələr verilib.

Başçəkmənin yekunu və qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub.

 

Qeyd edək ki, Zamin Salayev AXCP Salyan şöbəsinin fəalıdır.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, oktyabrın 8-də saat 01:50 radələrində Nərimanov rayonunda taksi kimi fəaliyyət göstərən “Ravon” markalı avtomaşın yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən saxlanılıb.

“Yoxlama zamanı həmin avtomaşında sərnişin qismində olan - əvəllər CM-nin 221.2.2-ci maddəsilə (xuliqanlıq) məhkum olunan Zamin Salayev və əvəllər CM-nin 178.2.4-cü maddəsilə (dələduzluq) məhkum olunan Elxan Əliyev polisin fəaliyyətinə müdaxilə etməklə, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq, mübahisəli vəziyyət yaratdıqlarına görə Nərimanov RPİ 16-cı Polis Bölməsinə gətirilib.

Əvvəllər məhkum olunan hər iki şəxs barəsində toplanmış materiallar əsasında İXM-in 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə Elxan Əliyev və Zamin Salayevə 15 sutka inzibati həbs verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi