Arxiv
27 Yanvar 2020, 20:00 | AKTUAL
Zamin Salayevə işgəncə verilməsi barədə məlumatlar əsassızdır - RƏSMİ

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.

 

Modern.az-a daxil olan məlumatda bildirilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizdəki sabitliyin pozulmasında maraqlı olan şəxslər tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə azadlıqdan məhrum edilmiş Salyan rayon sakini Aytəkin Abıyevanın guya polis əməkdaşı Həmzə Əzizov tərəfindən zorakılığa məruz qalması və özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərmək istəyən həmin rayonun sakini Zamin Salayevə (Əlizamin Salayev) işgəncə verilməsi barədə məlumatlar yayılır.

 

Əslində heç bir əsası olmayan, reallıqdan tamamilə uzaq, vətəndaşlarda dövlət qurumlarına inamsızlıq yaratmaq niyyəti güdən və qərəzli şəkildə uydurulan bu cür məlumatlarla bağlı bildirilir ki, 2019-cu il avqust ayının 8-də qohumu ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş Aytəkin Abıyeva əri ilə birgə Bakı şəhərinə köçmüş və bundan 10 gün sonra adı istintaqa məlum olan keçmiş sevgilisinə zəng edib onunla Salyan şəhərinə gəlmiş və 4 gün müddətində müxtəlif ünvanlarda qalmışlar.

 

Həyat yoldaşının polisə müraciəti əsasında avqustun 22-də tapılıb ailəsinə qaytarılan, daha sonra valideynlərinin yanına qayıdan Aytəkin Abıyeva yeni tanış olduğu başqa bir şəxslə telefon əlaqəsi saxladığı üçün anası tərəfindən tənbeh edildiyindən sərbəst yaşamaq qərarına gələrək 2019-cu il sentyabrın 10-da xəbər vermədən evdən getmişdir. Aytəkin Abıyevanın itkin düşməsi barədə ailə üzvlərinin Daxili İşlər Nazirliyinin «102» Xidmətinə müraciəti əsasında həmin gün o, polis əməkdaşları tərəfindən tapılıb valideynlərinə təhvil verilmişdir.

 

Bir neçə gün evlərində qalan Aytəkin Abıyeva 2019-cu il sentyabrın 16-da yenidən evdən qaçıb əvvəldən yaxın münasibətdə olduğu digər tanışı ilə görüşmüşdür.

 

Ertəsi gün onun itkin düşməsi barədə valideynləri yenidən Salyan Rayon Polis Şöbəsinə müraciət etmiş və müvafiq araşdırmanın aparılması baş təhqiqatçı Həmzə Əzizova tapşırılmışdır. Həyata keçirilmiş axtarış tədbirləri ilə Aytəkin Abıyevanın olduğu yer müəyyən edilmiş və o, saxlanılıb qardaşına təhvil verilərkən buna etiraz olaraq üzərindəki bıçaqla Həmzə Əzizova həyat üçün təhlükəli olan ağır xəsarət yetirmişdir.

 

Fakt üzrə Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29 və 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılmış və Aytəkin Abıyeva məhkəmənin qərarı ilə şübhəli qismində tutulmuşdur.

 

Müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə, Aytəkin Abıyeva ittiham üzrə özünü təqsirli bilmiş, cinayəti törətdiyi günədək Həmzə Əzizovla heç bir münasibətinin olmadığını və hər hansı polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkətə yol verilmədiyini göstərmişdir.

 

Aytəkin Abıyevanın həmin cinayət əməlini törətməsi, özünün səmimi ifadələri ilə yanaşı istintaq zamanı toplanmış, bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən hadisəni görən ailə üzvlərinin və digər çoxsaylı şahidlərin ifadələri, mobil telefon danışıqları barədə məlumatlar və ekspertiza rəyləri ilə tam təsdiqlənmişdir.

 

Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Aytəkin Abıyevanın əməli Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilmiş və o, bu cinayətdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

 

Qeyd olunmalıdır ki, özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərməyə cəhd edən Zamin Salayev, xəbər verildiyi kimi, 2020-ci il yanvarın 13-də Bakı şəhərində ictimai qaydanı pozan hərəkətlərə yol verdiyinə və bununla əlaqədar polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilmişdir.

 

Saxlanılan zaman bütün prosessual hüquqları təmin edilmiş Zamin Salayev vəkili və ailə üzvləri ilə görüşmüş və müvəqqəti saxlama yerində Ombudsman Aparatının əməkdaşları ona baş çəkmişlər.

 

Eyni zamanda, Daxili İşlər Nazirliyi tərəfindən aparılan xidməti yoxlama prosesində Zamin Salayev, polis əməkdaşları tərəfindən hər hansı işgəncəyə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bu xüsusat Nazirliyin təşəbbüsü ilə Zamin Salayevin DİN-in Hospitalında keçirilmiş tibbi müayinəsi ilə təsdiqlənmişdir.

 

Törətdiyi cinayətlərə görə əvvəllər də üç dəfə məhkumluq həyatı yaşamış, spirtli içki aludəçisi olan Zamin Salayevin Aytəkin Abıyevanın təzyiqə məruz qalması və hətta zorlanması barədə şərəf və ləyaqəti alçaldan böhtanlar yayması da qərəzdən başqa bir şey deyil və onun neqativ həyat təcrübəsinin və dünyagörüşünün təzahürüdür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə yenidən silkələndi 17 Fevral 2020, 00:56 Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi 17 Fevral 2020, 00:37 Erməniyə qalib gələn Azərbaycan güləşçisi medal qazandı 17 Fevral 2020, 00:17 "Ermənilər dünyanın gözü qarşısında özlərini biabır etdilər" - Mübariz  Mənsimov 16 Fevral 2020, 23:53 Gənclər təlimlərə cəlb edildi 16 Fevral 2020, 23:36 Rusiyanın Türkiyədəki səfiri yenə ölümlə HƏDƏLƏNDİ 16 Fevral 2020, 23:18 Şəmkirdə ağır qəzada 3 nəfər öldü 16 Fevral 2020, 23:09 Turist təyyarəsi qəzaya uğradı 16 Fevral 2020, 22:51 AMEA zəlzələ barədə: "Təşviş yaratmağa ehtiyac yoxdur" 16 Fevral 2020, 22:34 Günəşlidə 32 yaşlı qadın bıçaqlandı 16 Fevral 2020, 22:14 Azərbaycanda yenə zəlzələ oldu 16 Fevral 2020, 22:00 “Ekologiya postu” sökülür - VİDEO 16 Fevral 2020, 21:48 Heydər Əliyev prospektində qəza: tıxac yaranıb 16 Fevral 2020, 21:33 "Neftçi" paytaxt derbisində "Keşlə"yə qalib gəldi 16 Fevral 2020, 21:19 Moldovada yaşayan gənc azərbaycanlıların I Forumu keçirilib - FOTO 16 Fevral 2020, 20:57 Rafael Ağayev növbəti qızıl medalını qazandı 16 Fevral 2020, 20:39 Elmar Məmmədyarov Belçikaya getdi 16 Fevral 2020, 20:18 Mətbuat Şurası icazəsiz aksiyada monitorinq aparıb 16 Fevral 2020, 20:04 Şamaxıda zəlzələ oldu 16 Fevral 2020, 17:54 Səbaildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı 16 Fevral 2020, 17:51 İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü ölüb 16 Fevral 2020, 17:45 Dövlət başçılarının MÜNHEN DEBATI: Erməni mətbuatı Paşinyanı göyərçinə bənzətdi 16 Fevral 2020, 17:38 Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb 16 Fevral 2020, 17:37 Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib 16 Fevral 2020, 17:30 Tayvanda koronavirusdan ilk ölüm hadisəsi baş verib 16 Fevral 2020, 17:26 Məhərrəm Zülfüqarlı: Seçki şikayətlərinə baxılması üçün 3 gün azdır! 16 Fevral 2020, 17:21 Sınaq və buraxılış imtahanları keçirilib 16 Fevral 2020, 17:03 Bərdədə gənc oğlan dəm qazından zəhərlənərək öldü 16 Fevral 2020, 16:50 Saxlanılan və xəsarət alan olmayıb - BŞBPİ-dən bugünkü aksiya ilə bağlı AÇIQLAMA 16 Fevral 2020, 16:42 YAP-dan MSK-nın qarşısında keçirilən aksiyaya MÜNASİBƏT 16 Fevral 2020, 16:14 Məşhur “Survivor” bu gün başlayır - Yarışmaya ilk dəfə azərbaycanlı da qatılıb 16 Fevral 2020, 16:00 “İsgəndər Həmidov koma vəziyyətindədir” - AÇIQLAMA 16 Fevral 2020, 15:22 Mübariz Qurbanlı: “Məni dolaşdıra bilmədilər” - SÖHBƏT 16 Fevral 2020, 15:11 Azərbaycanlı və ruslar bazarda yer üstündə mübahisə etdi: 3 ölü, 1 yaralı 16 Fevral 2020, 14:52 Bakıda dünya kubokunun qalibi bəlli oldu - Fotolar 16 Fevral 2020, 14:48