Arxiv
29 Yanvar 2020, 16:46 | AKTUAL
Əli Əhmədov müxalifəti İTTİHAM ETDİ: “Az qala toy-bayram edirlər”

“Avropa Şurası Parlament Assambleyasının zaman-zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi yenilik deyil. Bu barədə dəfələrlə deyilib, səbəbləri göstərilib. Lakin AŞPA-nın dünən Avropada KİV-lərin azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair qəbul etdiyi 2317 saylı Qətnamədə Azərbaycana qarşı əsassız tənqidlərin səsləndirilməsi onu söyləməyə əsas verir ki, qurumun ölkəmizə qarşı qərəzi xroniki hal alıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib. O qeyd edib ki, Azərbaycan surətli inkişaf və transformasiya dövrünü yaşayır. Onun seçdiyi yolun uğurlu davamı bir çox amillərlə yanaşı aşkarlığı, informasiya azadlığını, dünyaya açıqlığı nəzərdə tutur:

“Avropa ilə əməkdaşlıq, tərəfdaşlıq, iqtisadi əlaqələrin genişləndirilməsi, informasiya mübadiləsi ölkəmizin seçdiyi yolla irəliləməsinə təkan verən əsas şərtlərdir. Eyni zamanda, Azərbaycan daim milli və dövlət maraqlarını üstün tutmasını da açıq və qəti şəkildə bəyan edir. Bütün məsələlərdə olduğu kimi söz və mətbuat azadlığına münasibət də Azərbaycanda Konstitusiyada və qanunlarda təsbit olunmuş azadlıqlar kontekstində öz həllini tapır. Azərbaycanın söz və mətbuat azadlığının geniş qorunduğu ölkələr sırasında olduğunu sübuta yetirən onlarla səbəb sadalamaq mümkündür.
Bütün bunların fonunda AŞPA-nın yuxarıda qeyd olunan qətnaməsində Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı “repressiyalara” son qoymağa çağırması təəccüb doğurmaya bilməz. Təkcə onu demək kifayətdir ki, Avropanın nüfuzlu beynəlxalq qurumlarından biri olan AŞPA özünün uydurduğu “repressiyaların” nədən ibarət olmasını aydın şəkildə izah edə bilmir”.

 

Əli Əhmədov Azərbaycana qarşı “ittihamları” əsaslandırmaq üçün bu mötəbər qurumun istifadə etdiyi 2 “arqumenti” nümunə gətirib:

“Birinci arqumentin mahiyyəti ondan ibarətdir ki, jurnalistlərə qarşı istənilən sanksiyaların tətbiq edilməsi dayandırılsın. Belə bir təklifin (yaxud tələbin) səsləndirilməsinin insan hüquqları və qanunun aliliyi prinsipləri baxımından nə dərəcədə doğru və ədalətli olmasını buraxaq vətəndaşların öz mühakiməsinə. Belə çıxır ki, AŞPA Azərbaycanı hansısa niyyətlər xatirinə tənqid etmək naminə jurnalistləri ayrıca bir kastaya ayırmaq dərəcəsinə qədər qeyri-demokratik yanaşma nümunəsi ortaya qoymaqdan belə çəkinmir. Əgər jurnalist qanunları pozursa, cinayət törədirsə, digərlərinə qarşı böhtan atır, günahsız insanları ən ağır şəkildə təhqir edirsə, deməli onlara qarşı heç bir hüquqi tədbir görülə bilməz və görülməməlidir. Bəs belə olan halda jurnalistin əməlləri nəticəsində təhqir olunan, mənəvi terrora məruz qalan insanların hüquqları necə qorunmalıdır?

AŞPA-nın məlum qətnaməsində Azərbaycana qarşı “iddia” həm də jurnalistlərin dövlət tərəfindən mənzillə təmin olunması kimi absurd arqumentə əsaslanır. Guya hakimiyyət bu yolla jurnalistləri ələ alır. Azərbaycanda mənzilə ehtiyacı olan bir çox kateqoriyadan olan insanlar dövlət tərəfindən mənzillə təmin olunur. Bunların ən çoxsaylısı məcburi köçkünlərdir. Hər il Azərbaycan dövləti məcburi köçkünlərin evlə təmin olunması üçün yüz milyon manatlarla vəsait ayırır. Xatırlatmaq yerinə düşərdi ki, əhalinin bu kateqoriyasının məskunlaşdığı şəhərciklərin sayı artıq 100-ü keçib. Yaxşı olardı, AŞPA üzvü olduğu Azərbaycanın əhalisinin 10 faizinin, 1 milyon insanın Ermənistanın təcavüzü səbəbindən məcburi köçkün vəziyyətinə düşməsinə diqqəti çəkəydi, təcavüzkarın geri oturdulması, ədalətin bərpa edilməsinə azacıq töhfə verəydi. Lakin bunu etmək əvəzinə Azərbaycanı tənqid etmək üçün bəhanələr axtarır, olmayanda isə uydurur”.

 

Azərbaycana qarşı təcavüzün qurbanları olan Qarabağ müharibəsi şəhidlərinin ailələrinin və əlillərin  dövlət tərəfindən mənzillərlə təmin olunduğunu xatırladan icra katibi digər kateqoriyadan olan əhalinin də dövlətin güzəştli mənzillər proqramından faydalandığını vurğulayıb:

“Bütün bunlar Azərbaycan dövlətinin sosial siyasətinin ayrı-ayrı istiqamətləridir və AŞPA-nın jurnalistlərin mənzillərlə təmin olunmasına siyasi don geydirməyə çalışması, yumşaq desək, təəccüb doğurur. Ən azından, obyektiv yanaşma onu tələb edir ki, jurnalistlərə qayğı göstərməyə çalışan Avropa qurumu Azərbaycan hakimiyyətinin bu addımını təqdir etməli idi. Lakin AŞPA-nın Azərbaycana qarşı məlum mövqeyi əvvəlcədən proqramlaşdığından, onun alqoritmində hər hansı müsbət yanaşmaya yer yoxdur və jurnalistlərin mənzilə olan ehtiyaclarının ödənilməsinə dövlət yardımı mahiyyətcə, sosial ədalət baxımından təqdirəlayiq hadisə olmasına rəğmən, sözügedən qurumun tənqidinə tuş gəlib. Görünür, AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var. Belə olmasaydı, qurum Azərbaycanda jurnalistlərə və onların fəaliyyətinə münasibəti qiymətləndirərkən dövlət tərəfindən mövqeyindən asılı olmayaraq, bütün KİV-lərin borclarının dəfələrlə silinməsi ilə əlaqədar qəbul etdiyi qərarlar sözügedən qətnamənin qəbul olunmasına səs verənlərin yadına düşərdi. Lakin AŞPA qərarverənləri bu barədə susurlar, çünki onlara nəyin xatirinə olur-olsun ölkəmizi və hakimiyyəti tənqid etmək üçün “arqument” lazımdır”.

 

Əli Əhmədov onu da əlavə edib ki, Avropanın sözügedən mötəbər qurumunun Azərbaycana qarşı proqramlaşdırılmış növbəti qərəzli mövqeyi, məyusluq yaradır:

“Lakin hər cür qərəz ilk növbədə, AŞPA-nın nüfuzuna zərbə vurur, onun səviyyəsini aşağı salır, obyektivliyinə şübhə yaradır. Arzu edərdik ki, Azərbaycanın da üzv olduğu beynəlxalq təşkilat daşımalı olduğu missiyanı ləyaqətlə yerinə yetirsin, konyukturaya uymasın, ədalətsiz və qərəzli olmasın.

Demək istədiyim başqa bir şey də var. AŞPA-nın qərəzli qətnaməsi radikal müxalifəti deyəsən yaman sevindirib. Az qala toy-bayram edirlər. Nədənsə, Azərbaycana qarşı haradasa problem yaradılırsa, ölkəmizə kimlər tərəfindənsə iftiralar uydurulursa, radikallar sevinir. Görünür, vaxtilə bolşeviklərin tətbiq etdiyi taktikanı yaxşı mənimsəyiblər, ona görə də hər vəchlə çalışırlar ki, müxtəlif hesabatlarda Azərbaycan haqqında tənqidlər səsləndirilsin. Ancaq başa düşə bilmirlər ki, bizim üçün ən vacibi xalqın rəyidir. Xalq isə öz dövlətini sevir, Prezident İlham Əliyevə inanır və Onun siyasətini qətiyyətlə dəstəkləyir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 25 Fevral 2020, 12:48 “Azərişıq” ASC gücləndirilmiş rejimə keçdi 25 Fevral 2020, 12:48 Bu gün su çərşənbəsidir - İNANCLAR   25 Fevral 2020, 12:39 Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi - koronavirusa görə 25 Fevral 2020, 12:36 Hafiz Hacıyev koronovirusa yoluxub? 25 Fevral 2020, 12:34 Bakı-Sumqayıt yolunda yük maşını çuxura düşdü - FOTO 25 Fevral 2020, 12:28 UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu - FOTO 25 Fevral 2020, 12:22 Araşdırmaçı jurnalist Sarayevoda türk izi axtarır 25 Fevral 2020, 12:11 İranlıları görən kimi atəş açın! – Sərhədçilərə göstəriş 25 Fevral 2020, 12:03 Namizədliyini verən 135 nəfər YAP-dan çıxarılıb - Siyavuş Novruzov 25 Fevral 2020, 11:59 AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış 25 Fevral 2020, 11:53 Putin-Ərdoğan görüşünün tarixi məlum oldu 25 Fevral 2020, 11:49 İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək - Pərvin Kərimzadə 25 Fevral 2020, 11:48 87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan EDİLDİ 25 Fevral 2020, 11:38 Dünya zənginləri 1 sutkada 140 milyard dollar İTİRDİ 25 Fevral 2020, 11:28 Paytaxtda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir 25 Fevral 2020, 11:27 Şəhid əsgərimiz dəfn olundu- VİDEO - YENİLƏNİB 25 Fevral 2020, 11:23 Fərəc Quliyev yenə deputatlığa namizəd olacaq   25 Fevral 2020, 11:22 Xocalıdan qaçan KÖRPƏ 25 Fevral 2020, 11:21 Ərdoğan Bakıya gəlir 25 Fevral 2020, 11:13 Ev heyvanları koronavirus daşıyıcısıdır? 25 Fevral 2020, 10:45 20 yanvar qırğının əsas baiskarlarından biri 97 yaşında öldü 25 Fevral 2020, 10:43 Xaçmaz sakini evdən samovar oğurladı - FOTO 25 Fevral 2020, 10:42 Türkiyənin səhiyyə naziri koronavirusa görə Oqtay Şirəliyevə zəng etdi 25 Fevral 2020, 10:32 Bakıda ali məktəb koronavirusa görə dezinfeksiya edildi 25 Fevral 2020, 10:21 Şəkidə ağır qol qəzası - 1 nəfər öldü, 5-i yaralandı 25 Fevral 2020, 10:17 Paytaxtın bu küçələri BAĞLANIR - Paytaxt polisi sürücülərə müraciət etdi 25 Fevral 2020, 10:12 Məhkəmə işlərinin 10-dan ən az 6-sı problemli kreditlərlə bağlıdır 25 Fevral 2020, 10:05 Polis 50 şübhəlini saxladı 25 Fevral 2020, 09:54 Cəbhədə gərgin gecə - düşmən snayperləri mövqelərimizi nişan aldı 25 Fevral 2020, 09:52 Xırdalanda işıq olmayacaq 25 Fevral 2020, 09:48 Beynəlxalq Jurnalist Təşkilatından Xocalı soyqırımı ilə bağlı BƏYANAT   25 Fevral 2020, 09:33 Bakıda polisi qardaşı ÖLDÜRDÜ 25 Fevral 2020, 09:26 Azərbaycanlı xanımların əcnəbi ər seçimi: Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan... 25 Fevral 2020, 09:20 Orta məktəblərdə koronavirusla bağlı kütləvi tədbirlər MƏHDUDLAŞDIRILDI 25 Fevral 2020, 09:10