Modern.az

Abay Kunanbayevin “Qara Söz”ü Modern.az-da - Onuncu söz

Abay Kunanbayevin “Qara Söz”ü Modern.az-da - Onuncu söz

Ədəbi̇yyat

30 Yanvar 2020, 13:29

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Söz”ü təqdim edir.

 

ONUNCU SÖZ

 

Övladı olmayanlar allahdan övlad diləyirlər.  Allah vermək istəmədiyi övladı neyləyəcəksən?  Öləndə yurdumda qalsın- deyirsən, qocalanda bizə həyan olsun, öləndən sonra qəbrimizin üstündə dua oxusun,-deyirsən. Elə buna görəmi?

 

Balam yurdumda qalsın nə deməkdir?  Yığdığın var dövlətin özündən sonra sahibsiz qalacaq? Öləndən sonra dünyada qalan malın dərdini niyə çəkirsən? Sən olmayandan sonra qalan var dövlətin dərdin sənəmi qalıb? Yoxsa ki, yığdığın  mal –dövlətinin özgələrə qalmasından qorxursan? Ölüb gedəndən sonra özündən sonra qalanlarınmı dərdini çəkirsən?  Övladın yaxşısı şirin, yamanı yükdür. Haradan bilirsən ki, allah sənə necə övlad verəcək?   Özün bu dünyada azmı korluq çəkdin?  Və yaxud da özün bu dünyada  azmı pisliklər elədin? İndi bir bala doğuzdurub, onu da özün kmi əclaf böyütmək istəyirsən, onu da bu dünyanın pisliklərinə bulamaq istəyirsən?

 

Məndən sonra balam ardımca Quran oxusun deyirsən. Əgər bu dünyada yaxşı işlər görmüsənsə, sən öləndən sonra ardınca məgər Quran oxuyanın olmayacaq? Əgər  pisliklər, yamanlıqlar etmisənsə, övladının oxuduğu Quran sənə nə verəcək? Sağlığında özün-özünə qazandırmadığını, öldükdən sonra oğlun necə qazandırsın?

 

Axirətin üçün övlad diləyirsənsə, - bu elə uşağına vaxtsız  ölüm diləmək kimi bir şeydir. Əgər övladı bu dünyanın naz-neməti, toyu-bayramı, kefi üçün istəyirsənsə, onda de görüm, qazaxın elə bir övladı  varmı ki,  ata-anasının qayğısına qalıb, onlara dərd-qəm gətirməsin? Məgər sənin elə övladın ola bilərmi, sənin yurdundan elə oğul doğulubmu?

 

Bəlkə fikirləşirsən ki,  övladın qocalanda sənin qayğına qalacaq, yedirdəcək?- bu da boş xəyaldır. Hələ bir fikirləş gör o qocalığa çata biləcəksənmi? İkinci sən elə oğul böyüdə biləcəksənmi ki, qocalanda  sənin qayğına qalsın? Üçünücü əgər varın-pulun varsa, kim sənə baxmaz ki? Yox əgər mal-heyvanın olmasa, onda bəlkə fikirləşmək lazımdır ki, görəsən axırım necə olacaq? Onu da bilmək olmur ki, övladın sənin mal-mülkünü artıracaq, yoxsa daxıdacaq? Yaxşı, deyək ki, allah sənin dualarını eşidib, bir övlad verdi. Sən ona yaxşı tərbiyə verə biləcəksənmi?  Bilməyəcəksən. Öz günahların azdır ki, hələ bir dünyaya bir övlad gətirib onu da günahlarına ortaq eirsən?  Əvvəla  övladını hələ körpə olanda “ Ya ondadır, ya bunda ” – deyib  özün aldadacaqsan. Hələ balacanı aldatdığlına görə sevinəcəksən də. Sonra da balan başqalarını aldadacaq.Hərzə danışmaq öyrədib, nadicliyindən zövq alacaqsan.  “Ona dəyməyin, inadkardır”- deyib tərəfini tutacaqsan. Mollanın yanın göndərəcəksən ki, yazıb-oxumaq öyrənsin, mollanın da pulunu kəsəçəksən. Təki övladın kiməsə hiyləgərlik və pislik etsin deyə, yazı-pozu öyrənsin. Sonra da deyəcəksən ki, sən ətrafda olan uşaqlardan ən yaxşısan, ürəyinə təkəbbür toxumu səpəcəksən, pis vərdişlərə öyrədəcəksən. Sənin verdiyin tərbiyə bu olacaqmı?  Belə övladdan  nə xeyir  güdəcəksən?

 

Adamlar allahdan  mal-dövlət də diləyirlər. O mal-dövləti neyləyirsən axı? Allahdan istədinmi? İstədin. Allah verdi, verdiyini almasın? Allah-təala sənə mal-dövlət saxlamaq üçün qüvvət verdi.  Sən isə Allahın verdiyi gücü-qüvvəti ancaq mal-dövlət yığmaq üçün sərf edirsən? Yoxsa ki, halal zəhmət üçün, elm üçün  sərf edirsən? Unudursan ki, Allah sənə güc-qüvvət, ağıl verdi ki, sən həm də oxuyasan, öyrənəsən, sən isə onun verdiyi gücü  kim bilir hansı boş işlərə sərf etdin....

 

 Kim deyir ki, ərinmədən  zəhmət çəksən,  tənbəllik bilmədən gecə-gündüz işləsən, ağıl işlətsən  varlanmazsan?  Birindən aldadıb alırsan, birindən qorxudub alırsan, birini də talayırsan? Budur sənin  gördüyün iş?

 

Allahdan belə arzu diləməzlər! Bu abırını, arının satıb, quldurluq, dilənçilik etməkdir, şərəfsizlikdir. Yaxşı deyək ki, lap elə bu yolla varlandın.  Çoxlu mal-heyvan qazandın. Heç olmazsa, o qazandığını təhsil almağa sərf elə. Özün oxumursan, oğlunu oxut. Elmsiz nə o biri dünya, nə bu dünya var. Elimsiz oxunan namaz da , tutulan oruc da, gedilən həcc də, heç biri ibadət ola bilməz. Mən elə bir qazax görmədim ki, çapıb- talayıb gətirdiyi mal-dövlətin xeyrini görsün. Pis niyyətlə əldə etdiyin hər şey, pis işlərə xərclənər. H həmin malın sahibləri “nə vaxtsa mənim də malım var idi”- deyib, yanıb-tökülər. O qədər kasıblayar ki, çarələri dilənmək olar.

1892  ci il.

 

Tərcümə etdi: Aida Eyvazlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi