Arxiv
3 Fevral 2020, 09:10 | MEDİA
Haqqa qovuşan haqq carçısı, Mirzə Xəzər

"Azadlıq radiosunun azərbaycan dilində verilişinə başlayırıq"- Yəqin ki, bu kəlmələr çoxunuzun yadındadır.

 

Ötən əsrin 90-cı illərində Azərbaycanda bu verilişin hər buraxılışını insanlar səbirsizliklə gözləyirdi. Münhendən yayımlanan bu veriliş o dövrdə obyektiv məlumat verən yeganə xəbər mənbəyi idi. Və bu verilişi xalqa sevdirən, səsi hələ də qulaqlardan getməyən bir jurnalist vardı- Mirzə Xəzər

 

Mirzə Xəzər 1947-ci ildə Göyçay rayonunda dünyaya gəlmişdi, milliyətcə yəhudi idi. O, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdi. 1974-cü ildə İsrailə köçənədək Sumqayıtda vəkil işləmişdi. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxumuşdu. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət etmişdi. 1976-1985-ci illərdə "Azadlıq radiosu"nun Azərbaycan bölməsində baş redaktorun müavini vəzifəsində çalışmışdı. 1985-ci ilin oktyabr ayında ABŞ-a gedərək 1987-ci ilədək Vaşinqtonda "Amerikanın Səsi" radiostansiyasının Azərbaycan bölməsinin müdiri vəzifəsində işləmişdi. 1987-ci ildə Almaniyanın Münhen şəhərinə köçərək 2003-cü ilədək "Azadlıq radiosu"nda Azərbaycan redaksiyasının direktoru olmuşdu...

 

Bütün bunlarla yanaşı o, İsveçin paytaxtı Stokholmdakı "Bibliya Tərcümə İnstitutu"nun sifarişi ilə "Bibliya"nı, "Tövrat"ı və "İncil"i azərbaycan dilinə təkrar tərcümə edib. "İncil" onun tərcüməsində ilk dəfə 1982-ci ildə Zaqrebdə nəşr olunub. Bu tərcümə sonrakı illərdə beş dəfə yenidən nəşr edilib…

 

Qurban Səidin alman dilində yazdığı "Əli və Nino" romanı ilk dəfə 1970-ci illərin əvvəlində Almaniyanın Münhen şəhərində "Azadlıq radio"sunda qismən tərcümə olunaraq, radio proqramı şəklində efirdə səsləndirilib. O vaxtlar əsər almancadan ingiliscəyə, ingiliscədən türkcəyə tərcümə olunmuşdu. 1989-cu ildə "Azərbaycan" ədəbi-bədii jurnalının baş redaktoru, yazıçı, mərhum Yusif Səmədoğlunun xahişi ilə "Əli və Nino" romanını almancadan tam olaraq tərcümə edib və 1990-cı ildə "Azərbaycan" jurnalının 3 nömrəsində tam olaraq işıq üzü görüb. 2007-ci ilin mart ayında Mirzə Xəzərin tərcümə etdiyi "Əli və Nino" romanı əsasında ilk dəfə olaraq Bakıda ritual faciənin premyerası olub.

 

Tamaşa həmin ilin ən yaxşı tamaşası kimi böyük maraqla qarşılanıb.

 

Hazırda "Mirzə Xəzərin Səsi" adlı internet qəzeti var.

 

Onun "Verba Volant, Scripta Manent" ("Söz Uçar, Yazı Qalar") adlı ilk kitabı 2013-cü ildə Almaniyanın Münhen şəhərində çapdan çıxıb. İkinci kitab- "Factum est Factum" ("Peşman Deyiləm") isə 2014-cü ilin sonunda işıq üzü görüb…

 

…Üç övladı yadigar qalıb, bir oğlu, iki qızı- Müşfiq, Sevda, Sabrina. Üçü də ali təhsillidir…

 

Deyirdi ki,- "Mən Azərbaycanı canımdan çox istəyirəm. Həmişə çalışmışam ki, mənə doğma olan bu cəmiyyətə fayda verim, yararlı olum. Arzulayıram ki, Qarabağ məsələsi tezliklə öz həllini tapsın. İnsanlar firəvan, şən yaşasınlar"…

 

Çox təvazökar, təmkinli insan idi. Yüksək mədəniyyəti davranışında, əməllərində öz əksini tapmışdı. Düzə düz, əyriyə əyri deməyi bacarırdı. Dürüstlük onun həyat tərzinə çevrilmişdi. Ömrünün 73-cü ilini yaşayırdı. Övladları ilə bağlı arzuları çox idi...

 

Bütün ömrü boyu qəlbi Azərbaycanla döyünən bu insana Allahdan rəhmət diləyir, yerin behişt olsun, söyləyirik...

 

Elman Eldaroğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa Birliyi Lukaşenkonun inauqurasiya mərasimini TANIMADI 24 Sentyabr 2020, 10:02 Bərdədə qadın əməliyyat olunduqdan sonra ÖLDÜ 24 Sentyabr 2020, 10:00 Türkiyədə təhlükəli həşərat növü aşkarlandı - FOTO 24 Sentyabr 2020, 09:58 Neft yenidən ucuzlaşdı 24 Sentyabr 2020, 09:55 Gəncə YUNESKO-nun Qlobal Şəbəkəsinə üzv seçilib - FOTO 24 Sentyabr 2020, 09:50 Bu gün “Qarabağ”ın pley-offdakı rəqibi bəlli olacaq 24 Sentyabr 2020, 09:44 Çempionlar Liqasında “pley-off”un ilk oyunları yekunlaşdı - NƏTİCƏLƏR 24 Sentyabr 2020, 09:40 Dollar günə bu qiymətlə başladı 24 Sentyabr 2020, 09:34 Gücümüz birlikdədir! 24 Sentyabr 2020, 09:28 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı MƏLUMAT YAYDI 24 Sentyabr 2020, 09:22 Bu gün Vurğun Əyyubun ANIM GÜNÜDÜR 24 Sentyabr 2020, 09:16 Ali məktəblərədə boş qalan yerlərə ixtisas seçimi bu tarixlərdə aparılacaq 24 Sentyabr 2020, 09:10 DİM-dən tələbə adı qazananlara XƏBƏRDARLIQ: “Vaxtında qeydiyyatdan keçməsəniz...” 24 Sentyabr 2020, 09:04 Ceyhun Bayramov Gürcüstana gedti 24 Sentyabr 2020, 08:58 Ali məktəblərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı - YENİLƏNİB 24 Sentyabr 2020, 02:20 Savaş qoxusu 24 Sentyabr 2020, 00:57 ABŞ Lukaşenkonu prezidenti kimi tanımır 24 Sentyabr 2020, 00:53 Azərbaycana bu ölkədən dərman idxalı azalıb 24 Sentyabr 2020, 00:34 Bakıda kütləvi dava 24 Sentyabr 2020, 00:17 Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO 24 Sentyabr 2020, 00:01 Qəza törədən azərbaycanlı repçi həbs olundu 23 Sentyabr 2020, 23:44 Çernobılda 100 ildən sonra ayılar göründü 23 Sentyabr 2020, 23:19 Bərdədə 28 yaşlı qadın kista əməliyyatında öldü 23 Sentyabr 2020, 23:09 Nazirlik 225 sahibkarlıq subyektində pozuntular aşkarladı 23 Sentyabr 2020, 22:52 Ərdoğan NATO ilə  müzakirələr aparır 23 Sentyabr 2020, 22:35 Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı 23 Sentyabr 2020, 22:21 Rusiyada deputat koronavirusdan öldü 23 Sentyabr 2020, 22:08 Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini ötdü 23 Sentyabr 2020, 21:57 “Dərs vaxtı”nın sabaha olan cədvəli - FOTO 23 Sentyabr 2020, 21:40 İcra başçısının müavini işdən çıxarıldı 23 Sentyabr 2020, 21:26 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 23 Sentyabr 2020, 21:15 Türkiyədə daha 72 nəfər koronavirusdan öldü 23 Sentyabr 2020, 20:59 ABŞ-dan neft ehtiyatları barədə açıqlama 23 Sentyabr 2020, 20:45 “Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23