Arxiv
6 Fevral 2020, 15:00 | TƏHSİL
Təhsil Nazirliyinin Şura sədri müəllimlərə səsləndi: “Xalqın dediyi adama səs verin”

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə təbliğat-təşviqat kampaniyası davam edir. Sosial şəbəkələrdə isə müxtəlif məktəb direktorlarının müəllimlərə tapşırıqlar verərək, hər hansı bir namizədə səs verməyə məcbur edildiyi haqqında ittihamlar paylaşılır.

 

Bundan öncə də orta məktəb müəllimlərinin adı seçki saxtalaşdırma ittihamları ilə çəkilirdi. Belə ki, ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı bir neçə məntəqədə səs verməyə çalışdığı iddia edilən müəllimlər gündəm olmuşdu. Bu məqamlar müəllimlərin nüfuzuna da xələl gətirir. İnsanlar düşünürlər ki, orta məktəblər, direktorlardan asılı olan müəllimlər seçki saxtalaşdırmasına cəhd edən şəxslər üçün effektiv vasitədir.

 

Modern.az-a açıqlamasında buna münasibət bildirən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov müəllimlərin bələdiyyə və ya parlament seçkilərinə zorən cəlb olunduğunu söyləyib:

 

 

“Burada Təhsil Nazirliyində heç bir təqsir görmürəm. Əvvəllər təhsil sisteminin iki subyekti var idi: öyrənən və öyrədən. İndi isə təhsil sisteminin subyektləri çoxalıb. Bu subyektlərdən biri də icra hakimiyyətidir. Dövlət İmtahan Mərkəzi və digər müxtəlif qurumlar bura daxildir. Ona görə, məktəb çoxsubyektli quruma çevrilib. Belə olduqda isə düzgün qərarı qəbul etmək çox çətindir. Müəllimlər seçkiyə göndərilirlər. Hətta seçkini saxtalaşdırmaq üçün vasitəyə də çevrilirlər”.

 

Ş. Əsgərov düşünür ki, müəllimin ictimai şüuru olmalıdır:

 

“Ölkənin prezidenti tələb qoyub ki, ədalətli seçki keçirilsin. İcra hakimləri də, məktəb direktorları da buna əməl etməlidirlər. Mən müəllimlərə məsləhət görürəm ki, xalqın dediyi adama səs versinlər. Prezidentə kömək etsinlər. Hamımız Prezidentimizin həyata keçirdiyi islahatlara dəstək verməliyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıtda xüsusi karantin rejiminə nəzarət üçün mobil qruplar yaradılıb 30 mart 2020, 20:01 Təhsil Nazirliyindən koronavirus dövründə mühüm addımlar 30 mart 2020, 18:57 “Evdə qal”maqla kömək edək- polislərə və həkimlərə  30 mart 2020, 18:44 Goranboyda dezinfeksiya və maarifləndirmə tədbirləri davam edir - FOTO 30 mart 2020, 18:35 Avstriyadakı azərbaycanlılarla bağlı səfirlikdən SON MƏLUMAT - VİDEO 30 mart 2020, 18:26 Rusiya neftinin 1 bareli 16 dollara satılır 30 mart 2020, 18:17 Regionda Azərbaycan, Ermənistan və koronavirus qalıb - TOFİQ ZÜLFÜQAROVLA #evdəqal SÖHBƏTİ 30 mart 2020, 18:10 Beynəlxalq müşahidəçilər Qarabağdakı qondarma seçkilərə getməyəcək – Ermənilərin növbəti FİASKOSU 30 mart 2020, 18:01 Bu gün İstanbulda azərbaycanlı canlı konsert verəcək 30 mart 2020, 17:55 İlham Əliyev fərman imzaladı 30 mart 2020, 17:50 Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi 30 mart 2020, 17:45 “Facebook”un sahibi jurnalistlərə 100 milyon dollar ayırdı 30 mart 2020, 17:40 Dolların sabaha olan MƏZƏNNƏSİ 30 mart 2020, 17:33 “Bibiheybət yolu"nda bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb - FOTO 30 mart 2020, 17:30 Avropa Komissiyası Azərbaycana yardım paketi ayırdı 30 mart 2020, 17:26 Koronavirus hamilə qadın və bətnindəki körpəni öldürdü 30 mart 2020, 17:20 Türkiyədə hər gün 20 min nəfər koronavirus testindən keçəcək 30 mart 2020, 17:15 Tramp bu gün Putinə zəng edəcəyini AÇIQLADI 30 mart 2020, 17:14 Metropolitendən sərişin sıxlığını aradan qaldırmaq üçün növbəti ADDIM 30 mart 2020, 17:07 Heydər Əliyev Fondu bu müəssisələrə maska və digər qoruyucu vasitələr ayırdı - Video + Fotolar 30 mart 2020, 17:02 Koronavirusun məktubu 30 mart 2020, 16:56 Sumqayıtda xüsusi karantin rejiminin gücləndirilməsinə Daxili Qoşunlar cəlb edildi - FOTO 30 mart 2020, 16:53 Azərbaycan diasporu Ukraynadakı soydaşlarımıza dəstəyi davam etdirir - FOTO 30 mart 2020, 16:48 Fatih Terim xəstəxanadan evə buraxıldı 30 mart 2020, 16:45 Tokio Yay Olimpiadasının yeni tarixi AÇIQLANDI 30 mart 2020, 16:43 Dünyada koronavirus qurbanlarının sayı 35 minə çatdı 30 mart 2020, 16:31 Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu - 11 nəfər sağaldı 30 mart 2020, 16:20 İcra Hakimiyyətinin təşəbbüsü ilə tənha insanlara yardım barədə video hazırlandı - VİDEO 30 mart 2020, 16:14 Daha bir Avropa ölkəsi virusa yoluxma sayına görə Çini geridə qoydu 30 mart 2020, 16:08 Divarın o üzündən gələn səs 30 mart 2020, 15:56 Uşağın koronavirus olub-olmamasını analar ayırd edə bilməzlər - Baş pediatr 30 mart 2020, 15:50 Naftalanda profilaktik tədbirlər davam edir - FOTOLAR 30 mart 2020, 15:40 Netanyahu karantinə alınıb 30 mart 2020, 15:37 Baş nazir bu qaydalara dəyişiklik etdi - QƏRAR 30 mart 2020, 15:35 Jalə Əliyeva maska möhtəkirlərinə QARŞI 30 mart 2020, 15:27