Modern.az

Ağalar Vəliyevin seçicilərlə görüşləri uğurla başa çatdı - FOTOLAR

Ağalar Vəliyevin seçicilərlə görüşləri uğurla başa çatdı - FOTOLAR

7 Fevral 2020, 11:45

Yeni Azərbaycan Partiyasının (YAP) 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədi Ağalar Vəliyevin təbliğat- təşviqat kampaniyası başa çatıb.

 

Modern.az xəbər verir ki, «Daha güclü Azərbaycan naminə» devizi altında keçirilən sonuncu görüş Goranboy rayonunun Qızılhacılı qəsəbəsində keçirilib.

 

Görüşdə Goranboy YAP rayon təşkilatının yerli qərargah üzvləri, ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və çoxsaylı qəsəbə sakinləri iştirak ediblər.

 

YAP rayon təşkilatının sədri Elçin İsmayılov görüşü açaraq YAP tərəfindən namizədliyi irəli sürülmüş Azərbvaycan Respublikasının Milli Məclisinə namizəd Ağalar Vəliyevin 2015-2019-cu illər ərzində deputat kimi fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib.

 

Bildirilib ki, ötən müddət ərzində Milli Məclisin üzvü kimi Ağalar Vəliyev seçicilərin etimadını layiqincə doğruldub. Bir deputat kimi Ağalar Vəliyev seçicilərin qaldırdıqları problemlərin həlli istiqamətində əməli köməklik göstərib, daima seçicilərlə yüksək səviyyədə işgüzar görüşlər keçirib.

 

Görüşdə çıxış edən deputatlığa namizəd Ağalar Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə ətraflı məlumat verib. O bildirib ki, son 16 il ərzində ölkəmiz böyük bir tərəqqi yoluna çıxıb. Bəzi iqtisadi göstəricilərə görə nəinki MDB məkanında, hətta dünya dövlətləri sırasında öncül yerlərdən birini tutmuşdur. deputatlığa namizəd son 16 il ərzində Prezident İlham Əliyevin Respulikamızda apardığı sosial-iqtisadi işlər barəsində seçicilərə ətraflı məlumat verib.

 

Ağalar Vəliyev çıxışının sonunda əgər seçicilər ona yenidən etimad göstərərsə, bu etimadı doğruldacağına söz verib:

 

“Bütün seçicilərimə səmimi minnətdarlığımı bildirirəm və hər birinizə uğurlar arzulayıram”.

 

Seçicilər fevralın 9-da 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə deputatlığa namizəd Ağalar Vəliyevə səs verəcəklərini bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir