Modern.az

AŞPA müşahidə missiyası Bakıya gəldi

AŞPA müşahidə missiyası Bakıya gəldi

7 Fevral 2020, 12:30

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin gedişatını müşahidə etmək üçün Azərbaycana gəlib.

 

Modern.az xəbər verir ki, nümayəndə heyətinə almaniyalı deputat Frenk Şvabe başçılıq edir.

 

Seçki günü AŞPA müşahidəçiləri ATƏT Parlament Assambleyası və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə səsvermə prosesini müşahidə edəcək.

 

Onların birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir