Modern.az

Parlament uğrunda mübarizə aparacaq namizədlərin son SAYI

Parlament uğrunda mübarizə aparacaq namizədlərin son SAYI

Parlament

8 Fevral 2020, 15:49

Azərbaycanda fevralın 9-a təyin edilmiş parlament seçkilərində 1314 namizəd mübarizə aparacaq.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmuş mətbuat konfransında deyib.

 

O, qeyd edib ki, parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət edib: "Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, 2 nəfərin isə deputatlığa namizədliyi ləğv edilib. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir".

 

MSK sədri deyib ki, namizədlərin 70 faizə qədərinin yaşı 50-dən aşağıdır.

 

M.Pənahovun sözlərinə görə, namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

 

Sədr bildirib ki, MSK-ya daxil olan 47 müraciətin 25-i namizədliyin qeydə alınması ilə bağlı olub. Onun sözlərinə görə, 9 nəfərin namizədliyi bərpa olunub:

 

"2 nəfərin ikili vətəndaşlığı olduğuna görə namizədliyi ləğv edilib.Ağır cinayətlərdə məhkum edilmiş və məhkumluğu ödənməmiş şəxslərdən 5-nin namizədliyi qanunvericiliyə görə qeydə alına bilməyib. 13 nəfərin namizədliyi isə əmlakla bağlı məlumatları səhv verdiyi üçün qeydə alınmayıb".

 

M.Pənahov bildirib ki, MSK əmlakla bağlı yalnış məlumat verildiyi halda namizədliyi bərpa edə bilmir.

 

Qeyd edək ki, seçkilərdə 5 milyon 329 min 460 seçici iştirak edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!