Modern.az

Gəncədə saxta səsvermənin qarşısı alınıb - VİDEO

Gəncədə saxta səsvermənin qarşısı alınıb - VİDEO

Hadisə

9 Fevral 2020, 12:55

Gəncədə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər seçicilərin fəallığı ilə başlayıb.

Modern.az xəbər verir ki, seçicilər səhər saat 8-dən seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə istədikləri namizədə səs verir, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada fəal iştirak edirlər. Lakin bəzi vətəndaşlar seçki pozuntusuna yol verməyə, səsvermə prosesinə müdaxilə etməyə başlayıblar.

 

Belə ki, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə 5-ci və 22-ci məntəqəsində adı siyahıda olmayan vətəndaşların səsvermə prosesində iştirakının qarşısı alınıb. Vətəndaşların baş barmağı xüsusi çihazla yoxlandıqda məlum olub ki, baş barmaq əvvəlcədən mürəkkəblə işarələnib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü