Modern.az

Yavar ayında əsas kapital təmir-tikintiyə YÖNƏLDİLİB  

Yavar ayında əsas kapital təmir-tikintiyə YÖNƏLDİLİB  

13 Fevral 2020, 12:39

2020-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat vəsait yönəldilib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, sərf edilmiş vəsaitin 60,8 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib:

 

“Ümumi sərmayənin 70,6 faizi məhsul istehsalı sahələrinə, 17,5 faizi xidmət sahələrinə, 11,9 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 61,1 faizini təşkil edib.

 

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 73,7 faiz, büdcə vəsaitləri 14,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 3,4 faiz, bank kreditləri 1,2 faiz, sair vəsaitlər isə 0,7 faiz olub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi