Arxiv
15 Fevral 2020, 13:15 | ƏDƏBİYYAT
Elbrus Şahdağlinskinin sonuncu arzusu

Səkinin lap qırağında dayanmışdı. Dairəvi yolun o tayına kəsəsinə keçmək istəyirdi. Əslində piyadalar üçün nəzərdə tutulan keçid o qədər də uzaqda deyildi – cəmi on-on beş addım aralıdan rahatca addımlayıb avtobus dayanacağına çata bilərdi. Tənbəllikdənmi, ya beynində fırlatdığı min cür fikir-xəyaldan özünü də işə saldı, qəfil dairəvi yolu sola dönən “Mercedes”in sürücüsünü də. Sürücü əyləci ləngimədən bassa da, tanınmış memar Elbrus Şahdağlinski tappıltı ilə kapotun üstünə sərələndi...

 

...Bunlar Misir ehramlarıdır, bunlar da fironların qəbirləri. Aha, mən niyə ehramların lap təpəsinə motosikllə çıxmaq istəyirəm axı... Hə, bu da Manhetten, Nyu-Yorkun ən uzun, izdihamlı prospekti. Bu da ki, brodveyli zənci tanışımdı, zənciri gör havada necə oynadır, Allah-Allah. Baho, deyəsən, Krit adasına çatdıq axı. Gəmimizin kapitanı sarışın, hündürboylu türk balasının bizi qonaq elədiyi rakı necə də dadlıdır...

Elbrus müəllim ağzını ləzzətlə marçıldatdı. Sonra ağır-ağır göz qapaqlarını qaldırdı. Hər yer mavi rəngə boyanmışdı. Divarlar, ətrafdakı adamlar, yer, göy, səma masmavi idi. Qulğına astaca pıçıltı səsi gəldi: “Çox tez ayıldı, görünür, anestezioloq dozanı az eləyib”, “görəsən, bir də yatırdaq, yoxsa...”, “anası namaz üstündə imiş, Allah balalarına, nəvələrinə bağışlayıb”.

Qollarını qaldırmaq, əlləri ilə harasa toxunmaq istədi. Alınmadı. Dodaqlarını bir-birinə yaxınlaşdırıb nə isə demək, bir qurtum su içmək arzusunu dilə gətirmək istədi, bacarmadı.

 

...Yüz cür rəngə çalan xalça səmada elə uçurdu ki, sanki reaktiv təyyarədə idi. Xalçanın qıraqlarına ərəbcə, rusca, azərbaycanca çoxlu yazılar yazılmışdı. “İki yüz nömrəli yük” və “Qruz № 200” sözlərini oxuyan kimi anladı ki, bundan o yanası yoxdur, ölüb qurtarıb, ağlayanı çatmır. Uçan xalçanı idarə edən başı ağ çalmalı, uzunsaqqal kişidən soruşdu ki, hara uçuruq, məni hara aparırsan axı?

-Hara aparacağam, özün həmişə uşaqlara demirdin ki, məni “Qurd qapısı”na zada yox, doğulub-böyüdüyüm Yaşıltəpəyə aparın. İndi biz də lazımi yerlərdən kağız-kuğuz düzəldib səni aparırıq istədiyin, arzuladığın məkana. İndi nə deyirsən, ata məhləsinə düşürək ölü namazı üçün, yoxsa birbaşa...

-Yox, qadası, dədəmin məhləsi mənə yasaqdır. Embarqo qoyublar. Bütün yaxşılıqların əvəzi kimi bu qadağa tətbiq olunub mənim yaşayışıma, həyatıma və sonuma. Qədirbilənlik eləmədilər, indi çəkmir məni həyət-baca, küsmüşəm, incimişəm. Yaxşısı budur, enin məscidin həyətinə, hər halda Allah evidir. Doğrusu, namaz qılan, oruc tutan olmasam da, Allahımı, peyğəmbərimi tanıyan, haqq-ədalət tərəfdarı, mərhəmətli və imanlı adam olmuşam.

 

... – Ay kişi, nə danışırsan, nə sayaqlayırsan? Şükür ki, özünə gəlmisən. Allah həkimlərimizin üzünü ağ eləsin, onlardan razı olsun. Beş-üç günə, İnşallah, ayağa qalxarsan.

Elbrus müəllim bu sözlərin kimin dilindən səsləndiyini dərhal anladı. Xanımı Məryəm idi. Qadının rəngi avazımışdı, kiprikləri də yaş gilələrinin arasında aramsız rəqs edirdi. Qorxduğu, həyəcanlandığı üçün bütün vücudu əsirdi.

Həkimlər qadını palatadan çıxartdılar və əmin etdilər ki, həyat yoldaşı uzağı bir həftəyə evdə olacaq.

Sonralar necə oldu, hansı hadisələr baş verdi, çox da təfərrüatına getməyəcəyəm. Ancaq bir onu deyim ki, Elbrus müəllim sürücünü bağışladı, yanına çağırıb qulağına onu da pıçıldadı ki, təqsir özündədir. Arvaddan gizlin əməlinin nəticəsi belə olmalıydı. Gərək çıxdığı binanın qənşərinə taksi çağırtdıraydı. Eybi yox, yaşasa, sonrakı əməllərində belə məqamları mütləq nəzərə alacaq.

İndi də Elbrus Şahdağlinski sağalıb ayağa duran kimi hansı işin dalınca getdi, nələri yoluna qoymağa çalışdı, qısaca o barədə...

...Notariat kontorunda işləyənlər çaş-baş qalmışdılar. Ölkənin nüfuzlu memarlarından olan Elbrus Şahdağlinski ucqar dağ rayonunda yaşayan qardaşının xahişi ilə ona göndəriləcək mülkiyyət etibarnaməsinə hələ heç kimin rastlaşmadığı və ağlına belə gətirmədiyi bir bənd də yazılmasını qətiyyətlə israr edirdi. O, hüquqi akta bir cümlə əlavə etdirmək istəyirdi – “Elbrus Şahdağlinski vəfat etdikdən sonra onun nəşi axırıncı dayanacaqdan – yəni qəbiristanlıqdan əvvəl yolüstü cənazə namazı qılınması və mərhumla vidalaşma məqsədilə qardaşının ailəsinin məskunlaşdığı atadanqalma həyətdə 1 (bir) saatlığa qoyulsun və bunun müqabilində əvvəlcədən müəyyən olunmuş məbləğdə rüsum ödənilsin. Qarşılıqlı razılaşma baş tutmadıqda isə cənazə birbaşa Yaşıltəpə məzarlığına aparılsın”. Kontorda işləyənlər təcrübəli hüquqşünaslar idi və fəaliyyət göstərdikləri neçə illər ərzində bu cür müraciətə, xahişə, diktəyə rast gəlməmişdilər. Elbrus müəllim isə tutduğunu buraxan adama oxşamırdı.

 

-Ay qardaşlar, ay bacılar, ay rəis, vallah, ürək sözümdür, dediyimi yazın, sənədləşdirin, ömür qısadır, mənim də ki, xeyli yaşım var. Üstəlik bu yaxınlarda avtoqəza ağrısı yaşamışam, streslə əlbəyaxa olmuşam. Həyatımı da ki, bax bu etibarnamə istəyənə və onun havadarlarına həsr eləmişəm.  Yaşadığı binanı da özüm tikdirmişəm. İndi, necə deyərlər, dırnağı ovcuna batıb, fikirləşib ki, birdən bu həyət-bacaya, evə-eşiyə, əkin sahələrinə iddiam-zadım olar. Əsla. Dünya malında gözüm yoxdur. Görürsünüz, etibarnaməni də lap uzun müddətə verirəm. Qoy rahat olsunlar. Bunun müddəti qurtaranda mən həyatda olmayacağam, bu, aksiomdur. Oğlumun isə haradasa yetmiş yaşı olacaq. O vaxtlar da heç kim neçə on illər əvvəl nə yazıldığının, hansı öhdəlik götürüldüyünün fərqində olmayacaq. Belə bir şəraitdə mənə nə qalır – heç olmasa, son mənzilin bir addımlığında bircə saatlığa da olsa, atamın həyətində ruhum gəzib-dolaşsın, özü üçün kef eləsin. Molla lazımi ritualı yerinə yetirsin, camaat da yalandan-gerçəkdən acılı-şirinli göz yaşları töksün özləri üçün. Sonra da bay-bay. Yamacdakı allı-güllü qəbiristanlıqda rahatlan da özün üçün. Ol yüz ilin, min ilin ölüsü. Daha insana nə gərəkdir? Vallah, uçan xalçanın sahibinə də demişdim ki, cənazəni məscidin həyətinə düşürsün, razılaşmışdı. Sonra fikirləşdim ki, sizdən bir sənəd alım, dədəmin həyətində camaatla son görüşümü keçirib o dünyaya rahat köçüm. Necədir? Məncə, buna haqqım çatır. Hə, nə deyirsiniz?

 

İndi məni başa düşdünüzmü, anladınızmı, ay mənim əzizlərim. Mən qanunpərəst, düzlüyü sevən adamam. Istəyirəm hər şey qanun çərçivəsində həll olunsun. Nə olar, etibarnaməyə mənim mətnimlə bir qısa əlavə edin, təsdiqləyin, hər şey də bununla yoluna qoyulsun. İcarə haqqını da indiki dövrün maliyyə durumuna münasib şəkildə müəyyənləşdirin. Hər halda övladlarımın gücü çatar təsdiqlənmiş xərci ödəməyə.

Bu sözlərdən sonra rəis bütün işçiləri öz kabinetinə dəvət elədi. Elbrus müəllimə də dedi ki, bir az gözləsin, qısa müşavirədən sonra yəqin ki, müəllimin ürəyincə olan bir qərar çıxararlar.

Bu məsələnin sonrası nə oldu, doğrusu, dəqiq məlumatım olmadığndan heç nə deyə bilmərəm.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bəzi universitetlər tələbələrlə bağlı özbaşına qərar çıxarıb” - ETİRAZ 29 mart 2020, 18:27 Dövlət Komitəsi Bərdədə arvadını öldürən ərin işini nəzarətə götürdü 29 mart 2020, 18:19 Koronavirusdan ölənlərin sayı 32 mini keçdi 29 mart 2020, 17:47 İspaniyada daha 546 şəxs virusdan öldü - Hökumət karantin rejimini sərtləşdirdi 29 mart 2020, 17:37 Azərbaycanda daha 27 şəxsdə koronavirus AŞKARLANDI 29 mart 2020, 17:22 Bakıda bəzi yeraltı keçidlərdə hərəkət məhdudlaşdırılıb 29 mart 2020, 17:15 Bibiheybət yolu bağlandı 29 mart 2020, 17:08 “Parisdə küçəyə hər dəfə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı 29 mart 2020, 17:02 Generallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsində - FOTOLAR 29 mart 2020, 16:57 Köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur 29 mart 2020, 16:53 Komitə sədri Milli Məclisin videokonfransından DANIŞDI 29 mart 2020, 16:40 Polşadan gəlib Lerikdə karantinə alınan diaspor rəhbəri: “Hələlik test olunmamışıq” 29 mart 2020, 16:34 Bakının havası təmizlənib 29 mart 2020, 16:21 Biz birlikdə qalib gələcəyik 29 mart 2020, 16:18 Elə bilin ki, həbsdəyik, dözməliyik  – HAFİZ HACIYEVLƏ  #evdəqal SÖHBƏTİ 29 mart 2020, 16:01 “Azərsu” 8600 əməkdaşını məzuniyyətə GÖNDƏRDİ 29 mart 2020, 15:57 Yasamal İH-nin təşəbbüsü ilə #evdəqal videosu hazırlanıb 29 mart 2020, 15:52 İmmun sisteminizi gücləndirmək üçün bu həbləri için - Professordan MƏSLƏHƏT 29 mart 2020, 15:46 Nazirlik prokurorluğa müraciət etdi 29 mart 2020, 15:45 Bu imtahanlar da təxirə salındı 29 mart 2020, 15:35 “Koronavirus haqqında” Qanuna ehtiyac yoxdur – Komitə sədri 29 mart 2020, 15:32 Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir - FOTO 29 mart 2020, 15:27 Bakıda 25 yaşlı gənci maşınla vuraraq öldürən sürücü SAXLANILDI 29 mart 2020, 15:21 Birinci ledi virusa qalib gəldi 29 mart 2020, 15:18 WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur 29 mart 2020, 15:18 Koronavirus 11 aylıq körpəni öldürdü 29 mart 2020, 15:12 Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu 29 mart 2020, 15:09 Qızıl Aypara Cəmiyyətindən koronaviriusla bağlı nümunəvi ADDIM 29 mart 2020, 15:05 Prezident Şəfiqə Məmmədovaya orden verdi 29 mart 2020, 15:00 Naxçıvanda koronavirus  yoxdur - Rəsmi AÇIQLAMA 29 mart 2020, 14:53 Evdə bu əşyaları daha çox  təmiz saxlayın 29 mart 2020, 14:46 Koronavirusdan ölənlərin sayı 31 mini ötdü 29 mart 2020, 14:39 Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi 29 mart 2020, 14:32 Dövlət Avtomobil Nəqliyyat Xidmətindən sürücülərə MÜRACİƏT 29 mart 2020, 14:31 Moskvada koronaviruslu xəstələrin sayı 1000-i keçdi 29 mart 2020, 14:30