Arxiv
18 Fevral 2020, 16:42 |
Azercell-dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək

“Azercell Telekom” MMC ənənəvi olaraq 23 aprel - Beynəlxalq Kitab Günü ərəfəsində mütaliə mədəniyyətinin təbliği və kinemotoqrafiya sahəsinin inkişafı məqsədilə təşkil edilən Buktreyler Festivalının əsas tərəfdaşıdır.

 

Daima istedadlı və yaradıcı gənclərin dəstəyinə yönələn layihələrin və sosial təşəbbüslərin fəal iştirakçısı olan Azercell, festival çərçivəsində xüsusi olaraq “Ən Yaxşı Mobil Buktreyler” nominasiyasını da elan edir. Belə ki, mobil telefon vasitəsilə yerli müəlliflərin istənilən əsərinə çəkilən buktreylər şirkətin xüsusi münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və qalib Azercell-dən 1000 AZN dəyərində pul mükafatı qazanacaq. 

 

Qeyd edək ki, Buktreyler Festivalı artıq 4 ildir ki, film sənayesində yeni simaların aşkar edilməsinə böyük töhfə verir. Festival kinoaktyor, prodüser Ruslan Sabirlinin təsisçiliyi altında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə keçirilir. “Kitabı tanıdın, kitabla tanının” sloqanı ilə keçirilən bu festival milli mədəni irsimizin qorunması, habelə Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması üçün əvəzolunmaz bir layihədir.

 

Yaşından asılı olmayaraq hər kəs festivalın rəsmi internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçərək, yarışmada iştirak edə bilər.

 

Qeyd edək ki, Beşinci Buktreyler Festivalının 1-ci yer qalibi 1000 AZN, 2-ci yer qalibləri 800 AZN və 3-cü yer qalibləri 500 AZN pul mükafatı ilə təltif olunacaqlar. Xatırladaq ki, festival üzrə müraciətlərin qəbulu fevral ayının 2-dən başlayıb. Buktreylerlərin son qəbul tarixi 1 aprel, 2020-ci ildir.

 

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür: 

 

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus tələb edir: Əkinə yararlı torpaqlardan səmərəli istifadə olunsun 4 Aprel 2020, 12:06 106 yaşlı kişi koronavirusdan sağaldı 4 Aprel 2020, 11:55 Ermənistanda virusa yoluxanların sayı 800-ə yaxınlaşır 4 Aprel 2020, 11:45 Tibb Universitetinin könüllü tələbələri klinikalara GÖNDƏRİLDİ 4 Aprel 2020, 11:35 Azərbaycanda klinikanın 10 işçisində koronavirus AŞKARLANDI 4 Aprel 2020, 11:18 Türk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadı 4 Aprel 2020, 11:13 Qənirə Paşayeva seçicilərinə yardım göndərdi 4 Aprel 2020, 11:08 Nazirlər Kabineti AYDINLIQ GƏTİRDİ: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!” 4 Aprel 2020, 11:00 İbrahim Məmmədov: SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq 4 Aprel 2020, 10:58 Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər   4 Aprel 2020, 10:53 BMT Azərbaycanın koronavirusla mübarizəsini alqışlayır 4 Aprel 2020, 10:52 Son sutkada karantin rejimini pozan 2189 sürücü və sərnişin CƏZALANIB 4 Aprel 2020, 10:46 İmmuniteti gücləndirən qidalar - SİYAHI 4 Aprel 2020, 10:45 Mərkəzi Bank hərraca 200 milyon manat cəlb edir 4 Aprel 2020, 10:36 Məşhur müğənni koronavirusa yoluxdu 4 Aprel 2020, 10:27 Neftin qiyməti yüksəlir 4 Aprel 2020, 10:19 Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ 4 Aprel 2020, 10:08 Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi olub 4 Aprel 2020, 10:04 “Bütün əhali evdən çıxmadan testdən keçirilsin” - Karantin xəstəxanasının həkimi 4 Aprel 2020, 10:02 Astarada narkotacir iş başında yaxalandı 4 Aprel 2020, 09:50 ABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcək 4 Aprel 2020, 09:49 Cəbhədə gərgin gecə - Pulemyotlar susmadı 4 Aprel 2020, 09:39 ABŞ-da pandemiyaya yoluxanların sayı 300 minə çatır 4 Aprel 2020, 09:28 II Dünya Müharibəsindən salamat çıxan amerikalı virusa da qalib gəldi 4 Aprel 2020, 09:19 Heydər Əliyevlə dost olan Xalq şairi - VİDEO 4 Aprel 2020, 09:15 Tramp niyə maska taxmır? 4 Aprel 2020, 09:14 Neftçilikdən aktyorluğa keçən SƏNƏTKAR - FOTOLAR 4 Aprel 2020, 09:08 Çində koronavirus qurbanlarının xatirəsi yad edildi 4 Aprel 2020, 09:06 Tarixdə iz qoyanlar - “AzDrama”nı incidilərək tərk edən Xalq artisti - Hamımızın tanıdığı Simnar xan 4 Aprel 2020, 08:59 İngiltərə Premyer Liqası bu tarixdən bərpa olunacaq 4 Aprel 2020, 08:54 Koronavirus insandan heyvana keçdi 4 Aprel 2020, 01:20 KİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcək 4 Aprel 2020, 00:54 158 170 nəfərin evdən çıxma icazəsi TƏSDİQLƏNDİ 4 Aprel 2020, 00:36 Həkimin koronavirusun dərmanı ilə bağlı təklifi dünyanı silkələdi - VİDEO 4 Aprel 2020, 00:19 Koronavirusa virusa yoluxanların sayı daha 76 190 nəfər artıb - ÜST 4 Aprel 2020, 00:01