Modern.az

Abşeronda üç avtomobil toqquşdu

Abşeronda üç avtomobil toqquşdu

Aktual

18 Fevral 2020, 21:44

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, “50-CM-511” dövlət nömrə nişanlı KİA markalı avtomobil sürət həddini aşaraq qarşıdan gələn “10-LM-725” dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşını ilə toqquşub. KİA daha sonra qəzanın təsirindən “90-UJ-174” dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər 3 nəqliyyat vasitəsinə ziyan dəyib.

Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü