Modern.az

Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi

Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi

Aktual

19 Fevral 2020, 20:49

Sumqayıtda sevgilisi ilə mübahisə edən balıqçı özünü güllələyib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində dənizkənarında qeydə alınıb. 1975-ci il təvəllüdlü Qreçkin Vitaliy Sergeyeviç Rusiyada yaşayan sevgilisi ilə telefonda mübahisə edib. Sevdiyi xanımdan rədd cavabı alan kişi silahla özünü ağzından güllələyib. Nəticədə o aldığı xəsarətdən ölüb. Onun meyiti müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?