Arxiv
20 Fevral 2020, 12:10 | AKTUAL
300 könüllü DOST mərkəzlərinə cəlb edilib

 

Rusiyanın “Şimal-Cənub” Politologiya Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində “Xəzər Könüllülük Məktəbi”nin birinci iclası və “Xoşməramlı meridianlar” müsabiqəsinin final mərhələsi keçirilib.

 

Modern.az xəbər verir ki, final mərhələsində könüllülük fəaliyyəti üzrə Xəzəryanı dövlətlərin ən yaxşı təcrübələrindən ibarət 25 layihə beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Azərbaycanı təmsil edən DOST Agentliyinin “DOSTTALKS” layihəsi “İlin layihəsi” seçilərək 1-ci yerə layiq görülüb və müsabiqənin qalibi olub. Qazaxıstanı təmsil edən “Sputnik” layihəsi 2-ci, Rusiyanı təmsil edən “Tom Soyer Fest” layihəsi isə 3-cü yeri tutublar.

 

DOST Agentliyinin bu növbəti uğuru “Könüllü DOST” proqramının könüllülük hərəkatında fəal iştirakına əsaslanır. Qeyd edək ki, Prezident İham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük hərəkatının daha geniş miqyas almasına şərait yaradıb. DOST Agentliyi də bu sahədə mühüm rolu ilə seçilir.

 

“Könüllü DOST” proqramına 9600-dən çox müraciət olunub və ötən dövrdə bu proqram üzrə 300 könüllü DOST mərkəzlərinə cəlb edilib. Onlar DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər. “Gənc DOST” proqramı üzrə çalışan gənc könüllülərlə, o cümlədən sağlamlıq imkanları məhdud gənclərlə bərabər, 60-75 yaşlarında bir qrup pensiyaçı da “Gümüşü DOST” proqramı əsasında könüllülər komandasına qoşulub.

 

DOST könüllülərindən bir qismi artıq DOST mərkəzlərinin əməkdaşları kimi fəaliyyət göstərirlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda tibbi maska istehsalına başlandı - VİDEO 7 Aprel 2020, 13:44 “ASAN Məktub” vasitəsilə 210 nəfərin ehtiyacı təmin edilib 7 Aprel 2020, 13:34 Ermənistanda koronavirusun real miqyası GİZLƏDİLİR 7 Aprel 2020, 13:27 Hökumət deputatlara verilən hesabatda yenilik etdi 7 Aprel 2020, 13:23 Lerikdə meşədə ağac kəsən şəxslər cəzalandı 7 Aprel 2020, 13:16 Parlamentin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək 7 Aprel 2020, 13:10 Əfv sərəncamının verilməsi humanizmin təntənəsidir 7 Aprel 2020, 13:04 Sabaha olan teledərslərin cədvəli açıqlandı 7 Aprel 2020, 12:58 Regionlara qar yağır: “Meyvə ağaclarına ciddi ziyan dəyəcək” 7 Aprel 2020, 12:52 Yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA 7 Aprel 2020, 12:46 İcra başçısı polis rəisi ilə birlikdə postları yoxladı - FOTO 7 Aprel 2020, 12:40 Əfv olunan MTN generalları karantinə götürüldü 7 Aprel 2020, 12:35 Biz birlikdə güclüyük  7 Aprel 2020, 12:29 Kimlər işsiz sayılmır? - RƏSMİ CAVAB 7 Aprel 2020, 12:18 Genefondumuz üçün vacib addımlar atılır - Partiya sədri 7 Aprel 2020, 12:12 QHT Şurası Real TV ilə yeni kampaniyaya başlayır 7 Aprel 2020, 12:06 Sarkisyan Aprel döyüşləri ilə bağlı dindiriləcək 7 Aprel 2020, 12:00 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video 7 Aprel 2020, 11:54 Rusiyada koronaviruslu xəstələrin sayı 7500-ə çatdı 7 Aprel 2020, 11:50 Hacı Əbdüllə bağlı xatirələrim var... 7 Aprel 2020, 11:46 Nazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək 7 Aprel 2020, 11:40 Ermənistanda COVİD-19-a yoluxanların sayı 853-ə çatdı 7 Aprel 2020, 11:36 “Görülən tədbirlərə hər bir vətəndaş dəstək olmalıdır” - Deputat 7 Aprel 2020, 11:35 Karantin qaydalarını pozan 6945 nəfər cəzalandı 7 Aprel 2020, 11:31 Azərbaycan hərçiləri Cənubi Sudanda 7 Aprel 2020, 11:25 Bakıda kirayəhaqqını ödəməkdə çətinlik çəkənlər... 7 Aprel 2020, 11:23 Qadınlara qarşı cibgirlik edən şəxs saxlanıldı - VİDEO 7 Aprel 2020, 11:22 RİİB və Yasamal RİH-dən xeyriyyə aksiyası - FOTO 7 Aprel 2020, 11:17 Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHI   7 Aprel 2020, 11:12 Çinin qonşusu olan bu dövlətdə virusdan ölən olmayıb - cəmi 15 yoluxma... 7 Aprel 2020, 11:06 Ombudsmanın təklif etdiyi 10 məhbus da əfv olunub 7 Aprel 2020, 11:00 Ailə üzvlərini yandıran kişi saxlanıldı 7 Aprel 2020, 10:54 Bakıda kişi mağazadan belə oğurluq etdi - VİDEO 7 Aprel 2020, 10:48 BMT baş katibi tibb işçilərinə təşəkkür etdi 7 Aprel 2020, 10:42 Əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdı 7 Aprel 2020, 10:36